beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Pis əməllər haqqında!

1.Cahillik hələ heç vaxt heç kəsə kömək etməmişdir.
2.Qorxusuz yaşamaq istəyirsənsə,başqalarına pislik etmə.
3.Nifrətə yalnız məhəbbətlə qalib gəlmək olar.
4.Birisinin tikəsini əlindən alıb başqasına vermək heç də igidlik deyil.
5.İnsan hirslənəndə əqli yerindən oynayırBelə hallarda heç bir iş görmə!
6.Zülm,həsəd,hiylə ilə bu dünyada iş aşmaz.
7.Paxıllıq insanın qəlb rahatlığını pozan can odudur.
8.Paxıllıq odundan yandırıcı od hələ görünməmişdir.
9.Paxıllıq qabiliyyətin yoxsulluğundan doğar.Hünərsiz adam arta bilmədiyini görüb başqalarının da hünərsiz olmasını və geriləməsini arzulayar ki,özü ilə müsaviləşsin.
10.Günahkarın haqqında vasitəçilik etmək ümumi asayişi pozan ən pis hərəkətdir.
11.İnsan başqa bir insana sahib ola bilmədiyi kimi,xalq da başqa bir xalqa sahib ola bilməz.
12.Pisliyə vadar etməyin özü də pislik etmək kimi bir şeydir.
13.Namuslu adam heç kəsə pax.ıllıq etmir.
14.Pis işlərdən qorxu üçün deyil,öz borcunu başa düşdüyün üçün çəkinməlisən.
15.Qəzəb-insanı daxildən parçalamağa hazır işdir.
16.Kinli adamların həyatı dəhşətli olur.
17.Əgər bəşəriyyətin səadətini təmin edəcək bir sarayın tikintisində məsum bir körpənin göz yaşı axarsa,həmin saray mütləq tar-mar olacaqdır.
18.Paxıllıq xoşbəxt adamların düşmənidir.
19.Əgər sən özünü qəzəbə öyrətmək istəmirsənsə,hər vasitə ilə qəzəbini boğ və hirslənmək vərdişinin yaranmasına imkan vermə.Qəzəbə yalnız başlanğıcda qalib gəlmək olar.
20.Cinayət və cəza bir budaqda boy atır.
21.Qəlbində yer vermə paxıllığa sən,
Kin,həsəd pasını sil ürəyindən.
22.Zülm ilə şahlıq,çıraq ilə külək kimidir.
23.Paxıllıq və qorxu yeganə hisslərdir ki,insana zövq vermir.
24.Düşmənçilik fəal,paxıllıq passiv narazılıqdır.Buna görə də paxıllığın tezliklə nifrətə çevrilməsinə təəccüblənmək lazım deyil.
25.Başqasını izləyənə qabaqda gedən deməzlər.
26.Paxıl ölürsə də,paxıllıq heç vaxt ölmür.
27.Yamanlıq eləsə özgəyə hər kəs,
Çıxar qabağına,hədərə getməz.
28.Torpağa mərhəmət xeyirdir inan,
Lütf etsən gül verər,zülm etsən tikan.
29.Qorx ki,boyun vuran qılıncın bir gün,
Vursun öz boynunu nahaq qan üçün.
30.Pas dəmiri yeyən kimi,paxıllıq da insanın qəlbini yeyir.
31.İtirdiyin vaxtı tapa bilmədiyin kimi,elədiyin pisliyi də heç vaxt düzəldə bilməyəcəksən.
32.Pislik dalğaya bənzəyir,o sahilə toxunur və geriyə qayıdır.
33.Qəzəb hissi insan təbiətindən doğmadığı üçün onunla mübarizə etmək mümkündür.
34.Hirs atəşinin ilk odundan qəzəb sahibi yanar,alovun düşmənə çatıb-çatmaması isə sonraya qalar.
35.Qəzəblənəndə özünü saxlaya bilən adam baqalarının da günahını bağışlaya bilər.
36.Kim tez qılınc çəkib etsə yamanlıq,
Əlini dişləyib çəkər peşmanlıq.
