beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tövbə (Yaşaq Qurbanovun "İslam Nuru" kitabından)

1.1. Möminlərin əmiri Abu Həfsə Ömər ibn əl-Xəttab ibn Nufeyl ibn Əbdülüzza ibn Riyah ibn Abdullah ibn Qurti ibn Razah ibn Ədi ibn Kə'b ibn Lüəyy ibn Ğalib əl-Quraşi əl-'Adaviydən (Allah ondan razı olsun!) belə deməsi rəvıayət olunur: Allah Elçisinin belə deməsini eşitdim: «Həqiqətən əməllər ancaq niyyətlərə görədir (niyyətlərə görə qiymətləndirilir) və şübhəsiz hər kəsə niyyət etdiyi veriləcək. Hər kimin hicrəti Allah və Elçisinə görədirsə, hicrəti də Allah və Elçisinə görədir. Hər kimin hicrəti əldə edəcəyi dünya malı və ya evlənəcəyi qadına görədirsə, hicrəti də köçdüyünə görədir».
(Buxari, 1/7, 15; Müslim,1907; Əbu Davud, 2201; Tirmizi, 1647; Nəsai, 1/59,60)

2. Möminlərin anası Ümm Abdullah Aişədən (Allah ondan razı olsun!) Allah elçisinin belə deməsi rəvayət olunur: «(Axır zamanda) əsgər ordusu vuruşmaq üçün Kəbəyə tərəf yürüş edəcək. “Beydə” adlanan yerə çatanda öndəkilər və arxadakılar (hamısı) yeirn dibinə girəcəklər». Aişə deyir ki, mən: «Ey Allahın elçisi, Necə yəni öndəkilər və axırdakılar yerin dibinə girir? Axı onların arasında bazar əhli və onlardan olmayanlar (ancaq onlara qaorışanlar) vardır» – dedim. Allahın elçisi: «Bəli, hamısı birdən yerin dibinə girəcəklər, sonra da niyyətlərinə görə diriləcəklər» – buyurdu. Hədisin mətni Buxariyə aiddir.

3.Əbu Hureyrədən -raäıyallahu aíhu- rəvayət olunur: “Allahın Elçisi (sav )belə deyərkən eşitdim: “Allaha and olsun ki, mən gündə yetmiş dəfədən çox Allahdan bağışlanma diləyir və tövbə edirəm ” (əl-Buxari, 11/85; ət-Tirmizi, 3255).
(Peyğəmbəri (sav) günah etməkdən Allah qoruduğu üçün onun tövbə etməsi günaha görə deyil, əksinə Allaha ibadətinin kifayət qədər olmaması düşüncəsindən və ya tövbə məsələsində nümunə olmasından irəli gəlir. )

4. Allahın Elçisinin (sav) xidmətçisi Əbu Həmzə Ənəs bin Malik əl-Ənsaridən (Allah ondan razı olsun)- rəvayət olunur: “Allahın Elçisi (sav) demişdir: “Qulunun tövbə etməsi sizdən birinizin səhrada itirdiyi dəvəni gözlənilmədən taparkən sevindiyindən Allah üçün daha çox fərəhlidir”
Müslimin rəvayətində deyilir: “Qulunun tövbə etməsi sizdən birinizin yeməyi və suyu üzərində olan dəvəsini səhrəda gedərkən əlindən qaçıraraq və tapılmasından əlini üzərək, hansısa ağacın altına gəlib, onun kölgəsində ümidsiz halda yuxulayıb, bu vəziyyətdə olduğu halda dəvəsini yanında görüb, tez cilovundan tutub çaşaraq: Ay Allah, sən mənim qulumsan, mən də Sənin Rəbbinəm!- deyərək sevinməsi Allahı daha çox sevindirir” (əl-Buxari, 11/91,92; Müslim, 2747).

5. Əbu Musa Abdullah bin Qeys əl-Əş'aridən -(Allah ondan razı olsun)-Peyğəmbərin -(sav) belə dediyi rəvayət olunur: “Həqiqətən Günəş batdığı yerdən doğan zamana qədər gecə Allah Öz əlini açar ki, gündüz günah edənlər tövbə etsin, və gündüz Allah Öz əlini açar ki, gecə günah edənlər tövbə etsin” (Müslim, 2760).

6. Əbu Hureyrədən (Allah ondan razı olsun) rəvayət olunur: “Allahın Elçisi (sav) belə demişdir: “Günəş batdığı yerdən doğan zamana qədər hər kəsin tövbəsini Allah qəbul edər” (Müslim, 2704).

