beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İnsan Müsafirdir Və Gərək Altı Mənzildən Keçsin.

1) Atanın beli; Allah-təala buyurur:“(Sperma) kişilərin bel sümüyündən xaric olar.”
"(O su kişilərin) bel sümüyündən, (qadınların isə) köks sümüyündən çıxar!"86. ət-Tariq
"Gecə yolçusu" surəsi, 17-ci ayə


2) Ana bətni; Allah-təala buyurur: Allahdır ki, sizə analarınızın bətnində surət verir.
"Bətnlərdə (anaların bətnində) sizə istədiyi surəti verən Odur! O qüdrət sahibi, hikmət sahibindən başqa heç bir tanrı yoxdur!"Ali-İmran (İmran ailəsi) surəsi 6-cı ayə

"Biz onu möhkəm bir yerdə (ana bətnində) saxladıq,Müəyyən bir vaxta qədər.
Biz (nütfədən insan yaratmağa) qadir olduq. Nə gözəl qadir olanlarıq Biz!"77. əl-Mursəlat
"Göndərilənlər" surəsi 21.22.23-cü ayələr

3) Dünya."Həqiqətən, Biz insanı (sonrakı mərhələdə ata-anasının toxumundan ibarət) qarışıq bir nütfədən yaratdıq. Biz onu (dünyada özünü necə aparacağı, hər şeyin xaliqi olan Allaha itaət edib-etməyəcəyi ilə) imtahana çəkəcəyik. Biz onu eşidən, görən yaratdıq."76. əl-İnsan "İnsan" surəsi 2-ci ayə

Onu qarşıda gözləyən üç mənzil də bunlardır:
1) Qəbir; Hədislərdə var ki, “qəbir dünyanın axırıncı, axirətin isə birinci mənzilidir.”
Məhəmməd(s.a.s):Qəbr axirətin ilk mənzilidir,kim ondan salamat keçərsə, onun növbəti mənzilləri asan olar. Əgər salamat çıxmasa, sonrakı mənzillərin çətinliyi ondan az olmayacaq."

2) Qiyamət; Allah-təala buyurur: “...Allahın qarşısında sıraya düzülmüş halda durarlar.”
"O gün neçə-neçə üzlər sevinib güləcək,Öz Rəbbinə baxacaqdır!O gün neçə-neçə üzlər tutulub qaralacaq"75. əl-Qiyəmə surəsi 22-ci ayə.


3) Ya behişt, ya cəhənnəm. Bu barədə də Allah-təala buyurur: “Bir hissəsi cənnətdə, bir hissəsi də cəhənnəmdədir.”
İndi biz dördüncü mənzilə gedən yoldayıq. Ötməli olduğumuz zaman müddəti ömrümüz qədərdir. Hər bir gün bir fərsəxdir, hər saat bir mil və hər bir nəfəs də bir addım. Bir qrup insanın bir neçə fərsəxi qalıb, bir qrup insanın da bir neçə addımı.


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 49 Bölmə: Maraqlı melumatlar