beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

: KİŞİ ARVADINA VƏ ONUN MƏHƏBBƏTİNƏ NECƏ SAHİB OLMALI?

Heç kəsə sirr deyildir ki, hər biri kişi üçün ailədə xoşbəxt ər olmaq arzusu varlığında onu məsud edəcək, yoxluğunda isə ona yüksək sədaqət nümayiş etdirəcək əməli-saleh bir xanıma sahib olmaq deməkdir. Lakin hər şeydən öncə kişinin özünün əməli-saleh, gözəl davranış sahibi və yüksək əxlaqi keyfiyyətlərə malik olması vacib şərtdir. Sadaladığımız bu xüsusiyyətlərə ailədə hər iki tərəfin sahib olduğu təqdirdə, onlar arasındakı əlaqələr arzu olunan şəkildə qurulacaq və xoşbəxtlik spektrları bu evin hər bir guşəsini işıqlandıracaqdır.

Arvadlarına necə sahib olmaları, onlarla necə xoşbəxt ömür-gün sürmələri və aralarındakı sevgi və mərhəmət toxumlarını necə cücərtmələri məqsədilə aşağıdakı bəzi nəsihətlərlə kişilərə müraciət edirik.

1. İncə məxluq olan xanımlarınıza qarşı mehriban və mülayim davranın!
Hər bir kişinin öz xanımı ilə son dərəcə mülayim və incə davranması labüddür. Bunun üçün də ailədə kişi çox vaxt arvadının yalnış hərəkətlərinə bir o qədər də əhəmiyyət verməməli, yeri gəldikdə onlara göz yummalı və qadının güc nöqtələrini daim qabartmalıdır. Bunun üçün də hərdənbir arvadına “Əzizim, səni, səndə olan hər bir şeyi sevirəm. Səni olduğun kimi, sahib olduğun bütün xüsusiyyətlərinlə sevirəm” – deməsi məsləhət görülür. Sözsüz ki, bu kimi xoş ifadələr ər-arvad arasındakı əlaqələrin daha da möhkəmlənməsinə, bəzi səhvliklərə yol verməsinə baxmayaraq arvadın ərindən razı qalmasına və ümumilikdə ailədəki ab-havanın ürəkaçan olmasına gətirib çıxaran səbəblərdəndir.


2. Xanımlarınızdan sizlərə yardımçı olmağı xahiş edin!
Şübhəsiz ki, hər bir qadın təriflənməyi çox sevir. Çünki qadının ərinin dilindən tərif eşitməsi onun hisslərini həyəcanlandırır, qəlbini fərəhləndirir və onu göylərə qaldırır. Belə olan halda xanımlarınızın “Sən olmasaydın, mən tək bu işi bacarmazdım”, yaxud da “Mənə ürəklə, səmimi qəlbdən yardımçı olduğun üçün sənə minnətdaram” kimi ifadələrlə könlünü almaq sizlər üçün nə qədər çətin və ağır bir işdir?!
Bu cür təriflər eşidən qadın özünün ərinin nəzərində nə qədər dəyərli və gərəkli olmasını hiss etməyə başlayır, ərinin daha çox sevgisini qazanmağa, lütf və səmimiyyət istiqamətində addımlar atmağa çalışır. Beləliklə, qadın tez bir müddətdə əri tərəfindən ona ünvanlanmış bir neçə xoş söz və tərif sayəsində onun yardımçısına və mənəvi dəstəyinə çevrilir. Bununla yanaşı o, ərinin davamlı inkişafını və xoşbəxt gələcəyini təmin etməyə qadir olduğunu hər bir vəchlə sübut etməyə çalışır.
Hörmətli kişilər! Xanımlarınıza “Çox sağ ol, əzizim!”, “Allah sənə xeyirli mükafatlar nəsib eləsin!” – kimi sadə və xoş ifadələr söyləməyə alışın! “Sən necə də gözəl bir qadınsan! Biz birlikdə xoşbəxt bir ailə qurmağa qadirik. Allah bizə bərəkət, sənə can sağlığı bəxş etsin!” – kimi gözəl sözlərlə onların qəlbinə sahib olmağı öyrənin!

