beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İmanın altıncı şərti, Qədərə İman (III hissə)

9)- Hidayətin növləri

Allahın quluna nəsib etdiyi hidayət iki cürdür.
Birincisi: Bütün insanlıq üçün lazım olan, Allahın quluna doğru yolu, haqqı göstərdiyi və dəlalət etdiyi hidayətdir. Uca Allah bu barədə belə buyurmuşdur:
“Sən (onunla insanları) düz yola yönəldirsən (islam dininə dəvət edib haqqa qovuşdurursan)” (əş-Şura (Şura) surəsi, 52).

İkincisi: Uca Allahın fəziləti və kərəmi ilə müttaqi (Allahdan haqqıyla qorxan) qullarına şər qapılarını bağlayıb, xeyir və yaxşılıq qapılarını, yollarını açması, qullarını bu halda daima sabit etməsidir. Bu hidayət Allahdan başqa heç kimin ixtiyarında deyildir. Bu barədə uca Allah belə buyurmuşdur:

“(Ya Rəsulum!) Şübhəsiz ki, sən istədiyini doğru yola yönəldə bilməzsən. Amma Allah dilədiyini doğru yola salar” (əl-Qəsəs (Hekayət) surəsi, 56).

10) – İradənin növləri

İradə (istəmək, istədiyini etmək) uca Allahın kitabında iki cür gəlmişdir:
Birincisi: Kövni iradə
Bu iradə uca Allahın yaratdığı bütün hər şey üçün keçərlidir. İstədiyi meydana gələr, istəmədiyi isə baş verməz. Uca Allahın murad etdiyinin şübhəsiz ki, mütləq olması lazımdır. Kainatda baş verən hər şeyin uca Allah tərəfindən sevilməsi, sevilməsi, razı qalması meydana gəlməsi üçün şərt deyildir. Kövni iradə uca Allah tərəfindən yerlər və göylər yaradılmadan əvvəl təqdir edilmişdir. əgər kövni iradə ilə Şəri iradə bir yerdə, bir nöqtədə birləşərsə bax o vaxt uca Allah o kövnü iradəni sevər və ondan razı olar.
Uca Allah buyurmiuşdur:

“Allah kimi düz yola yönəltmək istəsə, onun köksünü islam (dini) üçün açıb genişləndirər” (əl-Ənam (Davar) surəsi, 125).

İkincisi: Şəri iradə
Şəri iradə Allahın istədiyi, razı olduğu əməllərin, hadisələrin baş verməsini istədiyi, bu sevdiyi, istədiyi şeyləri edənlərdən razı olduğu iradədir. Uca Allahın bir şeyi sevməsi baş verəcəyi mənasına gəlməz. Ancaq kövni iradə ilə meydana gəlməsi istənilərsə o vaxt baş verməsi lazım olur.
Bu barədə uca Allah buyurmuşdur:
“Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər” (əl-Bəqərə (İnək) surəsi, 185)

Kövni iradə daha geniş əhatəlidir. Allahın istəməsi nəticəsində baş verən şəri iradə eyni zamanda kövni iradədir. Mömin qulun iman etməsi kövni iradənin nəticəsidir. Amma uca Allah qulunun iman etməsini sevdiyi və istədiyi üçün imanının olması şəri iradədəndir. Hər kövni iradə də şəri iradə deyildir. Yəni Allah kövni olaraq yaratdığı hər şeyi sevib, olmasını istəmək məcburiyyətində deyildir. Bu kafirin küfr etməsinin Allahın kövni iradəsi nəticəsində olub, uca Allahın küfrü sevmədiyi üçün küfrün baş verməsi şəri iradə deyildir. Əbu Bəkrin (r.a) imanı həm kövni, həm də şəri iradə nəticəsindədir. Amma Əbu Ləhəbin küfrü sadəcə kövnü iradənin nəticəsidir. Uca Allah onun küfrünü yaratmışdır, amma ondakı bu küfr xasiyyətini sevməz, razı olmaz. Bu səbəbdən də onun küfrü şəri iradə nəticəsində deyildir. Uca Allah bu kainatda günahları yaratmış, amma qullarından günah işləmələrini istəməmişdir. Günahlar qulların öz iradələri ilə kəsb edilən xislətlərdir. Uca Allah günahları qadağan etmiş, günah işləyəni cəzalandıracağını bildirmişdir. Əzəli təqdiri nəticəsində istəyən günah işlər, istəyən də günahlardan çəkinər.
Uca Allah qulunun iman etməsini, itaət etməsini, yaxşı əməllər işləməsini istər, bunu arzulayar və sevər. Qullarına sevdiyi işləri etmələri üçün əmr edər. Əmrlərə tabe olanları mükafatlandırar, gözəl bir əvəz verər. Heç kim ALlahın iradəsi olmadan üsyan etməz, asilik etməz. Onun istədiyindən başqa heç bir şey baş verməz. Uca Allah buyurmuşdur:
“Amma bəndələrinin küfr etməsi Ona xoş getməz.” (əz-Zumər (Zümrələr) surəsi, 7)
Və belə buyurmuşdur:
.
“Allah fitnə-fəsadı sevməz!” (əl-Bəqərə (İnək) surəsi, 205)

