beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sələm (Faiz yemək)

Sələmin lüğəti mənası artmaq və çoxalmaqdır. Istilahi mənası isə: Alış-veriş olmadan malın əvəzsiz yerə çoxalması. Sələmin iki növü vardır:
Fəzl sələmi: o, eyni cinsdən olan malların birini digəri ilə alıb-satmaqdır. Məsələn: qızıl ilə qızılı, gümüş ilə gümüşü, xurma ilə xurmanı və s.
Nəsiə sələmi: o, borcun üzərinə əlavə gətirməkdir. Bu iki növ, sələmin daha geniş yayılmış növləridir.
Allah taala bu iki növü qətiyyətlə haram edərək buyurur:
"Sələm (müamilə, faiz) yeyənlər (qiyamət günü) qəbirlərindən ancaq Şeytan toxunmuş (cin vurmuş dəli) kimi qalxarlar. Bunların belə olmaları: “Alış-veriş də sələm kimi bir şeydir!” – dedikləri üzündəndir. Halbuki, Allah alış-verişi halal, sələm (faiz) almağı isə haram (qadağan) etmişdir. İndi hər kəs Rəbbi tərəfindən gələn nəsihəti qəbul etməklə (bu işə) son qoyarsa, keçmişdə aldığı (sələmlər) onundur (ona bağışlanar). Onun işi Allaha aiddir. Amma (yenidən sələmçiliyə) qayıdanlar cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar!" (əl-Bəqərə: 275).

