beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

BAŞIMIZA GƏLƏNLƏR ÖZ XATALARIMIZ ÜZÜNDƏNDİR.

Ey insanlar sizlərə və öz nəfsimə Allah Sübhənahudan lazımınca qorxmağı , Ona güvənməyi və Ona sığınmağı tövsiyə edirəm. Çünki Ondan başqası çətinliyə düşənin çağırışına cavab verə bilməz, pisliyi apara bilməz və sizləri yer üzünün xəliəfələri edə bilməz. “Sizə gələn hər bir ne’mət Allahdandır. Sonra sizə bir müsibət üz verdikdə Ona yalvarıb-yaxarırsınız! « (16/Ən-Nəhl 53)

Ey Müsəlmanlar! Ağıl sahibi hər insanın bu günkü Müsəlmanın vəziyyəti ilə islamın ilk dövrlərdəki bənzər bir müsəlmanın vəziyyəti arasında edəcəyi sürətli bir qarşılaşdırma çox düşünməyə lüzum qalmadan bizə iki vəziyyət arasındakı geniş fərqi açıqlayacaqdır.

Bəli, ey Müsəlmanlar! Bu günkü müsəlmanı daha təmiz paltarlı, daha çox bəsinli və daha lüks miniklərə minən görürürk. Fəqət mənəvi xüsusiyyətlər nöqteyi nəzərindən daha qəlbsiz və mənəviyyatı zəifdir. Bunun eynisini, keçmişdəki və günümüzdəki Müsəlman cəmiyyətlər arasında bir qarşılaşdırma apardığımızda söyləyəbilərik:

Çünki ümmətimiz ilk əsirlərdə idarəolunan deyil, idarə edən, tabe olan deyil, tabe olunan, sürüklənən deyil, sürükləyən idi. Onun əli alan deyil verən əl idi. Bundan əlavə ədalət və xeyir yayan bir ümmət idi. Seçkinlik və üstünlük onun idi və buna haqqı var idi. Heç bir gün Aslan kimi şişən bir pişik, ya da dişiliəşən bir erkək dəvə kimi olmadı. Heç bir zaman-bu zamanda ümmətin başına gəldiyi kimi- ölçülərin tərsinə çevrildiyi və birbirinə qarışdırıldığı, hədəflərin açıq və təmiz olmadığı, işlərin həqiqi qiymətinin verilmədiyi bir nöqtəyə düşmədi. Dəyərsiz insanlara alim, sürücüyə mühəndis və dəlləyə həkim deyilməsi səbəbi ilə ümmətimizin bu çağda acıları artmış və yaraları deşilmişdir.

Belə ki, müqəddəs dəyərləri çeynənmiş və mənsublarının qəlblərinə qorxu salınmışdır. İslam ümməti bunu çətin həzm etməkdə və ölüm ona hər yerdən gəlməkdədir. Bundan əlavə İslam düşmənləri tərəfindən tamamilə boyun əyməyə çağrılmaqda, bəzən məcbur edilərək, bəzən də günahkar elan edilərək öz haqqının batil və başqasının batilinin də haqq olduğunu etiraf etməsi istənməkdədir.

Həqiqətdə bütün bunlar yeni ortaya çıxmış və əvvəllər olmayan bir şey deyil. Açıqca nəsihət edənlərin və xəbərdarlıq edənlərin səsi qısıldığından bəri İslam Ümmətinin sahəsində var olan qüsurların və zəifliklərin bir məhsuludur və İslam Ümməti, çox təəssüf ki, vaxt keçdikdən sonra bu xəbərdarlıqlara qulaq asmışdır.

Ey Allahın qulları! Bütün bunlar təəccüb ediləsi bir şey deyil. Əsil təəccüb edilən şey, İslam Ümmətinin zaman zaman bütün sualları soruşmasına baxmayaraq bütün bu bəlaların əsas səbəbini tapa bilməməsidir. Çöldə susuzluqdan ölmək üzrə olan və belində su daşıyan dəvə kimi olmuşdur. Bu əsas səbəb; Allah cəllə və alanın-altı deyil-sadəcə beş kəlimə ilə bildirdiyidir. Onların heç birində bir sözdə belə Allah, məğlubiyyətin səbəbi orduya ya da döyüşdəki səhv taktikaya əsaslandırılmamışdır. Əksinə Allah Sübhənahu belə buyurur: “Siz (Bədr müharibəsində yetmiş nəfəri öldürüb, yetmiş nəfəri əsir alaraq) onları ikiqat müsibətə düçar etdiyiniz halda, (Uhud müharibəsində) başınıza bir müsibət gəldiyi zaman: 'Bu haradan gəldi?' - dediniz. (Ya Rəsulum!) Söylə: 'Bu sizin özünüzdəndir'. Həqiqətən, Allah hər şeyə qadirdir!» (3/Ali İmran/165)