11)- Qədəri dəyişdirən səbəblər

Uca Allah qulunun başına gələcək qədərin dua, sədəqə, qulun etmiş olduğu işlərdə diqqətli davranması, dərman istifadə etməsi, etdiyi işi ən sağlam bir şəkildə etməsi kimi səbəblərlə dəyişdirilə biləcəyini başa gələcək olan qədərin qarçısının alına bilinəcəyini bildirmişdir. Çünki olacaq hər şey Allahın əzəli elmində sabitdir. Qədər dəyişsə də bu qulun qədərində onsuzda vardır, yazılmışdır. Bu sadəcə bir qədərdən digərinə keçişdir. Qulun acizliyi və bacarıqlı olması da qədərinin bir hissəsidir.
12) – Qədər Allahın bir sirridir
Qədər Allahın yaratdıqlarından gizlətdiyi bir sirrdir. Kainatdakı hər şeyin həqiqi halını uca ALlahdan başqa heç kim bilməz. Qulun zəlalətə düşməsi, hidayətə çatması, ölməsi, dirilməsi, kiminin bol nemətinin olması, kiminin də az ruzisinin olması hamısı Allahın qədərindəndir. Peyğəmbərimiz (s.ə.s) belə buyurmuşdur:
(( إذا ذكر القدر فأمسكوا..)) (رواه مسلم)
“Qədərdən danışılanda sakit durun” (Müslim rəvayət etmişdir).
Bundan başqa alimlər tərəfindən qədərin yönlərini, ALlahın qədərdəki böyük hikmətlərini, qədərin dərəcələrini, mərtəbələrini, nəticələrini insanlara açıqlamaq, onların bunu öyrənmələrini təmin etmək caizdir və lazımdır. Çünki qədərə iman, imanın altı şərtindən biridir. Buna görə də onun haqqında yetərli qədər elm lazımdır. Buna görə də Peyğəmbər (s.ə.s) Cəbrayıl (ə.s) ilə aralarında keçən söhbətdən sonar belə demişdir:
(( .. هذا جبريل أتاكم يعلمكم دينكم )) (رواه مسلم)
“Bu gələn Cəbrayildir. Sizə dininizi öyrətməyə gəldi” (Müslim rəvayət edib).
13) – Qədərin dəlil olaraq istifadə edilməsi

Uca Allahın əzəli elmi ilə olacaqları və olan hər şeyi bilməsi insanlıq üçün qeybi bir məsələdir. Qeyb isə Allahdan başqa heç kimin bilməyəcəyi bir elmdir. Qeyb qulların nəzərində məchul bir şeydir. Bu səbəblə heç kim qədəri etmiş olduğu günahlara “ Qədərimdə var idi” deyərək dəlil kimi gətirə bilməz. əgər belə bir şey olsaydı günah işləyənlərdən hesab soruşulmaz, zalimlərə cəza verilməzdi. Müşriklər öldürülməz, hədd cəzaları tədbiq olunmazdı. Zalimlər zülmündən uzaqlaşmaz, din və dünya fəsad olardı.
Əgər biri etmiş olduğu günahlara qədəri dəlil olaraq gətirsə ona belə deyilir. Bilinir ki, sən ya cənnət ya da cəhənnəm əhlindən olduğuna əmin deyilsən. Əgər bu barədə sənin tam bir məlumatın olsaydı sənə yaxşılığı əmr etməz, pislikdən çəkindirməzdi. Amma sənə Allahın əmrlərini yerinə yetir, qadağalarından çəkin, umulur ki, cənnət əhlindən olarsan deyirik. Səhabələrdən bəziləri qədər haqqında hədisləri eşitdikdə belə deyərdilər:
(( ما كنت بأشد اجتهادا مني ))
“Mən indikindən daha çox dini vəzifələrlə məşğul olacaq, etməyə çalışan deyiləm”. Peyğəmbər (s.ə.s) özünə qədəri dəlil olaraq istifadə etmək haqqında soruşanda belə demişdir:
“Əməl edin. Hər kəsə yaradıldığı şey asanlaşdırılmışdır. Kim səadət əhlindəndirsə, ona səadət əhlinin əməli asanlaşdırılır. Kimdə bədbəxtlik əhlindəndirsə ona bədbəxtlik əhlinin əməli asanlaşdırılır” dedikdən sonra bu ayələri oxudu: “Kim (malını Allah yolunda) versə, (Allahdan) qorxsa, Və ən gözəl sözü (la ilahə illallah kəlməsini) təsdiq etsə, Biz ona ən asan olanı (Cənnəti) müyəssər edəcəyik! Amma kim (malını Allah yolunda xərcləməyə) xəsislik etsə, (mal-dövlətinə güvənib Allaha) möhtac olmadığını sansa, Və ən gözəl sözü (la ilahə illallah kəlməsini) yalan saysa, Biz ona ən çətin olanı (Cəhənnəmi) müyəssər edəcəyik (onu Cəhənnəm üçün hazırlayacağıq!)” (əl-Leyl (Gecə) surəsi, 5-10-cu ayələr).
14) – Səbəblərə bağlanmaq