7. Əbu Abdur-Rəhman Abdullah bin Ömər bin əl-Xəttabdan (Allah onlardan razı olsun) Peyğəmbərin (sav) belə dediyi rəvayət olunur: “Həqiqətən İzzətli və Qüdrətli Allah qulunun tövbəsini ölüm qabağı xırıltıya qədər qəbul edər” (ət-Tirmizi yaxşı hədisdir deyib. ət-Tirmizi, 3531; Əhməd bin Hənbəl, 6160, 6400; İbn Macə, 4253; və s.)
(yəni ruh hülquma çatana qədər. Allah təala buyurur: «Günah işlər görməkdə davam edərək ölüm yetişən anda: “Mən indi tövbə etdim”- deyənlərin və kafir olaraq ölənlərin tövbəsi qəbul olunmaz…» («ən-Nisa», 18).)

8. Zirr bin Hubeyşdən rəvayət olunur: “Xuf üzərinə məsh etməyi soruşmaq üçün Safvan bin Assalın -radıyallahu anhu- yanına getmişdim. O dedi: “Ey Zirr, səni bura gətirən nədir?”. Dedim: “Elm öyrənməyim”. O dedi: “Həqiqətən, mələklər elm tələb edənlərin istəyindən razı olduqlarına görə qanadlarını onların üzərinə açarlar”. Mən dedim: “Ayaq yoluna getdikdən sonra xuf üzərinə məsh etmək qəlbimi çox narahat edir. Sən Peyğəmbərin -səlləllahu aleyhi və alihi vəssəlləm- əshabələrindən olmusan. Gəldim səndən soruşum ki, bu haqda onun bir şey dediyini eşitmisənmi? O dedi: “Bəli. Əgər biz səfərdə (və ya müsafir olsaydıq, o bizə cünub halı istisna olmaqla üç gün üç gecə xufları çıxarmamağı əmr edərdi. Ayaq yoluna getdikdən, və ya yuxudan sonra (dəstəmaz üçün) xufları çıxarmazdıq”. Sonra dedim: “Sən onun sevgi haqqında bir şey dediyini eşitmisənmi?” Dedi: “Bəli. Allahın Elçisi -səlləllahu aleyhi və alihi vəssəlləm- ilə səfərdə olarkən bir bədəvi ona ucadan müraciət etdi: “Ey Məhəmməd!”. Allahın Elçisi -səlləllahu aleyhi və alihi vəssəlləm- də eyni tərzdə ona cavab verdi: “Mən burdayam!” Mən ona (yəni bədəviyə) dedim: “Vay halına, səsini alçalt, sən Peyğəmbərin -səlləllahu alåyhi və alihi vəssəlləm- qarşısındasan, axı belə etmək qadağandır!” O dedi: “Allaha and olsun ki, yavaş danışmayacağam”. Sonra bədəvi (Peyğəmbərə müraciətlə) dedi: “Adam bir qövmü sevir, amma hələ onlara qoşulmayıb ”.(Bədəvi Peyğəmbəri -səlləllahu aleyhi və alihi vəssəlləm- və onun əshabələrini sevdiyini, lakin hələ ki, dini ayinləri yerinə yetirmədiyini nəzərdə tutur.) Peyğəmbər -səlləllahu aleyhi və alihi vəssəlləm- dedi: “O, Qiyamət günü sevdiyi adamlarla olacaq”.
Zirr bin Hubeyş deyir: “Sonra o, bu vaxta qədər bizə demədiyi, qərbdə olan qapının eninin qırx və ya yetmiş il olmasından (və ya o qədər enlidir ki, atlının bu məsafəni qırx və ya yetmiş ilə qət etməsindən) danışdı”.
Hədisin rəvayətçilərindən olan Süfyan deyir: “Bu qapılar Şam istiqamətindədir.
(Şam indiki Suriya, İordaniya, Fələstin və Livanın olduğu ərazinin qədim adıdır. Bununla qərb istiqaməti nəzərdə tutulur.) Uca Allah göyləri və yeri xəlq edərkən onu tövbə üçün açıq olaraq yaratmışdır və Günəş oradan doğana qədər o qapı bağlanmayacaq” (ət-Tirmizi yaxşı-səhih hədisdir demişdir, 3529; və s.)

