beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

PEYĞƏMBƏRİMİZİN (s.a.s) həyatı-Şama səfəri və rahib Bahira ilə qarşılaşması

Şama səfəri və rahib Bahira ilə qarşılaşması

Əbu Talib, Qureyşli bir qafilə ilə birlikdə ticarət üçün Şama get-mək istədi. O vaxtlar Rəsulullah on iki yaşlarında idi. Əmisinin səfərə çıxmağına kədərləndi və ona sarıldı. Bunun üzərinə Əbu Talib kövrəlib onu da yanında apardı. O zaman ki, qafilə Şam bölgəsində yerləşən Busra qəsəbəsində dayandı, o qəsəbədə yaşayan xristyan rahiblərinin böyüklərindən olan Bahira, qafilənin yanına qədər gəlib, Rəsulullahın əlindən tutaraq belə dedi :

«Bax bu, aləmlərin ağasıdır. Bu aləmlərin Rəbbinin elçisidir. Cənabı-Haqq, bunu aləmlərə rəhmət olaraq göndərəcəkdir.»

Orada olanlar "bunu haradan bilirsən?" dedikdə, rahib Bahira belə cavab verdi : "Nə vaxt ki, siz bura gəldiniz, bütün daşlar və ağaclar səcdəyə qapandı. Halbuki, bunlar bir peyğəmbərdən başqasına səcdə etməzlər. Şübhəsiz ki, mən onu iki kürək sümüyü arasında olan və sanki, bir almaya bənzəyən peyğəmbərlik möhüründən tanıyıram. Biz bunu kitabımızda belə tapırıq."

Sonra onları çağıraraq ziyafət verib ikram etdi. Əbu Talibdən onu Şama aparmamağını xahiş etdi. Çünki, orada olan Yəhudi və Romalılar onun müjdələnən peyğəmbər olduğunu anlayıb zərər verə bilərdilər. Əbu Talib deyiləni etdi və onu Məkkəyə geri gətirdi.


Tarix: 03.05.2013 / 18:51 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 38 Bölmə: Maraqlı melumatlar