"Ey möminlər! Əgər, doğrudan da, iman gətirmişsinizsə, Allahdan qorxub sələmdən qalan məbləğdən (faizdən) vaz keçin! (Onu borclulardan almayın!) Əgər belə etməsəniz, o zaman Allaha və Onun Peyğəmbərinə (ona Allahın salavatı və salamı olsun!) qarşı müharibəyə girişdiyinizi bilin! Yox, əgər tövbə etsəniz, sərmayəniz (mayanız) sizindir. Beləliklə, nə siz zülm edərsiniz, nə də sizə zülm olunar!" (əl-Bəqərə: 278, 279).
Cabir Ibn Abdullahın hədisində deyilir:
Peyğəmbər (sav): "sələm yeyəni (alanı), onu yedizdirəni, yazanı və ona şahidlik edənləri lənətləyərək demişdir: onların hamısı bu günahda eynidirlər"(Müslim: 3\ 1219\ ? 1598.)
Əbu Hureyrənin hədisində Peyğəmbərin (sav) belə dediyi rəvayət olunur:
"Yeddi böyük günahdan çəkinin! Dedilər: Ey Allahın Elçisi, onlar hansılardır? O, dedi: "Allah taalaya şərik qoşmaq, sehr, Allahın haram etdiyi canı haqsız yerə öldürmək, sələm yemək ."(Buxari: 5\ 293\ ? 2766. Müslim: 1\ 92\ ? 89.)
Sələmçilik bütün dünyada geniş yayılmışdır. Bütün banklar, hətta beynəlxalq maddi əlaqələrin bünövrəsi sələm üzərində qurulmuşdur. Bunu qərarlaşdıran varlı dövlətlərdir. Onların nümunəsi bir ölkədə mövcud olan varlı tacirdir. Insanların ona olan ehtiyacını bilərək, o tacir öz qanunlarını orada hakim edir ki, onun var-dövləti, səltənəti həmişəlik olsun və o heç bir halda ziyan görməsin.
Dünyada mövcud vəziyyətin gerçəkliyi də belədir. Çünki varlı yəhudi və xaçpərəst ölkələri öz dövlətlərinin daima varlı yaşaması və digərlərinin onlara möhtac olması üçün sələmçilik qayda-qanununu bütün dünyaya yaymışlar.
Allah taala sələmi qəti olaraq haram etmişdir və bütün müsəlmanlar sələmin haram olmasını yekdilliklə təsdiq edirlər. Allah taala yalnız insana zərər olan şeyləri haram etmişdir. Lakin şeytan və maddi maraqları olanlar pis işi insanların gözündə gözəlləşdirər və onun adını dəyişmək və guya faydalı olduğunu iddia etməklə onu insanlara sırıyırlar. Spirtli içkiləri və narkotik maddələri satanlar da belə iddialar edirlər. Amma həqiqətdə isə bunun zərərindən başqa bir nəticəsi yoxdur.
Sələmin bir çox zərərləri vardır və bunlardan aşağıdakıları sadalamaq olar:
1.Allaha və Onun Peyğəmbərinə  qarşı şavaşa çıxmaq. Sələmçiliklə məşğul olan adam bacarmadığı bir savaşa girişmişdir. Bu savaş, Allah taala və Onun Peyğəmbərinə (sav) qarşıdır. Bu da Allahın qəzəbinə düçar olmaq deməkdir. Allaha və Peyğəmbərinə qarşı savaşa səbəb olan əməlləri edən adamdan bir gün intiqam alınacaq, bildiyi və bilmədiyi yerdən ona qəm-kədər gələcəkdir.
Dünyada zahirən bu intiqamdan canını qurtaran adamı qarşıda çətin imtahan, şiddətli əzab gözləyir. O, gün peşmançılığın və üzrxahlığın heç bir faydası olmayacaqdır.
2. Sələmçiliyin ümməti məhv etmə təhlükəsi vardır və bunlardan aşağıdakıları demək olar:
a. Sələmçilik edən adam daş qəlbli, paxıl, pis fürsətlərdən istifadə edəndir. Çünki o, borc alan adamın kəskin ehtiyacını bilib onu sıxışdırır. Ehtiyaclı adam həmin pulla kiməsə kömək etmək istəyir, yaxud ticarət işi ilə məşğul olmaq və ruzi qazanmaq istəyir. Lakin onun çəkdiyi əziyyətləri sələm sorur, borcunu artırır hətta sərmayəsini (mayasını) də yeməyə məcbur edir.
b. Sələmlə borc alan adam qəm-qüssə içərisində olur. Bu fikir onun canını sıxır, gecəsi ilə gündüzünü ayıra bilmir. Bəzi hallarda bu ölümlə də nəticələnə bilir.
c. Sələmçilik baş alıb gedən cəmiyyətdə mərhəmət, məhəbbət, ülfət və birlik mənasız sözlərə çevrilər. Əksinə intiqam almaq, tamahkarlıq, fürsətdən istifadə etmək və əlaqələri kəsmək kimi pis əxlaq hökm sürər. Çünki sələmçilik varlıların kasıb insanların maddi ehtiyaclarından sui-istifadə etməsidir. Varlılar istəyərlər ki, sələmə verdiyi mal çoxalsın və ondan istifadə etsin. Bu isə həmin cəmiyyətin zərər çəkməsi və insanların kasıb yaşaması deməkdir.
d. Sərmayənin müəyyən insanların, sələmçilərin əlində cəmlənməsi. Sələmçinin malı heç vaxt itmir. Çünki o, sələmə verdiyi malın gəlirini əvvəlcədən təyin edir. Beləliklə, mal-dövlət müəyyən təbəqəyə malik insanların əlində cəmlənir. Onlar da insanları istədikləri kimi öz məqsədləri üçün istifadə etməyə şərait yaradırlar. Bu fərdi və beynəlxalq şəkildə olur. Bəzi dövlətləri varlı sələmçi insanlar idarə edirlər. Böyük və varlı dövlətlər də kasıb dövlətləri sələmçilik yolu ilə idarə edirlər. Çünki kasıb dövlət ona borclu və möhtacdır.
e. Sələmçiliyə görə istehsalat azalır. Çünki sələmçilik ilə qazanmaq heç bir xərc tələb etmir. Həmçinin malı uduzmaq təhlükəsi də yoxdur. Insanlar sələmlə qazanmaq üçün mal-dövlətini banklarda yatırırlar. Onlar bu məbləği qazanmaqda heç də əziyyət çəkmirlər.
f. Sələmçilik qiymətlərin artmasına təsir edir. Çünki sələm pul ilə iş yeri açmış istehsalçı borcunun faizini qarşılamaq üçün malın qiymətini artırır. Sələmin faizi isə dayanmır. Qərb dövlətlərinin qarşısına çıxan problem də budur. Onlar bunu inflyasiya adlandırırlar.
g.Sələm böyük şirkətlərin və zavodların dağılmasına səbəb olur. Çünki şirkətlər öz işlərini qurmaq üçün banklardan sələm (faiz) alırlar. Bu sələm mürəkkəb borc sayılır. Belə şirkətlərin sərmayəsi az olduğundan banklardan borc alırlar və nəticədə şirkətin bir hissəsi sahibinin digər qalan hissəsi isə bankın olur. Hansısa səbəbə görə ziyana uğrayan şirkət iflas olduğunu elan edir. Çünki pul ödənişi gecikdikcə borc çoxalır. Həmin borcların çoxalmasını görüb ödəməyə aciz olan şirkət müflis olduğunu deyir. Belə halda həmin şirkəti bank borcun əvəzində ala bilir.
h.Sələm dövlətlərin dağılmasına və ya onların arasında ayrıseçkiliyə səbəb olur. Inkişaf etməkdə olan borclu dövlətlər istehsalatının güclü olmasına baxmayaraq heç vaxt öz xalqının güzəranını yaxşılaşdıra bilmir. Çünki onun gəlirlərinin iki axını vardır:
Birinci axın dövlətin və camaatın zəruri ehtiyaclarını qarşılamaq.
Ikinci axın isə şişməkdə və çoxalmaqda olan borcları ödəmək. Çünki ödəniş gecikdikcə borc da çoxalır. Ona görə də dövlət həmişə borc ödəmək məcburiyyətində qalır. Bu borcu örtmək üçün vergiləri artırmağa, pul vahidini və xidmətləri ucuzlaşdırmağa, istehsal olunan məhsulların qiymətini yüksəltməyə məcbur olur. Borcu verən sərt ürəkli, çox güclü, hiyləgər və pis təbiətlidir. Ona görə də kasıb dövlətlərin daha da kasıblaşmasının, varlı dövlətlərin daha da varlanmasının şahidi oluruq.
Bu və digər zərərlərə görə bir çox şirkətlərin iflasa uğradığını, bir çox dövlətlərin borc içərisində boğulmasını görürük. Bütün bunlara görə Allah taala sələmçiliyi haram etmişdir. Bəndə bunları bildikdən sonra Allah taalanın ona olan mərhəməti və lütfünü dərk edir. Çünki Allah taala Öz bəndələrinə sələmçiliyi haram etmişdir. Sələm yeyən adam insanların qanını sormaqdan və mallarını yeməkdən doymayandır. Belə insan rəhm etməyən daş qəlbli insandır. Buradan görünür ki, sələmin haram edilməsi İslam dininin böyük gözəlliklərindən və hədsiz mərhəmətindəndir.


Tarix: 18.04.2013 / 13:51 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 279 Bölmə: Maraqlı melumatlar