beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Avropada nə qədər müsəlman var ?

Aparılan araşdırmalara görə, Avropada yaşayan müsəlmanların sayı 45 milyonu keçib və müsəlmanların ən çox yaşadığı ərazi Balkanlardır.
Siyasi, iqtisadi və mədəni sahələrdə isə ən təsirli olan müsəlmanlar İngiltərə müsəlmanlarıdır.

Araşdırmada həmçinin bildirilir ki, Avropada rəsmi olaraq tanınan ikinci din də İslam dinidir.

Türkiyənin Avropaya düşən hissəsi araşdırmada nəzərə alınmasa da, Rusiyanın Avropa hissəsi araşdırmanın tərkib hissəsinə aiddir. Araşdırmaya görə, ən çox müsəlman Kosovada yaşayır. Belə ki, burada əhalinin 90%-i müsəlmandır. Əhalisinin 80%-nin müsəlman olması ilə Albaniya ikinci yerdə durub. Bosniya-Herseqovinada isə əhalinin 50%-nin müsəlman olduğu bildirilir. Araşdırmaya görə, Makedoniyada əhalinin 40%-i müsəlman olduğu halda, Çernoqoriyada bu rəqəm 20%-dir.

Balkanlarda, yəni Avropanın cənub-şərqində avropalı müsəlmanların sayı 9 milyondur. Yəni müsəlmanlar əhalinin 12%-ni təşkil edirlər. Hollandiyada da müsəlmanların sayının 1 milyon olduğu göstərilir. Bunlardan 25%-i paytaxt Amsterdamda yaşayır. Burdakı müsəlmanların hamısını immiqrantlar təşkil edir.

Avropanın qərbindəki ölkələr arasında müsəlmanların ən çoxluq təşkil etdiyi ölkə isə Fransadır. Fransada təxminən 5 milyon müsəlman var. Fransanın ardınca 4 milyon sayla Almaniya gəlir. Bu ölkədəki ən təsirli gücə malik partiyalardan üçüncüsü olan Yaşıllar Partiyasının rəhbəri türk əsilli müsəlmandır. İngiltərədə isə 3 milyon müsəlman var. Demək olar ki, bu ölkədə olan müsəlmanlar bütün siyasi, iqtisadi, mədəni və media sahəsində təsirli rola malikdirlər.

Araşdırmaya görə, zaman keçdikcə Qərbi Avropadakı müsəlmanların təsiri Şərqi Avropanın əksinə getdikcə artır. Avropa ölkələri arasında İslamı və müsəlmanları ən az qəbul edən ölkə Yunanıstandır. Bu ölkəni Sloveniya izləyir. Sloveniya müsəlmanlar üçün məscid olmayan yeganə ölkədir.


Tarix: 06.06.2013 / 19:25 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 55 Bölmə: Maraqlı melumatlar