beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Adəm (ə) Və 6 Nəfər...

Deyirlər ki, bir gün həzrət Adəm (ə) oturmuşdu. Altı nəfər ona yaxınlaşdı. Üçü sağ tərəfində, üçü isə sol tərəfində oturdu. Adəm (ə) ağlardan birindən soruşdu:
–Sən kimsən?
Cavab verdi:
–Əql.
Soruşdu:
–Sənin yerin haradır?
–Beyin.
Adəm (ə) ikincidən soruşdu:
–Sən kimsən?
–Məhəbbət.
–Sənin yerin haradır?
–Ürək.
Həzrət Adəm (ə) üçüncüdən soruşdu:
–Sən kimsən?
Dedi:
–Həya.
–Sənin yerin haradadır?
–Göz.
Sonra Adəm (ə) üzünü sol tərəfə tutub qaralardan birindən soruşdu:
–Sən kimsən?
Cavab verdi:
–Təkəbbür.
–Sənin yerin hardadır?
–Beyin.
Adəm (ə) soruşdu:
–Əql ilə bir yerdəsiniz?
Dedi:
–Elə ki, mən gəldim əql gedir.
İkincidən soruşdu:
–Sən kimsən?
–Həsəd.
Soruşdu:
–Yerin hardadır?
–Ürək.
–Məhəbbətlə bir yerdəsiniz?
–Mən gəldimsə, məhəbbət gedəcək.
Adəm üçüncüdən soruşdu:
–Bəs, sən kimsən?
Cavab verdi:
–Tamah.
–Bəs sənin yerin hardadır?
–Göz.
–Həya ilə bir yerdəsiniz?
Dedi:
–Mən daxil olan kimi, həya xaric olur.
Mümkündür ki, bu altı nəfər Adəmi (ə) tə`limatlandırmaqdan ötrü bu surətdə gələn mələklər olmuşdur. Yaxud da mətləbi başa salmaqdan ötrü aydın bir yuxu olmuşdur.


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 39 Bölmə: Maraqlı melumatlar