beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ƏSMƏUL HUSNƏ (ƏN GÖZƏL İSİMLƏR)-XABİR

əl-Xabir – Xabir – hər şeydən xəbərdar olan. Hər bir şeyin zahirini bildiyi kimi içini və gizliliklərini də bilməkdədir. Qəlblər və sinələr hər şeyi incə detallarıynan bilən Lətif və Xabir olan Allahdan bir şeyi necə gizlədə bilər? «O, Hikmət və Bilik (XABİR) sahibidir». (əl-Ənam 18). «O, yaratdığını bilməzmi? O, Lətifdir, Xabirdir». (əl-Mulk 14). «Bunu mənə bilən və Xabir olan Allah xəbər verdi». (ət-Təhrim 3).

Allah hər şeydən xəbərdar olan Xabirdir. O, hər şeyi yerli-yerinə qoyan və layiq olduğu yerə endirən Həkimdir. O, heç bir şeyi uyğun olmayan bir yerə qoymaz, layiq olmadığı bir yerə endirməz. O, bütün bunları qüsursuz elmi və hikməti ilə edər. Allah savab yerinə cəza, cəza yerinə də savab verməz. Ucaltdığı yerdə alçaltmaz, alçaltdığı yerdə isə ucaltmaz. İzzət yerinə zillət, zillət yerinə isə izzət verməz. Qadağan ediləni əmr etməz, əmr ediləni isə qadağan etməz. O, harada nə edəcəyini və risalətini kimə verəcəyini, kimin buna layiq olduğunu ən yaxşı biləndir. Bu risalətə kimin layiq olmadığını da çox gözəl biləndir. Allah neməti haqq etməyənə deyil, haqq edənə verir.


Tarix: 05.05.2013 / 15:17 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 53 Bölmə: Maraqlı melumatlar