3. Fikirlərinizi və hislərinizi xanımlarınızla bölüşün!
Çox vaxt bəzi qadınların ərlərindən öz rəfiqələrinə belə şikayətləndiklərinin şahidi oluruq: “Ərim haqqında onu deyə bilərəm ki, onun heykəldən, daşdan, divardan heç bir fərqi yoxdur. Evə gələndə nə özü danışmır, nə məni dindirmir, nə də hər halda onu sevən bir qadın kimi mənimlə hər hansı bir məsələni məsləhətləşmir”, yaxud “Mən ərimdən ötrü bir kənizəm. Yemək bişirmək, evi silib süpürmək, paltar yumaq üçün lazım olan adicə bir kəniz! Bizim aramızda heç vaxt nə normal bir dialoq, nə də hər hansı bir məsələnin qarşılıqlı şəkildə müzakirəsi olmayıb! Onun bildiyi tək bir kəlmə varsa, o da “Of!”dur”.
Müxtəlif cildlərə girmək, yalançı görünüş arxasında yaşamaq evlilik xoşbəxtliyini aradan qaldırar və yaxşı əlaqələrin intiharına çevrilər. Çünki qarşılıqlı anlaşma şəraitində olan dialoq, arvadla hər hansı bir məsələnin müzakirəsi onu sevindirən, xətrini xoş edən və kişi üçün ona ən yaxın insanla davranışındakı fərqləndirici əlamətə çevrilən ən gözəl amillərdəndir.
Hörmətli kişilər! Xanımlarınızla dərdləşin, onları yaxın-dan dinləyin, problemlərini anlamağa çalışın, dialoq yaradın, dərdlərinə və sevinclərinə şərik olun! Çünki arvad qəzəbimizi üstünə tökmək, intiqam almaq, cəzalandırmaq üçün deyil, məhz sevmək məqsədilə Allah tərəfindən biz kişilər üçün yaradılan incə bir məxluqdur. Çünki qadın da bizi kimi hisləri və öz düşüncə tərzi olan bir insandır. Onlara qarşı bir dost olun, hər gün onlara şirin söhbətlər edin, qısa da olsa, onları özünüzlə təmiz havada gəzintiyə çıxarın, düzlüyü, dürüstlüyü özünüzə rəhbər edin və onların xasiyyətlərinə hörmət göstərin ki, onlar da sizin arzuladığınız arvadınıza və həyatınızın ləzzətinə çevrilsin.

3. Xanımlarınıza daha çox nəyi sevdiyinizi söyləyin!
Hər bir kişi gün ərzində heç olmasa bir dəfə də olsa ar-vadına “Mən səni sevirəm!” cümləsini deməli, onun sevdiyi hər hansı bir işi görməli, onu tərifləyərək nümunə göstərməli və daimi qaşqabaqdan uzaq olmalıdır. Unutmamalıdır ki, bəzən bir xoş söz belə xariqələr və möcüzələr yaradır.
Ümumiyyətlə bir şeyi qeyd etmək lazımdır ki, biz heç bir zaman bəşər övladı olduğumuzu, daim xoş sözlər eşitməyə meyil göstərməyimizi yaddan çıxarmamalıyıq. Bunun üçün də kişinin öz təqdir və tərifini ifadə etmək üçün ən gözəl metodu bunu xanımına söyləməsidir. Bunun da ən gözəl yolu kişinin arvadını duyulacaq bir səslə tərifləməsidir ki, bu da qadının sevincdən qanadlanıb uçmasına səbəb olan amillərdəndir.
Cənab kişilər! “Sən necə də gözəl və cazibədarsan!”, “Sən mənim üçün bir dənəsən!”, “Məni ən çox qısqandıran, sənin saçlarının rəngi, gözlərinin gözəlliyi, səsinin ahəngdarlığı və çiyinlərinin cazibədar formasıdır” – kimi könülləri oxşayan ifadələrlə xanımlarınızın qəlbinə sahib ol-mağı unutmayın! Əgər xanımınız sizin üçün şirniyyat bişiribsə, sizin “Əzizim, sənin hazırladığın təkcə bu tort bütün şirniy-yatların dadından daha ləzzətlidir” – deməniz onun özünü son dərəcə xoşbəxt hiss etməsi üçün kifayətdir! Yaxud da sizin ürəyinizdən olan bir işi görübsə və siz də bunun müqabilində ona “Əzizim, sən həmişə ən yaxşı olanı edirsən” – deyirsizsə, bilin ki, onun üçün bundan daha qiymətli təşəkkür ola bilməz!

