beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nikah-Ziyafət

1.Ziyafət vermək vacibdir:

2.Ziyafət verərkən aşağıdakılara diqqət etmək lazımdır:

3.Dəvəti qəbul edib ziyafətə gələn kimsənin bu iki şeyi etməsi müstəhəbdir:

4.Kişi qadınla xoş davranmalı və Allahın halal etdiyi şeyləri onun üçün müyəssər etməlidir. Ələlxüsus qadın azyaşlıdırsa bunu etmək lazımdır.

Ziyafət vermək vacibdir:
Qadınla yaxınlıq etdikdən sonra ziyafət vermək vacibdir. Yuxarıda da qeyd etmişdik ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Əbdürrəhman ibn Ovfə ziyafət verməyi əmr etmişdi.
Həmçinin Bureydə ibn əl-Huseyyib deyir: Əli Fatimə (Allah onlardan razı olsun) ilə nişanlandıqda Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdi: «Bəy mütləq bir ziyafət verməlidir»[1].
Ziyafət verərkən aşağıdakılara diqqət etmək lazımdır:
Birinci: Ziyafət, qadınla yaxınlıq etdikdən sonra üç gün davam etməlidir. Çünki Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) də belə etdiyi rəvayət olunmuşdur. Ənəs (Allah ondan razı olsun) deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Səfiyyə ilə evləndi və mehr olaraq onu köləlikdən azad etdi. Sonra üç gün ziyafət verdi»[2].
İkinci: Varlı və ya kasıb olmasından asılı olmayaraq əməlisaleh insanları dəvət etmək lazımdır. Demək Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: «Yalnız möminlə dostluq et və yeməyini də yalnız təqva sahibi yesin»[3].
Üçüncü: Ziyafət ən azı bir qoyunla, imkan varsa daha artıq olmalıdır. Demək Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Əbdürrəhman ibn Ovfə demişdi: « Elə isə heç olmasa bir qoyun kəs və ziyafət ver»[4].
Ənəs (Allah ondan razı olsun) deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) digər arvadları ilə evləndiyindən fərqli olaraq, Zeynəblə evlənərkən bir qoyun kəsib ziyafət verdi»[5].
Toy ziyafətində istənilən yeməyi, nəyə imkan varsa onu təqdim etmək olar. Yeməkdə ət olmasa da olar. Demək Ənəs (Allah ondan razı olsun) deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) üç gün Xeybər ilə Mədinə arasında qalıb Safiyyə bint Huyey ilə evlənirdi. Mən müsəlmanları onun toy ziyafətinə çağırdım. Məclisdə nə ət nə də çörək var idi. Bir qab gətirib içərisinə xurma, kəsmik və yağ tökülüb yemək hazırlanmasını əmr etdi. Onun ziyafəti belə oldu»[6].
Toya kasıbları deyil, yalnız varlıları çağırmaq olmaz. Demək Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: «Ən şər yemək, toy yeməyidir. Oraya gəlmək istəyənlər ondan məhrum olunur, oraya gəlmək istəməyənlər isə dəvət olunurlar. Kim dəvəti qəbul etməzsə Allaha və rəsuluna asilik edər»[7].
Ötən hədisə əsasən toy ziyafətinə dəvət alan kimsənin oraya getməsi vacibdir. Aşağıdakı bu hədis də deyilənləri bir daha təsdiq edir:
«Biriniz toy ziyafətinə çağırıldıqda dəvəti qəbul etsin»[8].
Hətta oruc olsa belə yenə dəvəti qəbul etsin. Demək Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: «Biriniz yemək süfrəsinə dəvət olunsa dəvəti qəbul etsin. Oruc deyilsə yesin. Əgər orucdursa onda dua etsin»[9].
Əgər tutduğu oruc nafilə orucudursa onda orucunu aça bilər. Ələlxüsus dəvət sahibi israr edərsə orucunu aça bilər. Demək Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: «Biriniz yemək süfrəsinə dəvət olunsa dəvəti qəbul etsin. İstəsə yesin, istəməsə tərk etsin»[10].

