beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

5 – Şiəliyin əleyhinə Yağdırılan Iftiralar

Misirli yazıçı Doktor Əbdullah Qərib yalan və töhmətlə dolu “və caə dоurul-məcus” kitabında yazır:
“Xоmeyninin qiyamı İslam, ərəb və Mәhəmmədlə (ə) heç bir bağlantısı olmayan, məcus (atəşpərəst, zərdüştə inanan), əcəm (qeyri-ərəb, iranlı və Kəsraya (Sasanilər sülaləsinə) mənsub qiyamdır.
Sanki bu sözlər Doktor Əbdüllahın ürək yanğısını soyutmur. O, kin-küdurət və düşmənçiliyini son həddə çatdıraraq yazır: Tehran rəhbərlərinin İslam üçün yəhudilərdən daha artıq təhlükəli olduğuna şübhə etmirik. Onlardan heç bir xeyir gözlənilmir. Bunu da gözəl bilirik ki, onlar müsəlmanlarla müharibə məqsədi ilə tezliklə yəhudilərlə birləşəcəklər.
Hazırda İslam respublikasının işğalçı sionist rejimi üçün bir nömrəli düşmən olduğu bütün dünyaya аşkаr оlduğu bir halda, bu sözlərin reallıqdan nə qədər uzaq olmasına dair danışmağa ehtiyac duyulmur. Əslində bu sistem İslam inqilabı zəfər çaldıqdan dәrhаl sonra Fələstin səfirliyini qəsbkar İsrail dövlətinin səfirliyi yerinə açmasını, özünün iftixarı hesab edir.
Mədinə şəhərinin universitet müəllimlərindən olan elmlər doktoru Nasirəddin Qəffari doktoranturalığı üçün dissertasiya müdafiəsi sayılan “Üsulu məzhəb əş-şiə əl-imamiyyə” adlı tədqiqat əsərində yazır:
“Xоmeyni öz adını namazın azanında yerləşdirərək Peyğəmbərin (s) adından belə önə keçirmişdir. İranda namazlarda azan bir qayda olaraq bu şəkildədir: Əllahu əkbər, Əllahu əkbər, Xоmeyni rəhbər; yəni Xоmeyni bizim öndər və başçımızdır, daha sonra isə (deyirlər) Əşhədu ənnə Mәhəmmədən rəsulullah!..”
İslam inqilabından sonra İranın müxtəlif şəhər və ölkədaxili məscidlərinə gələn hər kəs bu yersiz nisbətin yalan olduğunu anlayar. Həqiqət budur ki, namaz qılanlar namazı bitirdikdən sonra cəm şəkildə dua edərək İmam Xоmeyninin rəhbərliyini bir daha təsdiqləyir və onun xəttində sadiq qalacaqlarını elan edirlər.


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 57 Bölmə: Maraqlı melumatlar