beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

PEYĞƏMBƏRİMİZİN (s.a.v) həyatı- Döyüşə icazə verilməsi

Bax, bu təhlükəli mühitdə Allah, Qureyş ilə döyüşməyə icazə verdi. Daha sonra bu icazə mərhələsi vacib mərhələsinə qədər inkişaf etdi. Qureşin əhatəsini aşaraq başqalarını da əhatə etdi. Hadisələrə toxunmamışdan əvvəl bu cihad mərhələləri üzərində qısaca dayanaq :

1- Qureyş müşriklərini qısaca olaraq döyüşənlər olaraq qəbul etmək. Çünki, ilk əvvəl düşmənliyi onlar başlatdılar. Onlarla döyüşüb, mallarına əl qoymaq müsəlmanların haqqıdır. Bu mərhələ digər Ərəb müşrikləri xaricində sadəcə Qureyş müşriklərini əhatə etməkdədir.

2- Qureyş ilə birlikdə iş görən və ittifaq quran digər Ərəb müşrikləri ilə döyüşməyin icazəli olması. Müsəlmanlara hücumlar edən Qureyş xaricindəki digər birliklər də bu əhatəyə daxildirlər.

3- Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) ilə andlaşmalı olduğu halda andlaşmağa xəyanət edən və ya Qureyşi dəstəkləyən yəhudilər ilə döyüş bu əhatədədir.

4- Xristyanlar kimi kitab əhlindən olub müsəlmanlara ilk hücum edən və ya düşmənlik göstərənlərlə döyüş ki, alçalmış olduqları halda öz əlləriylə müsəlmanlara cizyə verənə qədər davam edəcək.

5- Müşrik, yəhudi, xristyan və ya bir başqa dinə mənsub kim olarsa olsun, İslamı qəbul etdiyi anda artıq onunla döyüşmək olmaz. İslamın haqqı xaricində onun canı və malı məsumdur. Hesabını isə, Allaha verəcəkdir.

İlk Qəzvələr və Səriyyələr

Daha əvvəl müsəlmanların düşmən hücumlarından çəkindiklərindən dolayı son dərəcə diqqətli davranıb növbə tutduqlarına və silahlarıyla yatıb qalxdıqlarına toxunmuşduq. Döyüş icazəsi endikdən sonra Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) əskəri dövriyyələr ttəşkil etməyə və dəstələr çıxarmağa başladı. Bu dəstələrin başına bəzən dostlarından birini çıxardığı kimi bəzən də şəxsən özü çıxardı. Bunlardan birincisinə səriyyə, ikincisinə isə Gazvə deyilir. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) bu əskər qüvvələri ilə bunları qarşısına məqsəd qoymuşdu.

1- Düşmənin hərəkətlərini izləmək və kəşf etmək. Mədinənin ətrafının təhlükəsizliyini təmin edərək ani bir düşmən təziqinin qarşısını almaq.

2- Karvanlarına hücum edərək Qureyşə təziq tətbiqi etmək və beləcə onlara ticarətləri, canları və malları xüsusunda təhlükədə olduqlarını hiss etdirərək Qureyşin pozğunluğundan əl çəkib müsəlmanlarla sülhə gəlmələrini və İslam dəvəti qarşısındakı maneələrini qaldırmalarını təmin etmək. Müsəlmanların ən çox arzu etdikləri şey bunun gerçəkləşməsi idi. Bu olmazsa, onları döyüş meydanına çəkib Mədinə ətrafından keçən ticarət yollarını bağlamaq və Allahın möminlərə yardımı və izniylə etdiklərinin cəzasını vermək idi. Allahın Qurani-kərimdə təkrar təkrar işarə etdiyi də bu xüsus idi.

3- Digər qəbilələrə hücum etməmək və ya ittifaq razılıqları əqd etmək.

4- Allahın dininin təbliği və İslam dəvətini söz və əməl ilə nəşr etmək.

Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`ın göndərdiyi ilk səriyyə hicrətin birinci ili, Ramazan ayında Peyğəmbər (Səllallahu Aleyhi və Səlləm)`in əmisi Həmzənin əmrində göndərilmişdir. Hamısı mühacirlərdən olan otuz süvaridən təşkil olmuş bu birlik Qırmızı dəniz sahili ətrafındakı Ays bölgəsində olan Siful-Bahra qədər gəldilər. Burada Əbu Cəhl ibni Hişamın əmrində Şamdan qayıtmaqda olan 300 nəfərlik Qureyş karvanına rastladılar. Karvanı yolundan çevirmək istədilər. aralarında bir qarşıdurma çıxmaq üzrəykən araya Məcdi ibni Amr əc-Cühəni girərək bir qarşıdurmanın olmasının qarşısını aldı. Qövm bir-birindən ayrıldı.

