beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

PEYĞƏMBƏRİMİZİN (s.a.v) həyatı-Açıq dəvət

Yaxınları dəvət

Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) dəvətini üç il ərzində fərdi və gizli olaraq etdi. Bu müddət ərzində Qureyş və xaricdən bir çox insan iman gətirdi. Mühit açıq dəvət üçün əlverişli hala gəldikdə, (Əziz və Cəlil olan) Allah bu kərim ayəni nazil etdi.

وَأَنذِرْ عَشِيرَتَكَ الْأَقْرَبِينَ ◊ وَاخْفِضْ جَنَاحَكَ لِمَنِ اتَّبَعَكَ مِنَ الْمُؤْمِنِينَ
◊ فَإِنْ عَصَوْكَ فَقُلْ إِنِّي بَرِيءٌ مِّمَّا تَعْمَلُونَ◊

Ən yaxın qohumlarını qorxut! Sənə tabe olan möminləri qanadının altına al (onlara qarşı təvazökar ol)! Əgər onlar sənə asi olsalar, de: "Şübhəsiz ki, mən sizin etdiyiniz əməllərdən uzağam!" (Şüəra / 214-216)

Bu kərim ayədən sonra Allahın Rəsulu, Haşim oğulları və Muttalib oğullarından yaxın əqraba və rəqiblərini toplayaraq həmd edib, tövhidə şahidlik etdikdən sonra belə dedi :

«Bunu yaxşı bilin ki, rəhbərliyə əhil olan şəxs yalan danışmaz. Allaha and içirəm ki, ondan başqa ilah yoxdur. mən də xüsusi olaraq sizə və ümumi olaraq bütün insanlara göndərilmiş olan Allahın elçisiyəm. Allaha həmd olsun ki, yuxuya gedər kimi öləcək, oyanar kimi yenidən öləcək və etdiklərinizin hesabını mütləq verəcəksiniz. Yaxşılığa qarşı yaxşılıq, pisliyə qarşı pislik görəcəksiniz. Nəticə ya əbədiyyən cənnət və ya sonsuza qədər cəhənnəm olacaqdır.»

Əbu Ləhəb xaricində rəqibləri onun bu çağırışını yumşaq qarşıladılar. Əbu Ləhəb, şiddətlə qarşı çıxaraq belə demişdir : «Bütün ərəblərə təsir etməmişdən onu susdurun. Təslim etsəniz zillətə düşərsiniz, yox qorusanız, o zaman da döyüşlə üz-üzə qalarsınız.» Əbu Talib isə belə dedi : «Vallahi, biz sağ qaldıqca onu qoruyacağıq.» və sözünə belə davam etdi : «Sənə əmr olunan şeyi et. Vallahi, səni daima qoruyub güdəcəyəm. Ancaq, Əbdül-Muttalibin dinini tərk etməyim mənə çox ağır gələr.»

Səfa dağında



Bu arada bu ilahi əmr gəldi :

فَاصْدَعْ بِمَا تُؤْمَرُ وَأَعْرِضْ عَنِ الْمُشْرِكِينَ

"Sənə buyurulanı açıq-aşkar bəyan et və müşriklərdən üz çevir." (Hicr / 94)

Bunun üzərinə Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) Səfa dağına çıxaraq "Ya Sabahah" deyə nida etməyə başladı. Bu kəlimə düşmən basqısının və ya çox önəmli bir hadisəni bildirmək üçün işlədilir.

Daha sonra "Ey Fihr oğulları! Ey Adiyy oğulları! Ey Haris oğulları!" deyə bütün Qureyş boylarını bir-bir sayaraq çağırdı. Onun nidasını eşidənlər bu bağıran kimdir deyə bir-birilərindən soruşurdular. Məhəmməd deyiləndə xalq maraqla cəm oldu. Elə gəldilər ki, evindən çıxa biləcək halda olmayan şəxs belə xəbər almaq üçün öz yerinə bir nəfəri göndərdi. Bütün xalq toplananda Peyğəmbər (s.a.s) onlara belə səsləndi :

«Ey xalq! Baxın, əgər bu anda atlı bir ordunun vadidə olduğunu və üzərinizə basqın etmək üzrə olduqlarını desəm, mənə inanarsınızmı?»

Hamısı birdən :
"Əlbəttə! Çünki, sənin yalan danışdığını heç eşitmədik. "dedilər. Bunun üzərinə Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) :

«O halda, yaxında baş verəcək şiddətli bir cəza haqqında sizi xəbərdar edirəm. mənimlə sizin məsəliniz, düşman görüb qaçaraq xalqını xəbərdar edən adamın məsəli kimidir.»