9. Əbu Səid Sa'd bin Malik bin Sinan əl-Xudridən -radıyallahu anhu- Peyğəmbərin -səlləllahu aleyhi və alihi vəssəlləm- belə dediyi rəvayət olunur: “Sizdən əvvəlkilərdən (ümmətlərdən) biri doxsan doqquz adam öldürmüşdü. Dünyada ən çox bilənin kim olduğunu soruşmuş və ona bir rahibi(İsrail övladlarının rahiblərindən biri) göstərmişlər. Onun yanına gələrək demişdir ki, doxsan doqquz adam öldürmüşəm və soruşmuşdur ki, buna tövbə varmı? O demişdir: “Xeyr”,- adam rahibi də öldürərək bununla sayı yüzə tamamladı. Sonra dünyada ən çox bilənin kim olduğunu soruşmuş və ona bir alimi göstərmişlər. Onun yanına gələrək demişdir ki, yüz adam öldürmüşəm və soruşmuşdur ki, buna tövbə varmı? O demişdir: “Bəli! Kim tövbə edənlə tövbəsi arasına girə (tövbə edənə mane ola) bilər? İnsanların Allah təalaya ibadət etdikləri (filan) yerə get, onlarla birgə Allaha ibadət elə və öz torpağına qayıtma, çünki ora şər yerdir. O yola düşüb yarısına (Yolun yarısı) çatmışdır ki, ölüm onu haqladı. Onun öldürülməsi üçün rəhmət və əzab mələkləri öz aralarında mübahisə etməli oldular. Rəhmət mələkləri dedilər: “O tövbə edərək qəlbi ilə Uca Allaha tərəf (doğru) gəlmişdir!” Əzab mələkləri isə dedilər: “O həqiqətən heç bir xeyir iş görməmişdir”. Onların yanına insan qiyafəsində bir mələk gəldi ki, onu öz aralarında hakim təyin etdilər. O dedi: “Bu iki (gəldiyi yerdən bura və burdan gedəcəyi yerə qədər) məsafəni ölçün, hansına yaxın olarsa, ora da aiddir. Ölçdükdə gördülər ki, gedəcəyi yerə yaxındır və onu(n ruhunu) rəhmət mələkləri aldılar” (əl-Buxari, 6/373, 374; Müslim, 2766)
«əs-Səhih»də verilən rəvayətdə deyilir: “Salehlərin yaşadığı kəndə bir qarış yaxın olduğu üçün həmin kəndin əhalisindən sayıldı”.
«əs-Səhih»də verilən rəvayətdə deyilir: “Allah təala buna (gəldiyi yerə) uzaqlaşmağı, buna (gedəcəyi yerə) isə yaxınlaşmağı vəhy etdikdən sonra demişdir: “Aralarındakı məsafələri ölçün”. O buna (gedəcəyi yerə) bir qarış yaxın oldu və günahları bağışlandı”.
Başqa rəvayətdə: “…ora qəlbi ilə can atdı ” (ölümünə qədər onun bu torpağa can atması nəzərdə tutulur.) deyilir.

10. Kə'bin -radıyallahu anhu- gözləri tutulduqdan sonra onu gəzdirən oğlu Abdullah bin Kə'b bin Malikdən rəvayət olunur ki, Kə'b bin Malikin -radıyallahu anhu- Təbuk döyüşündə Rəsulullahla -səlləllahu aleyhi və alihi vəssəlləm- iştirak etməyib, arxada qalmasından danışdığını eşidib.
Kə'b dedi:
“Təbuk döyüşündən başqa, Allah Elçisinin -səlləllahu aleyhi və alihi vəssəlləm- döyüşlərinin heç birində arxada qalmadım. Birdə arxada qalanların məzəmmət olunmadığı Bədr savaşında olmadım. Beləki, Allahın Elçisi -səlləllahu aleyhi və alihi vəssəlləm- və müsəlmanlar Qureyşin dəvələri üçün çıxmışdılar, amma Allah onları və düşmənlərini gözlənilmədən qarşılaşdırdı. Mən həmçinin İslama sadiq qalacağımıza əhd etdiyimiz Əqəbə (Məkkə yaxınlığında Peyğəmbərin Mədinədən olan tərəfdarları (ənsarlar) ilə gizli görüşdüklüri yerin adı) gecəsi Rəsulullahla -səlləllahu alåyhi və alihi və-s-səlləì- birgə idim. Adamlar arasında Bədr döyüşünün Əqəbə gecəsindən daha çox yadda qalmasına (xatırlanmasına) baxmayaraq, mən Əqəbədə olmağımı Bədrdə olmağa dəyişmərəm”
O ki, qaldı Təbuk döyüşündə iştirak etməyib Allah Elçisindən -səlləllahu aleyhi və alihi vəssəlləm- arxada qalmağıma, həqiqətən o döyüşə getmədiyim vaxtdakı kimi heç bir zaman güclü və varlı olmamışam. Allaha and olsun ki, o vaxta qədər heç iki minik heyvanım da yox idi, amma o döyüş zamanı bunlar mənim varım idi. Allah Elçisi (kimə qarşısa) bir döyüşə çıxarkən mütləq başqa döyüşü ( başlamaq niyyətində olduğunu göstərərək, əsil niyyətini) gizli (düşmənlərdən) saxlayırdı. Allah Elçisi -səlləllahu aleyhi və alihi vəssəlləm- qarşıda uzaq bir səfər, uzun və susuz səhra və çoxlu sayda düşmən olduğu halda şiddətli istidə bu döyüşə başlayana qədər də belə oldu. Müsəlmanlara döyüşə hazırlaşmaqları üçün işin mahiyyətini (döyüşün həqiqi məqsədini elan etdi) açıqladı və sonra məhz hara getmək istədiyini onlara bildirdi. Allah Elçisi -səlləllahu aleyhi və alihi vəssəlləm- ilə o qədər müsəlman var idi ki, sayı kitaba yerləşməzdi. (Bunun üçün divan yazmaq lazımdır).
