beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hz Mehdi-nin var olması və dünyanın sonu!

İslama görə bu anlayış, qiyamətə yaxın bir çağda, Quran əxlaqının bütün dünyaya suveren olacağı bir dövrü ifadə edər. Peyğəmbərimiz bu dövrü hədislərində detallı olaraq izah etmişdir.

Axır zamanın ilk mərhələsində, dünya Allahı inkar edən bir sıra fəlsəfi sistemlər səbəbiylə degenerasiya olacaq. İnsanlıq yaradılış məqsədindən uzaqlaşacaq, bunun nəticəsində böyük bir mənəvi boşluq və əxlaqi pozulma yaşanacaq. Böyük fəlakətlərin, döyüşlərin və ağrıların ardından insanlıq tək bir problemin cavabını axtaracaq: "Qurtuluş haradadır?"

Tam bu ümidsizlik dövrü içində Allah, qarışıqlıq içindəki insanları doğru yola dəvət etmək üçün, bir şəxsi vəzifələndirəcək, o şəxs "Hz Mehdi" olacaq!

Axır zamanın bu axışı, Peyğəmbərimizin 14 əsr əvvəlki hədislərində və bir çox İslam aliminin əsərlərində detallı olaraq izah edilməkdədir. Və dahası, içində yaşadığımız dövrdə, axır zamanın əlamətləri bir-biri ard-arda reallaşmaqdadır...

Dünyanın sonunun və Hz Mehdi-nin gəlməsinin əlamətləri:



1) Fitnələrin çoxalması

2) Haramların Halal sayılması

3) Allahın açıqca inkar edilməsi

4)Müsəlmanlara basqıların artırılması

5) Dünyanın hər yerində qarışıqlıqların yararması

6) İran - İraq müharibəsi

7) Əfqanıstanın işğalı

8) Fırat hövzəsinin suyunun kəsilməsi

9) Ramazanda ay və günəşin tutulması

10) Quyruqlu ulduzun (Kometa) görülməsi

11) Kəbə basqını və Kəbədə qan axıdılması

12) Şərq tərəfindən bir alovun görülməsi

13) Böyük və qeyri-adi hadisələrin meydana gəlməsi

14) Günəşdən bir əlamətin aşkar edilməsi

15) Böyük şəhərlərin yox olması

16) Zəlzələlərin çoxalması

17) Bir kəndin yox olması



Gərək Mehdinin çıxışı, gərəksə qiyamət əlamətləri ilə əlaqədar hədislərin ard-arda reallaşmaları müəyyən bir dövrə işarə etməkdədir. Və bütün əlamətlərin hicri 14. əsr başından (1979-1980) etibarən sırayla ortaya çıxmaları, içində olduğumuz dövrün Mehdinin yer üzündə mövcudluq illəri olduğunu çox dəqiq bir şəkildə ortaya qoymaqdadır.

Ən doğrusunu isə Allah bilər.


Tarix: 07.06.2013 / 19:11 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 137 Bölmə: Maraqlı melumatlar