Allah azzə və cəllənin peyğəmbərlərinə və dostlarına kömək edəcəyi, öz nəfsi üçün müəyyən etdiyi bilinən bir həqiqətdir. Allah sübhənahu belə buyurur: “Allah (lövhi-məhfuzda): 'And olsun ki, Mən və peyğəmbərlərim qalib gələcəyik!' - deyə yazmışdır. Həqiqətən, Allah yenilməz qüvvət sahibi, qüdrət sahibidir!» (58/Mücadələ/21) “(Ey müsəlmanlar!) Sizə göz qoyan (münafiqlər) Allah tərəfindən sizə bir qələbə üz verdikdə: 'Məgər biz də sizinlə deyildikmi? ' deyər, kafirlərə (zəfər) nəsib olduqda isə: 'Məgər (mö’minlərlə birlikdə sizə qarşı vuruşsaydıq) biz sizə qalib gələ bilməzdikmi? Məgər biz mö’minlərə (onların sizə qarşı təcavüzünə cürbəcür vasitələrlə) mane olmadıqmi? ' - söyləyərlər. Qiyamət günü Allah Özü sizin aranızda hökm verəcəkdir. Allah heç vaxt kafirlərə mö’minlərin əleyhinə olan bir yol göstərməz!» (4/Nisə/141)

Bununla birlikdə bu vədin qeydsiz şərtsiz gəlməsi mümkün deyil. Əksinə Allah bu köməyi imana və həyatın hər sahəsində; qanun qoymada və siyasətdə, iqtisadiyyatda və medyada, təhsil və tədrisdə imanın bütün şərtlərini digərindən ayırmadan yerinə yetirməyə bağlamışdır. Bax bu Allahın kömək etmədə qaydasıdır və Allahın qaydası heç kimsəni azdırmaz.

İslam ümməti qüsurlu və ehmalkar davranınca, İslamdan dilədiyini alıb dilədiyini tərk edincə məğlubiyyət qaçınılmazdır. Bu vəziyyətdə ümmətə düşən acı nəticəni qəbul etməkdir. Müsəlman bir ümmət belə olsa, bu vəziyyət ilahi qaydaların təxirə salınmasına səbəb deyil. “(Bu isə onların) yer üzündə təkəbbür göstərmələri (iman gətirməyi özlərinə sığışdırmamaları) və pis əməlləri ucbatından idi. Pis əməl (qərəzli hiylə) ancaq onun öz sahibinin başında çatlayar. Məgər onlar Allahın adəti (qayda-qanunu) üzrə (özlərindən) əvvəlkilərin düçar olduqları müsibətlərimi (həmin müsibətlərin onların öz başlarına da gəlməsinimi) gözləyirlər? (ya Peyğəmbər!) Sən Allahın qoyduğu qayda-qanunda heç bir dəyişiklik tapmazsan!» (35/Fatir/43)
Ey Müsəlmanlar!.. Bizlər bu sıxıntılı günlərdə dəniz dalğaları kimi bir birinin arxasınca gələn müsibətlər ortasında yaşayırıq. Bəli, ey Müsəlmanlar; Müsəlman cəmiyyətlərdə həmişə meh əsməz. Bəzən toz buludu yüksəlib duman ola bilər vəya Müsəlman cəmiyyətlərin səmasında, vulkanların ağzı boyda qarışıqlıqlar görülə bilər. Bununla birlikdə, İslam ümmətinin başına gələn İslam düşmənləri tərəfindən İslamın və Müsəlmanların boğulması istənməsi şəklində özünü göstərən fəlakətlərə qarşı nəfsi hazırlamaq ağıl və hikmətin zərurətidir. Daha da əlavə Müsəlman ölkələrə istiqamətlənən ittihamlara və təqsirləndirmələrə qarşı çıxmaq üçün maddi və mənəvi olaraq hazırlaşmaq lazımdır. Hamımıza düşən vəzifə təqsirləndirmələr qarşısında cəsarətlə durmaq və dosdoğru olan bu dinlə fəxr etməkdir.