Dəvəti qəbul edib ziyafətə gələn kimsənin bu iki şeyi etməsi müstəhəbdir:
Birinci: Ziyafətdən sonra məclis sahibi üçün Peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) rəvayət olunan duanı oxumaq. Bu haqda bir neçə dua rəvayət olunur:
اللَّهُمَّ اغْفِرْ لَهُمْ وَارْحَمْهُم و بَارِكْ لَهُمْ فِيمَا رَزَقْتَهُم
a. «Allahummə-ğfir ləhum varhamhum, və bərik ləhum fimə razəqtəhum»
«Allahım, onları bağışla və onlara rəhm et, onlara verdiyin ruzini bərəkətli et»[11].
اللَّهُمَّ أطْعِم مَنْ أطْعَمَنِي واسْقِ مَنْ سَقَانِي
b. «Allahummə ətim mən ətaməni va-sqi mən səqani»
«Allahım, mənə yemək verənə yemək ver, su verənə su ver»[12].
أكَلَ طَعَامَكُم الأبْرَارُ وَصَلَّتْ عَلَيكُم المَلاَئِكَةُ وأفْطَرَ عِنْدَكُمُ الصَّائِمُونَ
c. «Əkələ taəmukumu-l-əbrar va sallət aleykumu-l-mələikətu və əftara indəkumu-s-saimun».
«Yeməyinizi Allah adamları yedilər, mələklər sizə xeyir-dua verdilər, sizin yanınızda oruc tutanlar iftarlarını açdılar»[13].
İkinci: Bəy və onun yoldaşı üçün dua edib xeyir-bərəkət istəmək. Bu zaman deyilən duanı, nikaha görə təbrik etmək haqqında danışmışarkən qeyd etmişdik.
Asiliklə bəzədilmiş məclislərə getmək olmaz. Yalnız bu kimi şeylərin qarşısını almaq məqsədi ilə oraya gedə bilər. Əgər bunu edə bilsə otursun. Əks halda geri qayıtması vacibdir. Bu haqda bir neçə hədis rəvayət olunur:
Əli deyir ki, «bir gün yemək bişitdirib Peyğəmbəri (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) qonaq çağırdım. O evə gəlib evdə şəkil olduğunu görüb geri qayıtdı. Mən dedim: Ey Allahın elçisi, atam anam sənə fəda olsun, nə üçün qayıdırsan? O dedi: Evdə şəkilli pərdə var. Həqiqətən mələklər şəkil olan evə daxil olmurlar»[14].
Bu, sələfi salehin (Allah onlardan razı olsun) vərdiş etdikləri adətlərdəndir.
Demək rəvayətdə deyilir ki, bir nəfər kişi Əbu Məsud Uqbə ibn Amr üçün yemək hazırlayıb evinə dəvət etdikdə, Əbu Məsud ondan soruşdu: Evdə şəkil varmı? Kişi dedi: Bəli. Nəhayət Əbu Məsud həmin şəkilləri ləğv etməyincə evə daxil olmadı[15].
Buxari deyir[16]: «İbn Ömər Əbu Əyyubu evinə dəvət edir. O, evin divarında (şəkilli) pərdə asıldığını gördü. İbn Ömər dedi: Qadınlar bizə bu pərdənin asılmasında qalib gəliblər. Əbu Əyyub: Mən bunu hər kəsdən gözlərdim, amma səndən yox. Allaha and olsun sizin yeməyinizi yemərəm – deyib geri qayıtdı».
Qadınlar nikah bağlanması xəbərini hamıya eşitdirmək üçün dəf çala, icazə verilən mahnılardan oxuya bilərlər. Belə ki, bu mahnılarda qadının gözəlliyindən və ya digər günahlardan bəhs edilməməlidir. Bu haqda bir neçə hədis rəvayət olunur:
Demək Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: «Nikahı hamıya xəbər verin»[17].
Həmçinin demişdir: «Halal ilə haram arasında olan şeylər vardır. Dəf çalmaq və nikahda səs yüksəltmək (icazə verilən mahnıları oxumaq)»[18].
Xalid ibn Zəkvan, Rubeyyi bint Muavviz ibn Əfranın belə dediyini rəvayət edir: «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) mənimlə evlənərkən yanıma daxil oldu və hazırda sənin oturduğun kimi mənim yanımda oturdu. Orada isə bizim kölələrimiz dəf çalıb, Bədr günü ölən atalarımızı xatırlayırdılar. Bu zaman onlardan biri: bizim aramızda sabah nə olacağı bilən Peyğəmbər vardır – dedi. Peyğəmbər isə ona: bu sözləri qoy kənara, əvvəl oxuduqlarından oxu»[19].
Sünnəyə görə, (bir neçə arvadı olan kişi) bakirə qadınla evlənərkən onun yanında yeddi gün ardıcıl qalmalı, sonra günləri bölməlidir. Dul qadınla evləndikdə isə onun yanında üç gün qalmalı, sonra günləri bölməlidir. Əbu Qilabə bu bölgünü Ənəsdən belə rəvayət etmişdir. Əbu Qilabə rəvayətin doğruluğuna arxayın olduğu üçün deyərdi ki, əgər istəsən Ənəsin bunu Peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) birbaşa rəvayət etdiyini də deyə bilərəm[20].

