beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ya Rəbb, onlar bilmirlər, bilsəydilər etməzdilər!

Hz. Məhəmməd (s.ə.v.) bütün insanlığa, aləmlərə rəhmət olaraq göndərilmiş bir Peyğəmbərdir.
Bu xüsusiyyəti ilə insanların ağrılarını, çətinliklərini içində hiss edərək duyar, kədərlənmələrinə dözə bilməz.
Çünki onlara çox bağlı və sevgi ilə doludur.
Səhvlərini düzəltmələrini, doğru yola getmələrini istər.
Möminlərə qarşı isə daha şəfqətli (Rauf) və çox mərhəmətli (Rəhm)dir.
Cənabı Allah; gözəl adlarından Rauf və Rəhm sifətlərini rəsullardan tək Peyğəmbərimiz (s.ə.v.) üçün istifadə etmişdir.
O Fəxri dünyada insanlar arasında bir uşaqkən belə "ümməti, ümməti" deyəcək qədər bizə bağlı idi.
Yaşayarkən də həmişə ümmətinin qurtuluşu üçün işini xərclədi və o qədər əziyyət, çətinliklərə fədakarlıqlarla sinə gərdi, insanlardan gördüyü hər cür əziyyəti, sonsuz səbri ilə qarşıladı.
Məkkənin yarmarkalarında insanların həm dünya həm də axirət həyatını qurtarmaq üçün çadır çadır, ev ev gəzib onları İslama dəvət edərkən xor görüldü, lağ edildi, ən ağır təhqirlərə uğradı, üzünə torpaq atıldı və hətta namaz qılarkən də üzərinə heyvan pisliyi atıldı.
Amma O (s.ə.v.), bütün bunlara baxmayaraq onlar haqqında qarğış etmədi, əksinə:

- "Ya Rəbb, onlar bilmirlər, bilsəydilər etməzdilər!" kimi şəfqət və mərhəmətini göstərmişdi.

İbni Asakir və Əbu Nuaym, Vəhb min Münəbbihdən rəvayət edərlər.
O belə demişdir:

"Mən, yetmiş bir ədəd kitab oxudum. Bunların hamısında; dünya yaradılandan bəri, heç bir kimsəyə Hz. Məhəmmədin, (s.ə.s.) ağlı kimi bir ağlın verilmədiyi yazılı idi.

Və deyilirdi ki:
"Hər hansı bir kimsəyə verilmiş olan ağlın, Məhəmmədə (s.ə.v.) verilən ağılın yanındakı vəziyyəti; bir qum dəryası yanında, oradakı bir qum dənəsinin vəziyyəti kimidir."

Eyni zamanda bu kitablarda:
"Məhəmməd (s.ə.v.) ağıl və düşüncə baxımından, həqiqətən bütün insanlardan daha üstündür" deyə oxuyurdum."


Tarix: 08.06.2013 / 13:42 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 83 Bölmə: Maraqlı melumatlar