beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Həcc - Həcc və ümrənin fəziləti

Həcc və ümrənin fəziləti:
Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Ümrədən ümrəyə günahlar bağışlanır, günah işləmədən yerinə yetirilən həccin isə cənnətdən başqa mükafatı yoxdur!»[1]

İbn Məsud (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Həcc və ümrəni davamlı edin! Çünki od, dəmirin, qızılın və gümüşün pasını apardığı kimi, onlar da kasıblığı və günahları aparırlar. Həqiqətən, günah işləmədən yerinə yetirilən həccin cənnətdən başqa savabı yoxdur»[2].
Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə eşitdiyini rəvayət edir: «Kim nalayiq danışmadan və bəlli vaxtlarda qadınla yaxınlıq etmədən, uca Allahın rizasını qazanmaq üçün həcc edərsə, həccdən sonra anadan doğulduğu kimi (günahsız) olar»[3].
İbn Ömər (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Allah yolunda döyüşən, həcc və ümrə edən Allahın qonaqlarıdır. Allah onları çağırmış, onlar da Allahın dəvətini qəbul etmişlər. Onlar Allahdan nə istəyərlərsə Allah da onlara istədiklərini verər»[4].
Həddi büluğa çatan, hər bir aqil, azad və imkanlı müsəlmanın ömüründə bir dəfə həcc və ümrə etməsi vacibdir.
Uca Allah buyurur: «Həqiqətən, insanlar üçün ilk bina olunan ev (məbəd) Bəkkədəki evdir ki, o, şübhəsiz, bütün aləmlərdən ötrü bərəkət və doğru yol qaynağıdır. Orada aydın nişanələr – İbrahimin məqamı vardır. Ora daxil olan şəxs əmin-amanlıqdadır (təhlükədən kənardır). Onun yoluna gücü çatan hər bir kəsin həccə gedib o evi ziyarət etməsi insanların Allah qarşısında borcudur. Kim bunu inkar edərsə, əlbəttə, Allah aləmlərə (heç kəsə) möhtac deyildir!»[5]
Əbu Hureyrə (Allah ondan razı olsun) deyir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bizə vəz etdi və dedi: «Ey insanlar! Allah sizə həcc etməyi fərz etmişdir, həcc edin!» Bu zaman bir kişi dedi: Ey Allahın elçisi, hər il? Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) susdu. Kişi sözünü üç dəfə təkrar etdikdən sonra Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: «Əgər bəli desəm vacib olar və siz bunu bacarmazsınız». Sonra sözünə davam edərək dedi: «Mən sizə nəyisə əmr etmədikcə, siz müdaxilə etməyin. Sizdən əvvəlkilərin həlak olmalarına səbəb, peyğəmbərlərinə çoxlu sual vermələri və (oların hüzurunda) ixtilaf etmələri olmuşdur. Mən sizə bir işi əmr etdikdə ona bacardığınız qədər riayət edin. Bir şeydən çəkindirdikdə isə ondan əl çəkin»[6].
Abdullah İbn Ömər (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: "İslam beş əsas üzərində qurulmuşdur: Allahdan başqa ibadətə layiq haqq məbudun olmadığına və Məhəmmədin Allahın qulu və elçisi olmasına şəhadət gətirmək, namaz qılmaq, zəkat vermək, Allahın Evini həcc etmək və Ramazan ayını oruc tutmaq"[7].
İbn Abbas (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: «Bu ümrəylə təməttü həcci edirik. Kim kəsməyə qurbanı gətirməyibsə (qiran həcci etmirsə) tam şəkildə ehramdan (ümrə ehramından) çıxsın. Həqiqətən ümrə, qiyamət gününə qədər həccə daxil oldu»[8].
Sabiyy ibn Məbəd deyir ki, mən Ömərin (Allah ondan razı olsun) yanına gəldim və dedim: «Ey möminlərin əmiri! Mən İslamı qəbul etmişəm. Həcc və ümrənin mənə vacib olmasını görüb, onları icra etməyə niyətlənmişəm. Ömər dedi: Sən Peyğəmbərinin sünnəsinə yönəldilmisən»[9].


[1] Buxari: 3/ 597/ ? 1773. Müslim: 2/ 983/ ? 1349. Tirmizi: 2/ 206/ ? 937. İbn Macə: 2/ 964/ ? 2888. Nəsai: 5/ 115.
[2] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: ? 2901. Tirmizi: 2/ 153/ ? 807. Nəsai: 5/ 115.
[3] Buxari: 3/ 382/ 1521. Müslim: 2/ 983/ ? 1350. İbn Macə: 2/ 964/ ? 2889. Nəsai: 5/ 114. Tirmizi: 2/ 153/ ? 808. Sadəcə onun rəvayətində: “Onun keçmiş günahları bağışlanar” – deyilir.
[4] Hədis həsəndir. Səhih Sünən İbn Macə: ? 2339. İbn Macə: 2/ 966/ ? 2893.
[5] Ali İmran: 96-97.
[6] Hədis səhihdir. Müxtəsər Səhih Müslim: ? 639. Müslim: 2/ 975/ ? 1337. Nəsai: 5/ 110.
[7] Buxari: 1/ 49/ ? 8. Müslim: 1/ 45/ ? 16. Tirmizi: 4/ 119/ ?2736. Nəsai: 8/ 107. Hədisin bu tərtibatı Müslimə məxsusdur.
[8] Hədis səhihdir. əl-İrva: ? 982. Müslim: 2/ 911/ ? 1241.
[9] Rəvayət səhihdir. əl-İrva: ? 983. Nəsai: 5/ 146. Əbu Davud: 5/ 230/ ? 1722. İbn Macə: 2/ 989/ ? 2970.


Tarix: 01.05.2013 / 16:56 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 159 Bölmə: Maraqlı melumatlar