Qul dünya həyatında iki cür müsibətlə qarşı qarşıya qalar.
Birincisi: Qulun özü əlindən gələn müsibəti kənara qoyacaq gücü vardır. Belə olduğu halda o müsibət qarşısında acizlik göstərməz, əlindən gələni etmək məcburiyyətindədir.
İkincisi isə: Qul özünə gələcək müsibət qarşısında edecek heç nəyi yoxdur. Belə bir vəziyyətdə ümidsizliyə qapılmadan uca Allaha yönəlməli, ondan probleminin həllini istəməlidir. Çünki uca Allah müsibətləri daha baş vermədən necə və nə vaxt baş verəcəyini çox yaxşı bilir. Hər müsibət üçün meydana gəlməsi əsnasında bəzi səbəblər yaratmışdır. Beləcə müsibətin kənar edilməsinin yollarını da bizə öyrətmişdir. Dolayısı yolla qul əgər səbəblərə möhkəm bağlanarsa müsibətləri kənar edəcək gücü də özündə tapar. Dinimiz səbəblərə bağlanmağı əmr etmiş, səbəblər istiqamətində hərəkət etməyəni ayıblamışdır. Çünki qul bu hərəkəti ilə özünü təhlükələrdən qorumamışdır. Bütün bunlarla bərabər əgər qulda müsibətlərə qarşı dayanacaq güc və imkan yoxdursa o qul üzrlü hesab olunur.
Qulun səbəblərə bağlanması, Allaha təvəkkül etməsinə mane deyildir. Çünki səbəblər qədərin növlərindən biridir. Beləliklə qədər səbəblərlə bir bütündür. Hər vaxtda Allaha təvəkkül etməyi lazım bilir. Qul edəcəyi işlərdə səbəblərə sarıldıqdan sonar Allaha təvəkkül edər, ondan qədərinin xeyirli olmasını istəyər. Əgər başına bir müsibət gələcək olarsa belə deyər: "قدر الله ما شاء فعل" “Allah təqdir etdi və istədiyini etdi”.
Qula müsibət gəlmədən əvvəl müsibətin qarşısını kəsəcək səbəblərə yönəlməlidir. Çünki qədər ancaq başqa bir qədərlə dəf edilir. Şübhəsiz ki, bütün peyğəmbərlər özlərini düşmənlərindən qoruyacaq səbəblərə sarılmışlar. Halbuki uca Allah onları qorumuş, onlara dəvətləri əsnasında kömək etmiş və vəhy ilə dəstəkləmişdir. Peyğəmbər (s.ə.s) Allaha təvəkkül edənlərin ağası olmasına baxmayaraq səbəblərə bağlanmışdır. Uca Allah belə buyurmuşdur:
“- (Ey möminlər) Allahın düşmənini və öz düşməninizi, onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi düşmənləri (münafiqləri) qorxutmaq üçün kafirlərə qarşı bacardığınız qədər qüvvə və (cihad üçün bəslənilən) döyüş atları tədarük edin. Allah yolunda nə xərcləsəniz, onun əvəzi artıqlaması ilə ödənilər və sizə heç bir haqsızlıq edilməz!” (əl-Ənfal (Qənimət) surəsi, 60).
Və belə buyurmuşdur:
“Yeri (Yer kürəsini) sizə ram edən Odur. Onun qoynunda gəzin, (Allahın) ruzisindən yeyin. Axır dönüş də Onadır!” (əl-Mulk (Mülk və ya hakimiyyət) surəsi, 15)
Peyğəmbərimiz (s.ə.s) belə buyurmuşdur:
(( المؤمن القوي خير وأحب إلى الله من المؤمن الضعيف وفي كل خير احرص على ما ينفعك واستعن بالله ولا تعجز وإن أصابك شيء ولا تقل لو أني فعلت كذا لكان كذا وكذا ولكن قل قدر الله ما شاء فعل )) (رواه مسلم)
“Güclü mömin qul, zəif mömin quldan Allaha daha sevimlidir. Amma ikisində də xeyir vardır. Sənə faydalı olan işləri tələb et. Allahdan kömək istə, acizlik göstərmə. Əgər sənə bir müsibət gələrsə keşkə belə edəydim, belə etsəydim belə olardı demə. Lakin Allah təqdir etdi və istədiyini etdi de (Müslim rəvayət etmişdir).


Tarix: 08.05.2013 / 19:24 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 257 Bölmə: Maraqlı melumatlar