37.Dinlə bir nəsihət,söyləyirəm mən-
Kim tikan əkibsə,dərməz yasəmən.
38.Şeytanlıq eyləyib kim ara vursa,
Bəxti üz döndərər,o görər cəza.
39.İnadın nəticəsi rüsvayçılıq,qəzəbin nəticəsi peşmançılıqdır.
40.Bədbəxtliyin çoxu acıqdan və qəzəbdən,paxıllıqdan və qərəzkarlıqdan olur.
41.İnsanların yaxşısına pislik edən şəxsin əməli günəşə tüpürən adamın vəziyyətinə bənzər,yenə axırda öz üzünə düşər.
42.Pisliklə barışmaq mənəviyyatsız adama çevrilmək deməkdir.
43.Sizin özün&¨zə olan inamınızı qırmağa cəhd edən adamlardan qaçın.
44.Pislərlə oturub-durma ki,öz yaxşı sifətin də əldən gedər.
45.Bir ürəyə məlhəm olmasan,neştər də olma.
46.Paxıllıq dirəyini nadanlıq küləyi sındırar.
47.Cömərdliyə güvənsən də,sadiq sanma sirdaşları,
Paxıllıqdan gör nələr etdi Yusifə qardaşları.(M.Füzuli)
48.Paxıllıq zəkalıların düşməni,riyakarlar ecazkarların qənimidir.
49.Qəzəb-qisamüddətli dəlilikdir.
50.Qaranlıq içində olan qəlbdə günah doğar.
51.Peşman olmuş bir günahkarın göz yaşları yüz möminin duasından daha artıq sevinc gətirir.
52.Paxıl rahat olmaz,başqalarını gözü götürməz,özünə isə layiq olmadığı hər şeyi istər.
53.Yumruq vurmağa adət etmiş adamlar zəiflərin təpiyi altında məhv olarlar.
54.İnsana nifrət-kiçik intihardır.
55.Həmişə könlünün xoş olmasını istəyirsənsə,paxıl olma.
56.Pis işin qarşısını alıb günahı bağışlamaq yaxşı iş görüb savab eləməyə bərabərdir.
57.Ziyankarlığın səmərəsi məhrumiyyət,məhrumiyyətin meyvəsi ehtiyac,ehtiyacın bəhrəsi alçalmaqdır.
58.Zülm örtüyü xeyirli işi dərk etməyə mane olduğu kimi,cəhalət pərdəsi də xoşbəxtliyi görməyə əngəl törədir.
59.İnsan zəhərli ağac əkdiyini o zaman bilir ki,onun meyvəsini özünə yedirirlər.
60.Hirslənəndə ağlı itirərlər,dərd çəkəndə iştahanı.
61.Özgəsinə quyu qazmaq istəyən onu öz boyuna görə ölçməlidir.
62.Qəzəblənəndə könül də kor olar,göz də.
63.Hər yanğını söndürən tapılar,lakin paxıllıq odunu söndürmək olmaz.
64.Hirsli adam ağılsızın qardaşıdır.
65.Hirsli adam tez qocalar.
66.Ağcaqanadı vızıltısına görə yox,adamların qanını sorduğuna görə öldürürlər.
67.Qərəzdən mərəz hasil olur.
68.Özgənin səadətinə küsənən,özü səadət görməz.
69.Qəzəblənəndə göz qaralar,qəzəb sönəndə üz qaralar.
70.Hirs ilə qalxan ziyan ilə oturar.
71.Hirs qabaqda gələndə ağıl arxada olar.
72.Hirsli adam yuxuda da saqqalını əsdirər.
73.Zülm küləyi əsən dənizdən intiqam buxarı qalxar.
74.Kim sitəm qılıncını qaldərsa əgər,
Həmin qılıncla da məhv olub gedər.
75.Kim ki,xalqı həsrət qoyub az nemətə ömrü boyu,
Gen süfrəsi darlıq edib naz-nemətə ömrü boyu.


Tarix: 07.06.2013 / 19:14 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 300 Bölmə: Maraqlı melumatlar