beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Allah Olmasaydı...

Adamın biri hər zaman elədiyi kimi saç və saqqal təraşı olmaq üçün bərbərə gedir. Onunla məşğul olan bərbərlə gözəl bir söhbətə başlayar. Dəyişik mövzular haqqında danışarlar. Bu vaxt Allah ilə bağlı söhbət açılır. Bərbər:
“Bax dostum, mən sənin söylədiyin kimi Allahın varlığına inanmıram.” deyər.
Adam “Yaxşı bəs niyə?” deyə soruşur, bərbər:
“Şərhi çox asan.” deyər, “Bunu görmək üçün çölə baxmalısan. Mənə deyə bilərsənmi, əgər Allah var olsaydı, bu qədər çox problemli, sıxıntılı, xəstə insan olardımı, tərk edilmiş uşaq olardımı?
Bərbər davam edər:
“Allah olsaydı heç kim acı çəkməz, bir-birini üzməzdi. Allah olsaydı bunların olmasına icazə verəcəyini sanmıram.”
Adam bir an dayanır və fikirləşir, amma o an bir müzakirəyə girmək istəmədiyi üçün cavab verməz.
Bərbər işini qurtarır. Adam çölə çıxır. Elə bu vaxt yolda uzun saçlı və saqqallı bir adam görür. Adam bu qədər dağınıq göründüyünə görə aydındır ki, təraş olmadığı uzun müddət keçmişdir.
Adam bərbərin dükanına qayıdar.
“Bilirsənmi məncə bərbər deyə bir şey yoxdur” deyər bərbərə.
Bərbər, ”Sən nə deyirsən? Bu necə ola bilər ki? Mən burdayam və bir bərbərəm.” deyər.
Adam “Xeyr,yox”.Çünki olsaydı,yolda gedən uzun saçlı və saqqallı adamlar olmazdı.”deye cavab verər.
Bərbər,”Bərbər deyə bir şey var,amma o insanlar mənə gəlmirsə mən nə edəbilərəm ki?”deyə etiraz etmək istər.
Adam “Qətiliklə doğru! Məsələ də elə bundadır!” deyər və davamında bunları söyləyər:
“Allah var, lakin insanlar O’na getmirsə, O’na sığınmırsa, O’na yalvarmırsa, bu onların seçimidir. Elə buna görə də dünyada bu qədər çox acı və kədər mövcuddur


Allahın varlığına inanın. O hər zaman var. Kömək üçün yalnız Allaha sığının! Əmin olun ki, O səsinizi eşidər.


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 45 Bölmə: Maraqlı melumatlar