Kə'b dedi:
Uca Allahdan vəhy gəlməmiş heç kəsin bilməyəcəyini zənn edərək gizlənənlər çox az idilər. Allah Elçisi -səlləllahu aleyhi və alihi və-s-səlləm- bu döyüşə meyvələrin yetişdiyi, kölgələrin xoş olduğu, mənim də vurğunu olduğum bir zamanda çıxmışdı.
Allahın Elçisi -səlləllahu aleyhi və alihi vəssəlləm- və onunla birgə müsəlmanlar hazırlaşırdılar. Mən də onlarla hazırlaşmaq üçün səhərlər çıxırdım, amma heçnə etməyib qayıdırdım və öz-özümə deyirdim ki, istədiyim hər bir zaman bunu edə bilərəm. Başqaları səylə hazırlaşdıqları halda mən belə etməkdə davam etdim.
Nəhayət bir sabah Rəsulullah -səlləllahu aleyhi və alihi vəssəlləm- digər müsəlmanlarla birgə yola çıxdı, mən isə hələ də hazırlıqdan heç bir şey etməmişdim. Yenə evdən çıxıb, heç bir şey etməyib qayıtdım. Mən belə vəziyyətdə olduğum halda (onlar) sürətlə aralanaraq uzaqlaşdılar. Mən yola çıxıb onlara çatmaq qərarına gəldim. Kaş ki, bunu edə biləydim! Amma bu mənə nəsib olmadı. Allah Elçisi -səlləllahu aleyhi və alihi vəssəlləm- qayıtdıqdan sonra münafiqlikdə (riyakarlıqda) təqsirləndirilənlərin və Uca Allahın üzürlü saydığı zəiflərin arasında olmağım məni üzürdü.
Allah Elçisi -səlləllahu aleyhi və alihi vəssəlləm- Təbuka çatana qədər mənim haqqımda heçnə danışmadı. O vaxt ki, artıq orada idi və Təbuk əhalisinin arsında oturmuşdu onda soruşdu: “Kə'b bin Malik nə edir?” Bəni Səlimə tayfasından biri dedi: “Ey Allahın Elçisi, onu bahalı paltarı və təkəbbürlüyü gecikdirdi”. Muaz bin Cəbəl -radıyallahu anhu- ona dedi: “Nə pis dedin! Ey rəsulullah, Allaha and olsun ki, biz onun haqqında xeyirdən (yaxşılıqdan) başqa heçnə bilmirik”. Allahın Elçisi -səlləllahu aldyhi və alihi vəssəlləm- susdu və bu zaman ağ paltarlı bir adamı ilğım (xəyal) kimi görərək dedi: “Gərək ki, bu Əbu Xeysəm olsun”. O həqiqətən bir sa' ( 2500 -3 kilo arası) xurmanı sədəqə etdiyi üçün münafiqlərin rişxənd etdikləri Əbu Xeysəm əl-Ənsari idi.
Kə'b dedi:
“Biləndə ki, artıq Allahın Elçisi -səlləllahu aleyhi və alihi vəssəlləm- Təbukdan qayıdır, məni dərin hüzn bürüdü və öz-özümə: “Onun qəzəbindən necə qaçım”- deyə (yalandan) bəhanələr uydurmağa (fikirləşməyə) başladım, bunda kömək üçün ailə üzvlərimdən müdrik hər birinə müraciət etdim. (Adamlar) danışandakı artıq Allahın Elçisi -səlləllahu aleyhi və alihi vəssəlləm- lap yaxındadır, bütün yalanlar getdi və mən başa düşdüm ki, heç bir yalan məni onun qəzəbindən qurtarmaz, odur ki, düzünü demək qərarına gəldim.