Eyni şəkildə; qətiyyətlə bu ittihamları dəf etmək üçün ciddi bir şəkildə çalışmadan davamlı incələyərək vaxt itirməyi də tərk etməliyik. Çünki boş təhlil nə göz çıxarır, nə də ov öldürür. İslam ümmətinin küfür əhlinin intiqam dolu hücumları qarşısında külək qarşısında hər tərəfə sürükləyən tük kimi olması doğru deyil. Çünki axırda dininin bəzi qısılmalardan, bəzi sabit dəyərlərindən əl çəkməsi və ya onlarda şübhəyə düşməsi, insanların böyük əksəriyyətinə görə düzgün bir məlumat və tədris planlamasını yenidən gözdən keçirməsi üçün edilən təzyiqlərə boyun əyən asan bir loxma olur. Bu vəziyyət gələcək qorxusu və narahatçılığının bəslədiyi qışqırtma və qarmaqarışıqlıq nəticəsi də olmamalıdır. Əgər olursa bizim üçün, Rəbbimizin bu sözləri uyğun olur: “İnsanlardan eləsi də vardır ki, Allaha şəkklə ibadət edər. Əgər ona bir xeyir toxunsa, (dini barəsində) arxayın olar (islamdan möhkəm yapışar). Yox, əgər ona bir bəla (müsibət) üz versə, çöhrəsi dəyişər (islamdan üz döndərib yenə küfrə qayıdar). Beləsi dünyanı da əldən verər, axirəti də. Açıq-aşkar ziyan budur, bu!» (22/ əl-Həcc/11) “Adamlar arasında elələri də vardır ki, 'Biz Allaha iman gətirdik!' - deyər, Allah yolunda bir əziyyət gördükdə isə insanların (kafirlərin) fitnəsini Allahın əzabı kimi qəbul edərlər. Əgər Rəbbindən (mö’minlərə) bir zəfər gəlsə, mütləq: 'Biz də sizinləyik!' - deyərlər. Məgər Allah məxluqatın (mələklərin, insanların və cinlərin) ürəklərində olanları (imanı, küfrü və nifaqı) bilmirmi?!» (29/Ənkəbut/10)

Bu səbəblə ey Allahın qulları: iki əhəmiyyətli hadisə və təhlükədən mütləq çəkinməliyik. Birincisi ümmətimizə və varlığımıza, İslam Dininin ucalığında şübhə etdirməyə, etiqadımızla və metodlarımızda müsəlman olmayanlarla bazarlığı qəbul etdirməyə yönəlmiş çılğın hücumlardan çəkinməliyik. Çünki bu böyük bir xəyanətdir. Ağılla əsla uyğunlaşmayan bir dəlilik və ən böyük günahdır. Buna əlavə olaraq, bir şey sağlam yerinə yetirdikdən sonra dağıtmaq mənasına gəlir və belə edəni, Allah cəllə və ala belə vəsifləndirmişdir: “Bu da onların Allahın qəzəbinə səbəb olan şeyə (Şeytana itaət etməyə) uymaları və (Allaha) xoş gedən şeyi (kafirlərlə vuruşmağı) bəyənmədiklərinə görədir. Elə buna görə də (Allah) onların əməllərini puç etdi.» (47/Muhəmməd 28)
İmam Əhmədin və İbni Əbi Şeybənin, Cabir radiyallahu anh kanalı ilə rəvayət etdiyi hədisdə bu zikredilir: Ömər İbnul Xattab radiyallahu anh, Nəbi sallallahu aleyhi va səlləmə Əhli Kitabdan birindən aldığı bir kitab gətirir və Nəbi sallallahu aleyhi va səlləmə onu oxuyur. Nəbi sallallahu aleyhi va səlləm hirslənərək belə buyurur: «Mən sizə onu ağappağ və təmiz şəkildə gətirdim» Və sonunda belə buyurur: “Nəfsim əlində olan Allaha And olsun ki, Musa sağ olsaydı, mənə tabe olmaqdan başqa yol olmazdı.”

Allahın qulları! Şərtlər və səbəblər nə olursa olsun, İslamdan başqasına güvənməkdən və Allahın Dinindən başqasına sevgiylə və qəlbə meyl etməkdən çəkinin! Çünki bütün bunlar; Allahın Dinindən əl çəkməyə vəya bir neçə sabit dəyərlərindən ödün verməyə lüzum qalmaz. Məhəmməd sallallahu aleyhi va səlləmin belə buyurduğu səhih olaraq rəvayət edilir: «Bizdən əvvəlkilərə mişar ilə gəlir və ikiyə bölünürdü, lakin bu onu dinində döndərmirdi» Uhdud hadisəsində kafir hökmdar «Kim dinindən dönərsə buraxın; dönməzsə güc ilə atəşə atın» deyir. Qucağında əmizdirdiyi bir uşaq ilə bir qadın gəlir. Sanki atəşə atılmaqdan qaçan kimidir. Uşaq belə deyir: «Səbr et ey annam! Səbr et ey annam! Çünki sən haqq üzrəsən!”

