beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

♥♥♥ ALLAH ♥♥♥ haqqında hədislər

Bismillahir Rəhmanir Rəhim...
Salam və Salavat olsun sonuncu peyğəmbərimiz Məhəmməd (s.a.a.) Peyğəmbərə və onun Ailəsinə, Pak Əhli-Beytə (ə).
Allahın Salamı olsun İslam Yolunu gedənlərə və İslama Doğru gələnlərə...

Allah
Quran:
«Əgər onlardan «göyləri və yeri kim yaratmışdır?» deyə soruşsan,onlar mütləq «Allah!» deyə cavab verəcəklər.» (Loğman, ayə25, Zumər, ayə38)
Hədis:
İmam Əli (ə): «Allahın mənası yaradılmışların mat-məəttəl, heyran qaldıqları və pənah aparılan mə‘buddur. Allah gözlərin görə bilmədiyi, xəyal və təsəvvürlərdən uzaq olan varlıqdır.» (ət-Tovhid, səh.89, hədis2)
İmam Əli (ə): «Allah adı, Allah-taalanın adlarının ən böyüyüdür. Elə bir ad ki, Allahdan başqasına layiq deyil və bu ad heç bir məxluqa verilməz.» (ət-Tovhid, səh.231, hədis 5)
İmam Baqir (ə): «Allah o mə‘buddur ki, yaradılmışlar Onun mahiyyətini başa düşməkdə, necəliyindən agah olmaqda mat-məəttəl və heyran qalıblar.» (ət-Tovhid, səh. 89, hədis 2)
İmam Rza (ə): «Həqiqətən Allah-taalanın adını çəkmək Onun rübubiyyət və tovhidini bəyan etməkdir.» (Uyun əxbar-Rza (ə), c.2, səh. 93, hədis 1)
İmam Həsən Əskəri (ə): «Allah həmin o varlıqdır ki, bütün yaradılmışlar ehtiyac və çətinliklər zamanı, həmçinin Ondan başqa hər bir şeydən ümidini kəsən vaxt Ona pənah aparır.» (Biharul-Ənvar, c.3, səh.41, hədis16)


Tarix: 04.06.2013 / 19:38 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 70 Bölmə: Maraqlı melumatlar