Kişi qadınla xoş davranmalı və Allahın halal etdiyi şeyləri onun üçün müyəssər etməlidir. Ələlxüsus qadın azyaşlıdırsa bunu etmək lazımdır. Bu haqda bir neçə hədis rəvayət olunur:
Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: «Sizin ən xeyirliniz, ailəsi üçün xeyirli olanınızdır. Mən sizin aranızda ailəsi üçün ən xeyirlinizəm»[21].
«Möminlərin arasında ən kamil iman sahibi gözəl əxlaqa sahib olanıdır. Sizin ən xeyirliniz ailəsi üçün xeyirli olanınızdır»[22].
«Mömin kişi mömin qadına nifrət etməsin. Onun bir əxlaqi xüsusiyyətini xoşlamasa, digərini xoşlar»[23].
Həmçinin vida həccinin xütbəsində demişdir: «Qadınlarla xoş davranın. Onlar sizin məsuliyyətinizdədirlər. Sizin onlara qarşı xoş davranmaqdan başqa haqqınız yoxdur. Yalnız əgər açıq-aşkar pis-fahiş iş görsələr o zaman onları yataqdan ayırın, elə də güclü olmayan şəkildə vurun. Əgər onlar sizə itaət etsələr bundan artığını edib zülm etməyin. Həqiqətən sizin qadınlar üzərində, qadınların da sizn üzərinizdə haqqı vardır. Sizin qadınlar üzərində haqqınız, onların sizin evinizə xoşlamadığınız kimsələri buraxmamaqdır. Qadınların sizin üzərinizdə olan haqqları isə, geyim və qida ehtiyaclarını ödəməklə onlara xoş münasibət bəsləməkdir»[24].
Kişinin bir neçə arvadı varsa, o, qida, geyim, ev, gecələmə və digər maddi münasibətlərdə arvadlarına qarşı ədalətli davranmalıdır və bu, vacibdir. Əgər o bu münasibətlərdə bir tərəfə daha çox meyl edərsə Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bu sözündə deyilən əzab ona da aid olar:
«Kimin iki arvadı olar və birini digərindən üstün tutarsa qiyamət günü gələrkən cəsədinin bir tərəfi şil olar»[25].
Amma qəlbi meylliliyə görə kişi günah daşımır. Çünki qəlbə hakim olmaq onun əlində deyil. Ona görə bir ayədə uca Allah buyurur: «Siz nə qədər çox istəsəniz də, heç vaxt arvadlar arasında ədalətlə rəftar etməyi bacarmazsınız. Barı, (birisinə) tamamilə meyl göstərib, digərini asılı vəziyyətdə (nə ərli kimi ərli, nə də boşanmış kimi boşanmış) qoymayın...»[26].
Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) maddi məsələlərdə qadınları ilə ədalətli davranar, aralarında fərq qoymazdı. Amma bununla belə Aişəni (Allah ondan razı olsun) digərlərindən daha çox sevirdi.
Amr ibn əl-As deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) məni Zətu-s-Səlasil» qoşununa başçı təyin etdi. Mən onun yanına gəlib soruşdum: Sən kimi daha çox sevirsən? O dedi: Aişəni. Mən dedim: Bəs kişilərdən? O dedi: Atasını (Əbu Bəkri). Mən dedim: Sonra kimi? O dedi: Sonra Öməri... və bir neçə nəfərin adını sadaladı[27].


Tarix: 02.05.2013 / 21:11 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 307 Bölmə: Maraqlı melumatlar