Allahın elçisi daha sonra onları Allahdan başqa ilah olmadığına, Məhəmmədin onun elçisi olduğuna şahid olmağa çağırdı. Bu şəhadət kəlməsinin dünya və axirət qurtuluşunun açarı olduğunu bildirdi. Şirklərində israr etmələri və Allah qatından göndərilənlərə iman etmədikləri təqdirdə başlarına gələcək əzab xüsusunda onları xəbərdarlıq etdi. Özünün bir Allah elçisi olmasına baxmayaraq, onları xilas etmək səlahiyyətinin olmadığını elan etdi.

Xəbərdarlığını ümumi və xüsusi tutaraq belə səsləndi :

«Ey Qureyş xalqı! Canlarınızı Allahdan satın alın. Özünüzü atəşdən qoruyun. Mən sizə nə bir zərər verə bilərəm, nə də fayda. Allaha qarşı sizi qoruya bilmərəm.

Ey Kəb b. Luayy oğulları! Özünüzü atəşdən qoruyun. Mən sizə zərər və ya fayda verə bilmərəm.

Ey Mürrə b. Kəb oğulları! Özünüzü atəşdən çəkindirin.

Ey Qasi oğulları! Özünüzü atəşdən qoruyun. Mən sizə zərər və ya fayda verə bilmərəm.

Ey Abduş-Şəms oğulları! Özünüzü atəşdən qoruyun.

Ey Abdu-Mənaf oğulları! Özünüzü atəşdən qoruyun. Mən sizə bir zərər və ya bir fayda verə bilmərəm.

Ey Haşim oğulları! Özünüzü atəşdən qoruyun! Mən sizə bir zərər və ya fayda verə bilmərəm. Allaha qarşı sizi qoruya bilmərəm. Malımdan dilədiyiniz qədər istəyin, ancaq Allahın müqəddər etdiyi cəzasından sizi qurtara bilmərəm.

Ey Əbdül-Müttəlib oğlu Abbas! Bax, mən səni də Allahın müqəddər etdiyi cəzasından qurtara bilmərəm! Ey Allah elçisinin xalası Safiyyə! Bax, mən səni də Allahın müqəddər etdiyi cəzasından qurtara bilmərəm. Ey Məhəmmədin qızı Fatimə! Malımdan nə istəyirsən verim, amma səni də Allahın müqəddər cəzasından qurtara bilmərəm.

Ancaq sizinlə aramdakı qohumluq əlaqələri davam edəcəkdir. »

İnsanlar, onun bu bəlağətli xütbəsini sükunət ilə dinlədilər. Əbu Ləhəb xaricində lehində və əleyhində hər hansı bir reaksiya olmadı. Əbu Ləhəb qəzəblənərək belə dedi :

Təəssüflər olsun sənə! Günümüzü zəhər etdin, bizi buraya bunun üçünmü topladın?

Onun bu sözünə görə Təbbət (Məsəd) surəsi nazil olmuşdur :

تَبَّتْ يَدَا أَبِي لَهَبٍ وَتَبَّ Əbu Ləhəbin əlləri qurusun, qurudu da!

Qureyş xalqı onun (Səllallahu Aleyhi və Səlləm) bu xəbərdarlığından dəhşətə və dəhşətə qapılmışdı. O vaxt nə deyəcəklərini bilmədilər. Ancaq, evlərinə qayıdıb hadisənin sarsıntısından qurtulduqda, dəhşət və heyrətlərindən oyandılar. Böyüklənib qürurlandılar. Bu dəvət və xəbərdarlığı bir əyləncə və lağmövzusu etməyə qərar verdilər. Artıq Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`ə istehza və lağ etməyə başlamışdılar. Onu (Səllallahu Aleyhi və Səlləm) hər dəfə gördükdə : Allah elçi olaraq bunumu göndərdi? Əbu Kəbşənin oğlu budurmu? Göylərdən xəbər gətirən budurmu? Şəklində istehza edirdilər.

Əbu Kəbşə, Peyğəmbərimizin (s.a.s) ana tərəfindən babasıdır. Qureyşin şirk dinini bıraxıb xristyan olmuşdu. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`ın da onların dininə müxalif olmasına görə, babasına nisbət edib, onu hörmətdən salmağa, ayıblamağa cürət etdilər.