Bu səriyyə İslam tarixində ilk əskəri qüvvədir. Ağ bir bayrağı vardı ki, İslam tarixində əqd edilən ilk bayraqdır. Bayraqdarlıq vəzifəsini Əbu Mursəd Kinaz ibni Hasın əl-Qanəvi etmişdir. Bundan sonra da əskəri qüvvələr və səriyyələr davam etdi. Allahın elçisi (Səllallahu Aleyhi və Səlləm) Şəvval ayında Ubeyd ibni Haris rəhbərliyində hamısı mühacirlərən ibarət olan altmış nəfərlik bir səriyyəni Batnı Rabiğ nahiyəsinə göndərdi. Burada Əbu Süfyanın əmrində olan iki yüz nəfərlik bir Qureyş karvanıyla qarşılaşdılar. Aralarında döyüş olmadan qarşılıqlı ox atışmaları oldu.

Daha sonra da Səd ibni Əbu Vaqqas rəhbərliyində iyirmi nəfərlik mühacirdən ibarət bir əskəri birliyi Rabiğ yaxınlığındakı bir bölgəyə göndərdi. Bu birlik hər hansı bir hadisə ilə qarşılaşmadan geri qayıtdı.

Hicrətin ikinci ili, Səfər ayında Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) mühacirlərdən yetmiş nəfərlik bir birliklə şəxsən özü Əbva bölgəsinə hərəkət etdi. Heç kimlə qarşılaşmadılar. Amr ibni Məhşi əd-Dami ilə sülh və yardımlaşma andlaşması imzalayaraq geri qayıtdılar. Bu, Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`ın çıxdığı ilk qəzvədir. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) daha sonra hicri ikinci ildə, Rəbiül-Əvvəl ayında iki yüz nəfərlik bir mühacir birliyi ilə Ridvan istiqamətindəki Bəvat bölgəsinə çıxdı. Orada heç kimlə qarşılaşmadılar.

Eyni ayın içində Qərz ibni Cabir əl-Fihri Mədinə ətrafındakı otlaqlara hücum edərək bəzi heyvanları götürdü. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) onu tutmaqçün mühacirlərdən ibarət yetmiş nəfərlik bir birliklə Bədr ətrafındakı Safvan bölgəsinə hərəkət etdi. Ancaq, Qərz qaçmağı bacarmışdı.Bu qəzvə, birinci Bədr qəzvəsi olaraq da adlandırılır.

Sonra hicrətin ikinci ili, Cəmədiul-Ulə və ya Axirdə 150-200 nəfərlik bir mühacir birliyi ilə Zil-Uşeyrə bölgəsinə hərəkət etdi. Məqsədləri Şama getməkdə olan Qureyş karvanını çevirmək idi. Ancaq, Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) oraya çatmadan əvvəl karvan keçib getmişdi. Mədləc oğulları ilə hücum etməmək andlaşması edib geri qayıtdılar.

Allahın Rəsulu (Səllallahu Aleyhi və Səlləm) daha sonra Qureyş karvanı ilə əlaqəli məlumat yığmaq üçün Abdullah ibni Caxş əl-Əsədi rəhbərliyində mühacirlərdən on iki nəfərlik bir birliyi Məkkə və Taif arasında bir bölgə olan Nəhləyə göndərdi. Ancaq, onlar bir əmir olmamasına baxmayaraq, Qureyş karvanına hücum edib müşriklərdən bir nəfəri öldürüb iki nəfəri də əsir olaraq aldılar və karvanı ələ keçirdilər. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) onların bu qənaətlərinə qəzəbləndi və iki əsiri azad edib, öldürülənin də diyətini ödədi.

Bu hadisə Rəcəb ayının sonuncu günü olmuşdu. Müşriklər, müsəlmanlar haram ayların hörmətini tapdaladı deyə təbliğat etməyə başladılar. Bunun üzərinə Allah bu kərim ayəni nazil etdi.

«Səndən haram ayında vuruşmaq barəsində soruşurlar. De: "Bu ayda vuruşmaq böyük günahdır. Lakin insanları Allah yolundan sapdırmaq, Onu inkar etmək, müsəlmanları Məscidulharama buraxmamaq və onun sakinlərini oradan çıxartmaq Allah yanında daha böyük günahdır. Fitnə isə qətldən də böyük günahdır.» (Bəqərə / 217)

Hicrətin ikinci ilində, Şaban ayında Allah qibləni Beytül-Məqdisdən (Qüds) Kəbəyə təhvil etdi. Bu, Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`ın da əvvəlcədən arzuladığı və gözlədiyi bir xüsus idi. Bu hadisəylə bərabər, zahirən İslama girən bəzi hiyləgər münafiq və yəhudilər dindən çıxdılar. Beləcə, müsəlmanların səfləri bu xəbislərdən təmizlənmiş oldu.


Tarix: 02.05.2013 / 21:30 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 171 Bölmə: Maraqlı melumatlar