Səhər Allahın Elçisi -səlləllahu aleyhi və alihi vəssəlləm- qayıtdı. O hər hansı bir səfərdən qayıdanda, hər şeydən əvvəl məscidə gələr, iki rükət namaz qılar, sonra oradakı adamlarla oturardı. Bunları etdikdən sonra arxada qaldıqlarını öz andları ilə əsaslandıranlar gəldilər. Belələri səksəndən çox idi və o, onların bəraət və andlarını qəbul etdi, Allaha onları bağışlaması üçün dua etdi, gizli niyyətlərinin mühakiməsini Allaha həvalə etdi. Sonra ona mən yaxınlaşdım, onu salamladıqda qəzəbini gizlədən adamın təbəssümü kimi bir təbəssümlə dedi: “Yaxın gəl”. Mən yaxınlaşdım və qarşısında oturdum, o, dedi: “Səni qalmağa nə məcbur etdi? Məgər sən minik almamışdın?”
(Kə'b) dedi:
“Mən dedim: “Ey Allahın Elçisi! Allaha and olsun ki, əgər səndən başqa istənilən birinin qarşısında otursaydım, bir bəhanə ilə onun qəzəbindən qurtarardım, çünki mən fəsahətlə danışmağı bacaranam. Allaha and olsun, əminəm ki, mən bu gün yalan danışıb səni razı salsam belə, Allah elə edəcək ki, sən tezliklə mənə qəzəblənəcəksən. Əgər doğru danışsam, sən mənə ona görə (indi) qəzəblənəcəksən, lakin Qüdrətli və Uca Allahın aqibətimi Allaha tövbəyə və Elçisinin məndən razılığına görə yaxşı etməsinə ümid edirəm. Allaha and olsun ki, heç bir üzürüm yoxdur. Allaha and olsun ki, arxada qaldığım zaman heç bir vaxt olmadığım kimi güclü və varlı olmamışam!
(Kə'b) dedi:
“Allahın Elçisi -səlləllahu aleyhi və alihi vəssəlləm- dedi: “O ki, qaldı buna, o doğru danışdı. Nə qədər ki, Allah sənin haqqında hökm verməyib, dur ayağa”. Bundan sonra bəni Səlimənin adamları üstümə yeriyərək mənə dedilər: “Allaha and olsun ki, sənin heç bir günahının olmadığını bilirdik. Sən döyüşdən geri qalan digərlərinin etdikləri kimi Allahın Elçisinin -səlləllahu aleyhi və alihi vəssəlləm- qarşısında bəraət qazanmağa aciz oldun. Halbuki Allahın Elçisinin -səlləllahu alåyhi və alihi və-s-səlləì- səndən ötrü bağışlanma diləməsi kifayət edərdi”.
(Kə'b) dedi:
“Onlar o qədər məni qınadılar ki, Allaha and olsun lap Allahın Elçisinin -səlləllahu aleyhi və alihi vəssəlləm- yanına qayıdıb yalan dediyimi demək istəyirdim. Sonra onlardan soruşdum: Mənim başıma gələn başqasının da başına gəlibmi (yəni, atdığı addıma bəraətin olmadığını vicdanla boynuna alan tapıldımı?) Onlar dedilər: “Bəli, daha iki nəfər oldu ki, sənin dediklərini dedilər və sənə deyilən də onlara deyildi”.
(Kə'b) dedi:
“Mən dedim ki, kimdir bu iki nəfər? Dedilər: “Murara bin Rabi'i əl-'Amri və Hilal bin Umeyyə əl-Vaqifi”.
(Kə'b) dedi:
“Mənə nümunə ola biləcək iki nəfər Bədr döyüşünün iştirakçısı olan əməli salehlərin adlarını çəkdilər”.
(Kə'b) dedi:
“Onlar o iki nəfərin (adını) çəkəndən sonra (heç nəyi dəyişməmək) qərarına (yəni, sözündən imtina etməmək qərarına) gəldim. Və, Allahın Elçisi -səlləllahu aleyhi və alihi vəssəlləm- digər adamlara arxada qalan biz üç nəfərlə danışmağı qadağan etdi”.
