beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hicab İslam dininə məxsusdur, yoxsa başqa dinlərdə də vardır?

Qurani-Kərimin «Əraf» surəsinin 20-ci ayəsində Adəm və Həvva haqqında buyurulur: «Şeytan onların ikisini aldatdığı zaman qadağan olmuş ağacdan yedilər. Onların övrətləri göründü, öz övrətlərini ağacın yarpaqları ilə örtdülər». Bəs, örtük məsələsi elə əvvəldən mövcud olmuşdur. Diqər baxımdan qədim dövrlərdən əlimizə çatan kitabələr, sikkələr, heykəllər, qədimi rəsmlər, xalçalar, gümüş qab-qacaq və naxışlarda örtüklü qadın şəkillərinin olması bunu göstərir.
Qurani-Kərimdə belə buyurulur ki, Həzrət Suleymanın (ə) d&¨vründə qadınların bədən örtüyündən əlavə, «rübəndləri» (üz üçün örtük) də var idi. Həmçinin, Həzrət Suleyman (ə) ın dövründə günəşə ibadət edən Səba padşahı Bilqeysin də kamil örtüyü olub. Çünki bu dastana aid ayələrdən bilirik ki, Həzrət Süleymanın (ə) sarayına daxil olmaq istəyərkən Bilqeys ətəyini yuxarı yığıb və islanmamaq üçün bir anlıq geri çəkilib. (Çünki Həzrət Suleyman (ə) sarayın döşəməsini billur daşdan xalça kimi döşətdirmişdi).
Həzrət İbrahimin (ə) zamanında da hicab mövcud olub. Belə ki, İshaqın nişanlısı onu görəndə üzünə duvaq (örtük) salıb.
Mövcud dəlillərə əsasən, qədim İran və Hindistanda da hicab mövcud olub, lakin İslamın zühuru bu məsələ kamilləşib.
Vill Dorant «Mədəniyyət tarixi» kitabında yazır: «Yəhudilərin adət-ənənəsinə görə, əgər qadın hicabsız vəziyyətdə kişilər arasına çıxsaydı və ya onlarla söhbət etsəydi həmin qadının əri ona mehriyyəsini vermədən (haqqını vermədən) onu boşayardı. Zərduşt zamanında da hicab olub. Daryuşun hakimiyyəti dövründə (İslamdan əvvəl İran şahı) varlı, adlı-sanlı qadınlar örtüklü vəziyyətdə, taxt üstündə bayıra çıxardılar. Amma fəqir qadınlar (əlacsızlıqdan) işlədikləri üçün camaat içində olardılar. Heyz halında olarkən qadın evdə tək qalmalı idi və qadın ərə gedərdisə, atası və qardaşı ona naməhrəm sayılardı».
İslam dini qadınları cahiliyyət dövrünün əsarətindən xilas edərək ona şəxsiyyət vermişdir. Cahiliyyət dövrü elə bir mərhələ idi ki, qadını bir heyvan kimi, hətta ondan da aşağı hesab edirdilər. Cahiliyyət dövründə Ərəbistan yarmadasında yaşayan qadınlar öz heysiyyətini itirmişdilər. Onlar öldürülür, satılır, döyülür, işlədilirdilər. Qadın cahiliyyət dövründə məzlum idi. İslam dini qadını cahiliyyət bataqlığından çəkib çıxartdı və ona dəyər verdi.
Qadının dünyada özünə məxsus bir yeri vardır. Bir cəmiyyətin səlah və fəsadı, orada yaşayan qadınların səlah və fəsadından asılıdır. Qadın yeganə varlıqdır ki, öz qucağında elə insanlar yetişdirib cəmiyyətə təhvil verə bilər ki, onların bərəkəti sayəsində bir cəmiyyət, hətta cəmiyyətlər istiqamətlənib böyük insani dəyərlərə malik olarlar. Bunun əksi də ola bilər...



Yadivizda saxlayin "HİCAB mənlik deyil" deyen qiz gör sən Hicaba layiqsən ya yox...

¨


Tarix: 08.06.2013 / 13:10 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 140 Bölmə: Maraqlı melumatlar