Allahın qulları! Çəkinilməsi tələb olunan ikinci məsələ isə; Müsəlmanların arasından çıxan, onlarla eyni dili danışan və sözü əyib bükməklə tanınan insanlar tərəfindən yaradılan daxili cəbhələrin, Müsəlmanların səflərini yarması və mənliklərini sarsmasıdır. “Bu onların Allahın nazil etdiyini (cihad əmrini) bəyənməyənlərə (münafiqlərə): 'Biz bə’zi işlərdə (Allahın və Muhəmməd əleyhissəlamın əmrlərini yerinə yetirməməkdə) sizə itaət edəcəyik!' - demələrinə görədir. Allah onların (bütün) sirlərini (gizli danışıqlarını) bilir!» (47/Muhəmməd/26) “(Ya Peyğəmbər!) Onlara (qiyamət günü düçar olacaqları) şiddətli bir əzabla müjdə ver!» (84/Əl İnşiqaq 24)

Onlar əslində kriz meydanındakı oğrular və yan kəsənlərdir. Fəlakətlərdən və gətirilərindən cəmiyyəti daxildən yıxmaq və həqiqəti tərs çevirmək üçün uyğun fürsət tapırlar. Şəriət çərçivəsindən çıxarmaq üçün müsəlman kimi həyat tərzini dəyişdirmənin əməlini alovlandırmaq istəyilər. Belələri, böyük dövlətlərin ədəbiyyatında «beşinci qol» sayılır və böyük dövlətlər, sahib olduqları hər cür yolla cəmiyyətlərindəki belə insanlardan çəkinirlər. Çünki onlar xarici düşmənlərdən daha təhlükəlidirlər. Çünki dilimizi, elmimizi və həyatımızı əcnəbidən daha yaxşı bilirlər. Nəticə etibarilə təsirləri daha böyük və öldürücü olur.

Ey Allahın qulları! Təəccüb edilən bir şey varsa o da belələrinin söylədikləridir. Yazdıqları və dillərinə doladıqları İslamdan olduqca uzaq olduğu halda necə olur ki, İslamın adını daşıyırlar? Dinin sabit dəyərlərində şübhə oyandırırlar. Şəri təhsil sistemini tənqid edib, mübarək və mötədil bilinçləndirmə çalışmamızı ələ salırlar. Qələmləri və dilləri ilə islah əhlinin üzərinə gedirlər. Həqiqətdə onlar qurd kimidirlər, cəmiyyəti üzü-üstə çevirincəyə qədər cəmiyyətin dirəyini gəmirirlər. “ (Ey müsəlmanlar!) Sizə göz qoyan (münafiqlər) Allah tərəfindən sizə bir qələbə üz verdikdə: 'Məgər biz də sizinlə deyildikmi? ' deyər, kafirlərə (zəfər) nəsib olduqda isə: 'Məgər (mö’minlərlə birlikdə sizə qarşı vuruşsaydıq) biz sizə qalib gələ bilməzdikmi? Məgər biz mö’minlərə (onların sizə qarşı təcavüzünə cürbəcür vasitələrlə) mane olmadıqmi? ' - söyləyərlər. Qiyamət günü Allah Özü sizin aranızda hökm verəcəkdir. Allah heç vaxt kafirlərə mö’minlərin əleyhinə olan bir yol göstərməz!» (4/Ən Nisə-141)