(Kə'b) dedi:
“Adamlar da bizdən çəkindilər [və ya (Kə'b) dedi: “bizə qarşı dəyişdilər”] və hətta (yaşadığım) yer mənim üçün tanınmaz oldu, çünki o mənim (öncədən) bildiyim torpaq deyildi. Əlli günü bu cür keçirtdik. Mənə və o iki yoldaşıma gəlincə, onlar ağlayaraq boynu bükük halda evlərində oturmuşdular, mən isə gənc və güclü olduğum üçün evdən çıxırdım, müsəlmanlarla birgə namaz qılırdım, bazarlara gedirdim və mənimlə heç kim danışmırdı! Namazdan sonra Allahın Elçisi -səlləllahu aleyhi və alihi vəssəllə- adamlarla oturarkən yanına gəldim, onu salamlayaraq öz-özümə dedim: “Görəsən mənim salamımı qaytarmaq üçün dodaqlarını tərpətdimi?” Sonra ona yaxın bir yerdə namaz qılaraq oğrun-oğrun (xəlvəti) baxırdım. Mən namaz qılanda o mənə baxırdı, mən ona tərəf dönəndə o məndən üzünü çevirirdi.
Müsəlmanlar tərəfindən soyuqluqla qarşılaşdığım bu uzun müddətdə (bir dəfə) əmim oğlu və insanların ən sevimlisi Əbu Qatadənin bağının hasarına (çəpər, barı) çıxaraq ona salam verdim, və Allaha and olsun ki, salamımı almadı. Ona dedim: “Ey Əbu Qatadə, səni Allaha and verirəm, bilmirsən mən Allahı və Elçisini -səlləllahu aleyhi və alihi vəssəlləm- sevirəm?” O susdu. Mən yenidən Allaha and verdirdim, o susdu. Mən birdə onu Allaha and verdirdim, o dedi: “Allah və Elçisi bilir!” Onda gözlərim yaşardı (doldu) və mən hasardan tullanaraq qayıtdım.
(Bir müddət sonra) Mədinə bazarından keçərkən (eşitdim ki,) satmağa ərzaq gətirən Şamdan??? olan bir nəfər deyir: “Kim məni Kə'b bin Malikin yanına aparar?”. Adamlar məni göstərdilər. Yanıma gəlib Qassanilər hökmdarının (məlik, sultan) məktubunu verdi. Mən yazıb-oxuyan (katib, mirzə) olduğum üçün oxudum ki yazılıb: “…Daha sonra. Həqiqətən bizə çatdı ki, dostun səndən qaçır. Allah sənə məhəl qoymamağa, haqqının tapdalanmasına imkan verməz, qoşul bizə, bizdə təskinlik taparsan! Məktubu oxuyaraq,- özlüyümdə bu da həmçinin sınaqdır deyib- təndirə atıb yandırdım.
Vəhy hələ də gəlmirdi. Əlli günün qırxıncı günü Rəsulullahın (Allah Elçisinin) -səlləllahu aleyhi və alihi vəssəlləm- elçisi gələrək dedi: “Allahın Elçisi arvadına yaxınlaşmağı sənə qadağan etdi!” Mən dedim: “Onu boşayım, yoxsa nə edim?” Dedi: “Xeyr, ondan uzaqlaş və ona yaxınlaşma”. Eyni əmri digər iki yoldaşıma da etmişdi. Məndə arvadıma dedim: “Get valideynlərinin yanına, Allah bu məsələdə hökm verənə qədər orada qal”.
Hilal bin Umeyyənin arvadıda Allahın Elçisinin -səlləllahu aleyhi və alihi vəssəlləm- yanına gələrək ona dedi: “Ey Allahın Elçisi, həqiqətən Hilal bin Umeyyə xadiməsi olmayan, qüvvədən düşmüş qocadır. Ona xidmət göstərməyimə narazısanmı? O dedi: “Xeyr, lakin sənə yaxınlaşmasın!” Qadın dedi: “Allaha and olsun ki, mənə qarşı heç bir hərəkəti yoxdur, Allaha and olsun ki, onun başına bu iş gələndən ancaq elə hey ağlayır”.
Bundan sonra ailə üzvlərimdən bəziləri mənə dedilər: “Arvadına (sənə xidmət etməsi üçün) icazə verməsindən ötrü Allahın Elçisinə -səlləllahu aleyhi və alihi vəssəlləm- müraciət etsənə, axı Hilal bin Umeyyənin arvadına buna icazə verib”. Mən dedim: “Bundan ötrü Allahın Elçisinə -səlləllahu aleyhi və alihi vəssəlləm heç nə demərəm, axı bilmirəm ki, Allahın Elçisi -səlləllahu alåyhi və alihi və-s-səlləì- buna nə deyər, həm də ki, mən cavanam”. Və mən belə vəziyyətdə daha on gün qalmaqla adamların bizimlə danışması qadağan olunan əlli gün başa çatdı”.