4. Arvadınızda xoşunuza gəlməyən bir şeyi irad tutarkən ədəbli və nəzakətli olun!
Bəzən kişilər xoşlarına gəlməyən mənzərələrin şahidi olur və bunu tez dəyişdirməyə çalışırlar. Belə məqamlarda ailə başçısı olan kişi evlilik prinsiplərinə heç bir xələl gətirmədən və əlavə problemlər yaratmadan məsələnin həlli üçün ən layiqli variantı, metodu seçməlidir.
Məsələn, əgər kişi arvadının pomada və ya hər hansı kosmetik vasitələrdən istifadə etməsinə pis baxırsa, buna görə onu “Sən meymuna oxşayırsan” – deyə əsla təhqir etməməlidir. Çünki o öz istəyini arvadının hislərinə toxunmadan da həyata keçirə bilər. Bunun üçün də onun öz iradını “Əzizim, bu süni rənglər sənin valehedici təbii gözəlliyinin üstünü örtür, onlara kölgə salır” – deyə bildirməsi daha məqsədəuyğundur. Əgər qadında paltarını dəyişib yatağına girərkən bütün elektrik lampalarını söndürmək kimi bir vərdiş varsa, kişinin bunun üçün ona “Sən vasvasısan” – deməsinə heç bir gərək yoxdur. O başqa bir metodla – “Əzizim, doğrudur, iki nur bir arada ola bilməz. Amma sən zəhmət olmazsa, bir elektirik lampasını açıq burax ki, sənin bu gözəl vücuduna yaxşı tamaşa edə bilim” – deməklə də öz istəyinə nail ola bilər. Yaxud əgər kişi qonaq otağındakı vazanın yerini dəyişdirmək istəyirsə və arvadı da “Xeyr! Sən bunu edə bilməzsən! O yerindən heç hara tərpənməyəcək. Çünki o mənə qalan qədim və qiymətli bir mirasdır” – deyə buna qəti etiraz edirsə, heç də məsələni qabartmaq və şişirtmək lazım deyil və əksinə, kişinin “İnad etdiyim üçün məni bağışla, əzizim! Fikrimi dəyişdim. Gəl vazanı yerində saxlayaq, onun ətrafındakı əşyaları isə ona uyğun yerləşdirək” – deməklə belə bir fənd işlətməsi qadının öz fikrindən daşınması üçün kifayət edəcəkdir. Bu sözdən sonra qadının özünə gəlməməsi və acizanə şəkildə ərinin istəyini həyata keçirməməsi mümkün deyildir.

5. Səmimiyyətinizi nümayiş etdirmək üçün sadə bir iş görün!
Heç bir kişi düşünməməlidir ki, qadını məmnun edən an-caq bahalı dəri kürklər, yaxud müasir avtomobillər, yaxud da geniş mənzillərdir. Xeyr! Bu əsla belə deyildir. Bundan başqa digər sadə vasitələr də mövcuddur ki, hər bir kişi onu etməklə öz arvadına xoşbəxtlik nəsib edə bilər.
Misal üçün siz xanımınıza onun daha çox sevdiyi cur-nalın sonuncu buraxılışını, yaxud özünüzün bağçadan dərdiyiniz bir dəstə qızılgülü, yaxud da dükandan aldığınız kiçik bir ətir şüşəsini hədiyyə edə bilərsiz. O zaman əmin olun ki, biz kişilərə nə qədər adi və ucuz görünən bu əşyalar ona necə də böyük bir sevinc bəxş edəcək və çox güman ki, o, qon-şudakı rəfiqələrin önündə “Ərim mənim yamanca nazımı çəkir, o mənə qarşı son dərəcə qayğıkeş və diqqətcildir. Ərim məni çox sevir” – deyə öyünəcəkdir.
Ümumiyyətlə gərək kişilər xanımlarına kompliment deməkdən yorulmasınlar və buna uzun fasilə də verməsinlər. Çünki ancaq xoş sözlə, iltifatla qadının könlünə və özünə yiyələnmək olar. Kişi bu yolla arvadına sevgidə və ailədə öz fədakarlığını hiss etdirə bilər.
6. Xanımlarınıza gözəllikləri və xoş davranışları ilə si-zi cəzb etməyə qadir olduqlarını söyləyin!
Ailədəki həqiqi xoşbəxtliyi təmin edə bilən kişi xanımına “Mənim həyatım səninlə birgə olanda bəxtiyardır. Sən gözəllikdə və cazibədarlıqda tayı-bərabəri olmayan bir qadın-san” – deyə bilən kişidir. Lakin bu kimi sözlər qətiyyən ötəri, boğazdan yuxarı və qeyri-ciddi vəziyyətlərdə söylənilməməlidir. Əksinə, bu zaman tam ciddi və son dərəcə səmimi olmaq əsas şərtdir. Bununla yanaşı kişi belə də deyə bilər: “Sənin qayıtmağını gözləmək mənim üçün çox çətindir. Həmişə mənim yanımda qal. Çünki sənin varlığını hiss edə bilmək mənim ruhumun məlhəmidir”.
İş yerinizdən xanımınıza telefon açın, onunla bir neçə dəqiqəlik mülayim və səmimi söhbət edin, hal-kefini soruşun, onun üçün darıxdığınızı və inşaallah iş qurtarar-qurtarmaz dərhal evə gələcəyinizi söyləyin, yaxud da “Əzizim! Sözsüz ki, sən mahir bir aşpazsan və bu işdə sənin tayın-bərabərin yox-dur, sənin bişirdiyin xörəklərin dadı günlərcə adamın dam-ağından getmir, amma bu gün özünə əziyyət verib yemək bişirmə, gələndə sənin üçün hazır yemək alıb gətirəcəm” – deyə ona qarşı qayğıkeş olduğunuzu nümayiş etdirin.