Bütün bu təziqlərə baxmayaraq, Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) dəvətinə davam edir və xalqın cəm olduğu məclislərə gedərək onlara Allahın kitabını oxuyub, onları digər peyğəmbərlərin çağırdığı şeyə çağırırdı. "Ey qövmüm! Allaha ibadət edin. Sizin ondan başqa ilahınız yoxdur." Artıq, hər kəsin gözü qarşısında ibadət etməyə başladı. Kəbəyə gedir və orada hər kəsin görə biləcəyi bir şəkildə, açıq-aydın namaz qılırdı. İnsanlar bir-bir tövhid dəvətinə çağrılırdı. Cəmiyyətdə iman edənlərlə etməyənlər arasında gərginlik artırdı. Gün keçdikcə, müşriklər müsəlmanlara qarşı sərtləşib təziqlərini artırmağa başladılar.

Tövhid dəvətinin zəvvarlara çatdırılmağına mane olmaq üçün Qureyşlilərin müşavirə etməyi

Həcc mövsümünün yaxınlaşdığı bu günlərdə, Qureyşlilər baş verənlərdən narahat idilər. Muğirənin oğlu Vəlidin yanında bəzi Qureyşli şəxslər yığışdılar. Vəlid onların ən yaşlı və şərəflilərindən biriydi. Onlara belə dedi : "Ey Qureyşlilər, bax bu Həcc mövsümü gəldi. Bu mövsümdə Ərəblərin zəvvarları yanınıza gələcəklər. Peyğəmbərlik iddia edən bu yoldaşınızın barəsində eşitdiniz. Onun haqqında tək bir fikirə gəlin. İxtilaf edib bir-birinizi təkzib etməyin, sözləriniz bir-birini rədd etməsin." dedi. Onlar da :

Ey Əbdüş-Şəmsin atası, sən bizə fikrini bildir ki, biz də onu qəbul edib iqrar edək. deyə cavab verdilər. Vəlid :

"Əksinə siz deyin, mən də dinləyim." Deyincə, onlar : "Biz, Məhəmməd kahindir, deyərik." dedilər. Sonra Vəlid :

"Xeyr, Vallahi o kahin deyildir. Biz kahinləri gördük. Onun dediyi nə kahinlərin eşidilməyən gizli kəlamı, nə də onlardan götürülmüş söz deyildir." dedilər. Onlar :

Elə isə biz, Məhəmməd məcnundur, deyərik – dedilər. Vəlid : "O, məcnun deyildir. Şübhəsiz ki, biz dəliliyi görüb öyrəndik. Quran onun nə vəhmi, nə də vəsvəsəsi ola bilməz." deyə cavab verdi. Bu dəfə onlar : "Məhəmməd şairdir, deyərik" dedilər. Vəlid isə : "O, şair deyildir. Biz şeirin hamısını, onun nəcəzini, həcəzini, qarızını, məkbuzunu və məbsutunu bilirik. O, şair deyildir." dedi. Sonra : "Elə isə, sehrbazdır, deyərik" dedilər. Vəlid də : O, sehrbaz deyildir, biz sehrbazları və sehrlərini gördük. Məhəmmədin danışdığı sehrbazların üfləyərək və ipləri düyünləyərək etdikləri sehr kimi deyildir- deyə cavab verdi. Bu dəfə Qureyşlilər : Yaxşı, sən nə deyirsən, ey Abduş-Şəmsin atası? - deyə soruşdular. O da : "Vallahi, onun sözündə bir dadlılıq var. Onun kökü xurma ağacı kimi və budaqları yığılan meyvələri kimidir. Sizin bu barədə söylədiyiniz hər şeyin tutarsız və səhv olduğu aydın oldu. Onun haqqında doğruya ən yaxın söz; sehrbaz olduğunu deməyimizdir. Məhəmməd bir söz gətirmişdir ki, o, adam ilə qardaşının, ər ilə arvadının, insan ilə qövmünün arasını arasını ayıran bir sehrdir." Qureyş birliyi Vəlidin yanından bu rəy ilə ayrıldılar. Həcc mövsümündə; insanların yolları üzərində oturub, yanlarına gələn hər kəsi Məhəmməd (Səllallahu Aleyhi və Səlləm)`dən çəkindirməyə başladılar. İnsanlara onun sehr etdiyini deyirdilər. Buna baxmayaraq Peyğəmbər (Səllallahu Aleyhi və Səlləm) heç qorxmadı. Hacıların yığışdıqları yerlərə, çadırlara gedərək onları İslama çağırdı. Onlara belə dedi : "Ey insanlar! Lə iləhə illəllah (Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur) deyin və xilas olun." Əbu Ləhəb isə arxasına düşüb Onu (Səllallahu Aleyhi və Səlləm)`i inkar edir və əziyyət edirdi. Beləcə, o Həcc ilində Peyğəmbər (Səllallahu Aleyhi və Səlləm)`in xəbəri bütün Ərəblər arasında yayıldı.


Tarix: 03.05.2013 / 18:43 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 171 Bölmə: Maraqlı melumatlar