!!! Əllinci gecənin sabahı evlərimizdən birinin damında sübh namazını qılıb uca Allahın bizdən danışarkən qeyd etdiyi kimi elə bir halda oturmuşdum ki, ürəyim təngə gəlib sıxılır, gen dünya mənə dar gəlirdi. Elə bu zaman Sel dağına çıxmış bir insanın uca səslə səsləndiyini eşitdim: “Ey Kəab ibn Malik! Sevin!” Dərhal üzüqoylu səcdəyə getdim. Asanlıq və qurtuluşun gəldiyini anladım. Allahın elçisi sübh namazını qıldığı zaman tövbələrimizin hər şeydən uca və böyük olan Allah tərəfindən qəbul olunduğunu insanlara bildirdi. Camaat da bizi mücdələməyə gəldi. Yoldaşlarımın yanına da mücdəçilər getdi. Yanıma sürətlə bir çapar gəldi. Əsləm qəbiləsindən bir nəfər də sürətlə mənə doğru gəlib dağa qalxdı. Səs atdan daha sürətli idi. Səsini eşitdiyim adam yanıma gəlib məni mücdələdikdə üzərimdəki iki paltarımı çıxarıb muştuluq olaraq ona geyindirdim. Allaha and olsun ki, həmin gün o iki paltardan başqa paltarım yox idi. Buna görə də iki paltar borc götürüb geydim və Allah elçisinin yanına getdim. Camaat dəstə-dəstə mənim qarşıma çıxıb tövbənin qəbul olması münasibəti ilə məni təbrik edir və: “Allahın sənin tövbəni qəbul etməsi mübarəkdir” – deyirdilər. Məscidə girdikdə Allah elçisinin insanlar tərəfindən dövrəyə alınmış bir vəziyyətdə oturduğunu gördüm. Təlha ibn Übeydullah (Allah ondan razı olsun!) ayağa qalxdı və qaçaraq yanıma gəldi. (Əllə) salam verib məni təbrik etdi. Allaha and olsun ki, mühacirlərdən ondan başqa heç kəs ayağa qalxmadı. Kəb Təlhanın bu hərəkətini heç vaxt unutmadı. Kəb deyir: Allahın elçisinə salam verdikdə üzü sevincdən bərq vururdu. “Ananın səni doğduğu gündən bəri keçən ən xeyirli günlə sevinci ilə mücdələn!” – dedi. Mən: “Ey Allahın elçisi! Sən tərəfdənmi, yoxsa Allah tərəfdən?” – deyə soruşdum. O: “Xeyr, Allah tərəfindən” – deyə cavab verdi. Allahın elçisi sevindiyi zaman üzündən nur yağardı və onun üzü insana ayın üzünün bir hissəsini xatırladardı. Biz onun bu xüsusiyyətinə bələd idik. Onun qarşısında əyləşdikdə dedim: “Ey Allahın elçisi! Tövbəmin qəbul olunmasına qarşılıq malımdan Allah və elçisinin yolunda sədəqə verəcəyəm” Allahın elçisi: “Malının bir hissəsini saxla. Çünki bu sənin üçün xeyirlidir” – buyurdu. Mən: “Mən Xeybərdəki oxumu saxlayıram” – dedim. Yenə belə dedim: “Ey Allahın elçisi! Allah-taala məni doğruluğa görə xilas etdi. Yaşadığım müddətdə yalnız doğru söyləmək tövbəmin (pozulmaz) olmasıdır”. Allaha and olsun ki, bu sözləri Allah elçisinə söylədiyim gündən bəri Allahın doğru danışmaqda məni imtahana çəkdiyindən daha yaxşı bir şəkildə müsəlmanlardan kimsəni imtahana çəkdiyini bilmirəm. Allaha and olsun ki, bu sözləri Allah elçisinə söylədiyim gündən bu günə kimi qəsdən yalan söyləmədim. Allahdan bundan sonra yaşadığım müddət ərzində məni qorumasını istəyirəm. Sonra Allah-taala bu ayəni nazil etdi: “Allah çətin saatda bir qisminin ürəyi [şəkk-şübhəyə düşüb peyğəmbərdən və cihaddan] dönmək üzrə ikən Peyğəmbərə, onun ardınca gedən mühacirlərə və ənsara tövbə nəsib etdi. Sonra Allah onlara qarşı şəfqətli və mərhəmətli olduğu üçün tövbələrini qəbul buyurdu! Həmçinin [Təbuk döyüşündən] geri qalmış üç nəfərin də [tövbələrini qəbul etdi]. Belə ki, gen dünya onlara dar olmuş, ürəkləri [qəm-qüssədən] təngə gəlib sıxılmışdı. Onlar Allahdan [Allahın əzabından] yalnız Onun özünə sığınmağın mümkün olduğunu başa düşdülər. Allah onlara tövbə etmək üçün tövbə nəsib etdi. Şübhəsiz ki, Allah tövbələri qəbul edəndir və rəhmlidir! Ey iman gətirənlər! Allahdan qorxun və [imanında, sözündə, işində] doğru olanlarla olun! [Peyğəmbər və onun sadiq əshabələri ilə birlikdə olun!]” (ət-Tovbə, 117-119).