7. İnsanların önündə xanımınızla rəftarınıza fikir ve-rin!
Hər bir kişi öz xanımıyla xüsusi ilə də insanların önündə tam ehtiyat və şüurla rəftar etməlidir. Əgər siz öz xanımınızla hansısa bir yeməyə dəvət olunmusunuzsa, ilk öncə ona süfrədə yer ayırın, hərdən zarafat əsnasında çiyninə vurun və təbəssümünüzü ondan əsirgəməyin. Çünki belə hərəkətlər qadın psixologiyasında son dərəcə bəyənilən hərəkətlərdir.
Məsələn, bir anlıq təsəvvür edək ki, baldızınız sizi ailəvi evinə qonaq çağırıb və siz də bu dəvəti qəbul edib qonaq getmisiniz. Çay süfrəsi arxasında əyləşmisiniz və ortalığı sükut bürüyüb. Bu zaman siz həm sükutu pozmağı, həm də xanımınıza xoş görünməyi istəyirsinizsə, onun barəsində danışmağı sevdiyi bir mövzu haqqında ortaya bir sual atın və cavabını gözləyin.
Ailəvi və ictimai məclislərdə camaatın gözü önündə xanımınzla əsla mübahisə etməyin. O, xırda məsələlərdə səhvə yol vermiş olsa belə səhvlərini üzə çıxarmağa və onun üzünə vurmağa çalışmayın. Bu işi başqalarına buraxın!
Qaynananızla təklikdə olduğunuz zaman ona qızını tərifləyin, xoş sözlər və belə bir xanımınız olması ilə qürur his-si duyduğunuzu bildirin. Unutmayın ki, bu hər zaman bəhrəsini verən gözəl bir metoddur.

8. Xanımlarınızla bir insan kimi davranın!
Şübhəsiz ki, hər bir qadının ər evindəki əşya kimi deyil, bir insan kimi sevilmək arzusu onun ən təbii haqqıdır. Bu baxımdan da xanımınıza hədiyyə verdiyiniz zaman onun “Bu necə də gözəl hədiyyədir” – deməsinə imkan verin. O bunu söylədikdə isə siz: “Gözəl olan sənsən!” – deyə onu ikinci dəfə sevindirin.
Sosial həyatınızda hər hansı bir uğura nail olduğunuz za-man bu barədə çox da özünüzdən danışmayın. “Əzizim, bu uğurun qazanılmasında sənin də böyük əməyin var. Bu işdə sən öz misilsiz dəstəyini məndən əsirgəməmisən, həmişə məni ruhlandırmısan və mənə arxa olmusan” – deyərək onun bir hissəsini də xanımınızla əlaqələndirin. Xanımınıza hər zaman, istər sevincli və istərsə də kədərli anlarda onu sevdiyinizi hiss etdirin, “Ancaq səni sevirəm” – deməklə bunu ona sübut etməyə çalışın.
Özünü ər adlandıran hər bir kişi bilməlidir ki, bütün əşyalar istifadə, qadın – arvad isə sevgi üçün yaradılmışdır. Vay o gündən ki, bunun əksi baş versin, ailədə fitnə fəsad baş qaldırsın və tellər birdəfəlik qırılaraq sıradan çıxsın!


Tarix: 07.05.2013 / 20:44 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 395 Bölmə: Maraqlı melumatlar