Allah Nəbi sallallahu aleyhi va səlləmin bu sözü ilə, belələrinə qarşı xəbərdarlıq etmişdir: “Əgər münafiqlər, qəlblərində mərəz (zinakarlıq, pozğunluq mərəzi) olanlar və Mədinədə qəsdən yalan şayiələr yayanlar (bu pis əməllərinə) son qoymasalar, şübhəsiz ki, səni onların üstünə qaldırarıq. Sonra onlar səninlə ancaq az bir müddət orada qonşu ola bilərlər. (Onlar) məl’unlar kimi (tezliklə şəhərdən qovular), harada ələ keçsələr, mütləq tutulub öldürülərlər. Allahın (onlardan) öncə gəlib-getmişlər (münafiqlər) haqqında qayda-qanunu belədir. Sən Allahın qoyduğu qayda-qanunda əsla dəyişiklik görməzsən! « (33 Əl Əhzab 60-62.)
İbn Kəsir rahiməhullah belə buyurur: «Yəni, bu Allahın münafiqlər üzərindəki qanunudr. Münafiqlikləri və küfürləri üzrə başqaldırıb bu hallarından geri dönməyincə, iman əhli onlara müsəllət olur və onların öhdəsindən gəlir» Belələrinə deyirik ki, «Şəriət Allahın şəriətidir. Şəriət Allahın şəriətidir. Şəriət Allahın şəriətidir.Yol Onun yoludur. Bu ölümsüz bir şəriətdir. Onda heç bir əyrilik görmürük. Lakin qəlblərində əyrilik olanlar, fitnə çıxarmaq və təvil etmək üçün ondakı mütəşabih ayələrin arxasın düşərlər. Halbuki biz, «Ona iman etdik, Hamısı Rəbbimiz tərəfindəndir» deyirik. (33-Əl Əhzab/22-24)

Ey insanlar! Bu yeniliklər və dəyişikliklər arasında qəlblərimizi birləşdirəcək, başlarımızı qüvvətləndirəcək və dağınıqlığımızı toplayacaq ortaq bir sözə nə qədər möhtacıq. Bu söz ancaq, daşıdığı hər məna ilə və şərtləriylə birlikdə Kəlimeyi Tövhidin içində ola bilər. Kəlimeyi Tövhidin şərtlərindən biri də; fərd və cəmiyyət səviyyəsində, Müsəlmanlar arasında sevgi və qardaşlığın, kömək və dayanışmanın olmasıdır. Elə isə, bir qismimiz bir qismimizə nifrət edərkən necə bir araya gələ bilərik? Bir qismimiz digər bir qismimizi qəbul etmədiyi halda necə birləşə bilərik? İslamdan olmayan irqi bağlar və xəyali davalar üzərinə qurulu məqsəd və vasitələrdə, görüş və mənfəətlərdə necə birbirmizlə qaynaşabilirik?

Sonra: müsəlmanların geri qalmışlığı, başqalarından gələn təzyiqlərdən əvvəl birinci dərəcədə özlərindən qaynaqlanmaqdadır. Həqiqətdə bizlər, müsibətlərə və bəlalara uğrayan, sonra da dinində qərarlı olması və Allahın Kəliməsini ucaltmaq üçün mücadilə etməsi tələb olunan ilk ümmət deyilik. Yenə; hamımıza düşən bir vəzifə də, mədəniyyət qaynaqlarımızı və qarmaqarışıq biliymizi süzgəcdən keçirməkdir. Beləliklə: cılız,zəhərli və xəstəlikli olanları uzaqlaşdırır və yararlı olanları alarıq. Qərbləşdirmə deyil, Müsəlmanları bir birinə yaxınlaşdırma, dağıtmaq deyil düzəltmək, bölmək deyil birləşdirmə üzərinə qurulmuş olanları alarıq. Dini və ictimai dəyərlər, sağlam təhsil nəzəriyyələri üzərinə, İslam və İslamın haqq metodu ətrafında yaranan şübhələri rədd etmə üzərinə qurulmuş olanları alarıq. Müsəlmanların birliyini canlandırma çağırışımızın cahiliyyə fikirlərini bastırmağa və İslamı, İslam ölkələrinin əksəriyyətində olduğu kimi bir çox qaynaqdan deyil, bənzərsiz və tək qaynaq olaraq qabağa çıxarmaq yönlü olduğu anlayışı üzərində qurulu olanları alarıq. Və beləliklə; zəfər və yüksəliş həqiqətə çevrilər, doğru anlayış yüksəlir. Bax bu Rəbbimizin şəriətidir və haqqdan başqa yalnız zəlalət var. “Yoxsa Biz iman gətirib yaxşı işlər görənləri yer üzündə fitnə-fəsad törədənlərlə eyni tutacağıq?! Yaxud Allahdan qorxub pis əməllərdən çəkinənləri günahkarlara tay edəcəyik?! (Ya Peyğəmbər! Bu Qur’an) sənə nazil etdiyimiz mübarək (xeyir-bərəkətli) bir Kitabdır ki, (insanlar) onun ayələrini düşünüb dərk etsinlər və ağıl sahibləri də (ondan) ibrət alsınlar!» (38/Sad/28-29)


Tarix: 18.04.2013 / 13:52 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 492 Bölmə: Maraqlı melumatlar