Kəb deyir: Allaha and olsun ki, Allahın məni islama qovuşdurduqdan sonra mənə bəxş etdiyi ən böyük neməti Allah elçisinə düz danışaraq yalan danışıb həlak olanlar arasında olmamağım idi. Allah-taala vəhy nazil etdiyi zaman yalan söyləyənlər haqqında bir nəfərə söylədiyinin ən pisini söyləyərək belə buyurur: “Yanlarına qayıtdığınız zaman onlardan üz döndərməməniz, onları məzəmmət etməməniz üçün [yalandan] Allaha and içəcəklər. Siz də onları məzəmmət etməyin! [Qoyun qiyamət günü əzabı daha şiddətli olacaq küfr və nifaqlarında davam etsinlər!] Çünki onlar murdardırlar və qazandıqları günahlara görə düşəcəkləri yer də Cəhənnəmdir! Onlardan razı olsanız deyə, qarşınızda [Allaha] and içəcəklər. Siz onlardan razı olsanız da, Allah fasiq bir tayfadan razı olmaz!” (ət-Tovbə, 95-96)
Kəb deyir: Biz and içdikləri zaman andlarını Allah elçisinin qəbul etdiyi, onlardan beyət aldığı və onlar üçün bağışlanma dilədiyi həmin o üç nəfərdən arxada buraxıldıq. Allahın elçisi bizim işimizi Allah-taala bu barədə Öz hökmünü verənədək təxirə saxladı. Nəhayət Allah Öz sözünü (hökmünü) dedi: «Həmçinin [Təbuk döyüşündən] geri qalmış üç nəfərin də [tövbələrini qəbul etdi]». Lakin Allah-taala burada bizim döyüşdən geri qalmağımızı deyil, Peyğəmbərə (s) and içib üzür gətiryi zaman anı və üzürü Peyğəmbər (s) tərəfindən qəbul olunan kəslərdən arxada buraxılmağımızı və işimizin təxirə salınmasını nəzərdə tuturdu».
(Buxari, 8/86, 93, Müslim, 2769-cu hədis. Alimlər bu hədisdən bir çox faydalı hökmlər hasil etmişlər: tələb olunmadan and içməyin caizliyi, zərurət olduğu halda məqsədin gizlədilməsi, hər hansı bir xeyirin əldən buraxılmasına təəssüf etmək, təəssüflənənin ümid etməsi, qeybəti tərk etmək, bidətçilərlə münasibəti kəsmək, səfərdən qayıdanın namaz qılmasının və onun ilk olaraq məscidə gəlməsinin müsətəhəbliyi, zahirə görə hökm vermək, üzürlü səbəblərin qəbul olunması, doğruluğun fəziləti, Allah və elçisinə olan itaəti yaxınların məhəbbətindən üstün tutmaq, nemətlərin təzələndiyi və bəlaların dəf edildiyi zaman mücdə verməyin müstəhəb olması, niyyətə görə and içmək, gələn insanla əllə salamlaşmaq, onun üçün ayağa qalxmaq və şükr səcdəsinin müstəhəbliyi. )
Bir rəvayətdə isə belə deyilir: «Peyğəmbər (s) Təbuk döyüşünə cümə axşamı günü çıxdı. O hara isə getdikdə cümə axşamı getməyi sevərdi». Digər bir rəvayətdə isə belə deyilir: «Səfərdən isə yalnız günün birinci hissəsi qayıdardı. Qayıtdığı zaman da məscidə gələr, iki rükət namaz qıldıqdan sonra orada əyləşərdi».


Tarix: 25.04.2013 / 19:14 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 461 Bölmə: Maraqlı melumatlar