beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səhih Müslim (Zahidlik (Tərki-dünyalyalıq) və (qəlbi) incəliklər)-Danışdığı bir sözünonu Cəhənnəmə v

On yeddinci fəsil: Danışdığı bir sözün onu Cəhənnəmə varid etməsi haqda.

Əbu Hüreyrə (r.a) Peyğəmbər (s.a.v) belə dediyini rəvayət edir: “Şübhəsiz, qul mənasını bilmədən bir söz danışar və bu səbəblə Cəhənnəmdə şərq ilə qərb arası məsafədən daha uzağa düşər.”

On səkkizinci fəsil: Möminin bütün işləri xeyirdir.

Suheyb (r.a) Peyğəmbərin(s.a.v) belə dediyini rəvayət edir: “Möminin işi necə də qəribədir! Onun bütün işləri xeyirdir. Bu yalnız möminə məxsusdur. Ona sevinc üz verdikdə, Allah-Təalaya şükür edər və bu onun üçün xeyir olar. Başına zərərli bir iş gələrsə səbir edər və bu da onun üçün xeyirli olar.”


Tarix: 24.04.2013 / 20:53 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 57 Bölmə: Maraqlı melumatlar