beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yetiş Ya Rəsulullah!

Əbu Abdullah Merrakuşi həzrətləri, Rəsulullah əfəndimizi vəsilə edərək Allahu təaladan bir şey istəmək, Rəsulullah əfəndimizin kömək və himayələrinə qovuşmaq barəsində bir əsər yazdığı əsnada başından keçən bir hadisəni belə nəql etdi:

"1239 ilində Sədər qalasından seçmə bir camaatla birlikdə çıxdıq. Yanımızda bizə bələdçilik edən biri vardı. Bir müddət getdikdən sonra su ehtiyatımız tükəndi. Dayanıb su axtarışa çıxdıq. Bu sırada müdhiş bir şəkildə yuxum gəldi. Necə olsa gedərkən məni oyandırarlar deyib, başımı yerə qoydum. Oyandığımda özümü çölün ortasında tək-tənha gördüm. Yoldaşlarım məni unudub getmişlərdi. Təklikdən böyük bir qorxuya düşdüm. Çöldə sağa-sola getməyə başladım.Hər tərəf dümdüz qum idi. Az sonra hava qaraldı. Səfər etdiyimiz karvandan heç bir iz yox idi. Mən, gecə qaranlığında yalnızdım. Qorxum daha da şiddətləndi. Təlaşla daha sürətli getməyə başladım. Bir müddət getdikdən sonra, çox susamış və yorulmuş bir halda yerə düşdüm. Artıq həyatımdan ümidimi kəsmiş, ölümümün yaxınlaşdığını hiss etməyə başlamışdım. Susuzluq və yorğunluqdan, iztirab və əzabım son həddinə varmış idi. Birdən ağılıma gəldi. Gecə qaranlığında:

"Ya Rəsulullah! Yetiş! Səndən Allahu təalanın icazəsiylə kömək etməyini istəyirəm!" deyə inlədim.

Sözümü bitirər bitirməz, birinin mənə səsləndiyini eşitdim. Səsin gəldiyi tərəfə baxdığımda; gecə qaranlığında, ətrafına işıqlar saçan, dümağ paltarlar geyinmiş, o zamana qədər heç görmədiyim bir kimsənin məni çağırdığını gördüm. Mənə yaxınlaşıb, əlimi tutdu. O anda bütün yorğunluğum və susuzluğum itdi. Yenidən doğulmuş kimi oldum. Ona canım birdən istiləndi. Eləcə bir müddət getdik. Həyatımın ən şirin anlarından birini yaşadığımı hiss etdim. Bir qum təpəciyini aşınca, birlikdə səfər etdiyim karvanın işıqlarını görüb, yoldaşlarımın səslərini eşitdim. Onların yanlarına doğru yaxınlaşdıq. Mənim mindiyim heyvan ən arxada onları təqib edirdi. Birdən gəlib önümdə dayandı. Heyvanı önümdə görüncə, sevinc qışqırıqları atdım. Mən qışqırınca, mənimlə gələn şəxs əlini əlimdən çəkdi. Daha sonra əlimdən tutub miniyimə mindirdi.

Sonra da;

"Bizdən bir şey istəyəni və kömək tələbində olanı boş çevirmərik." deyərək geri dönüb getdi. O zaman onun Rəsulullah əfəndimiz olduğunu anladım. O, geri dönüb gedərkən, ətrafına yaydığı nurların gecə qaranlığında göyə doğru yüksəldiyi görülürdü. O, gözümdən itincə, birdən ağılım başıma gəldi;

"Necə olub da mən, Rəsulullah əfəndimizin əlini ayağını öpmədim." deyə çırpındım. Amma iş işdən keçmiş, fürsət əldən qaçmışdı.


Tarix: 08.06.2013 / 13:51 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 340 Bölmə: Maraqlı melumatlar