beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ölüm ibrət və qaydalar (QƏBIRLƏRI ZIYARƏT VƏ ONA AID OLAN ŞEYLƏR.)

QƏBIRLƏRI ZIYARƏT VƏ ONA AID OLAN ŞEYLƏR.
1. Şəriətlə qəbirləri ziyarət etmək olar. Bu ziyarətdə məqsəd insanın axirəti yada salmağı və bundan ibrət almasıdır. Qəbir üstə elə şey demək lazım deyil ki, Allah sübhənəhu təala üçün qəzəbli olmasın. Necə ki, Allahdan qeyrisindən bağışlanma diləmək və ya təzkiya və ya onun üçün cənnətdə olmaması və başqa cür. Qəbr üstə Allahın qəzəbinə səbəb ola biləcək şeylər, məsələn, Allahdan qeyrisindən bağışlanma diləmək və ya ölənin cənnətə düşməməsini istəmək olmaz.
2. Qadınların kişilər kimi qəbirstanlığı ziyarət etməsi bəyənilmişdir ki, kişilərlə qadınlar bir yerdə olmaması və ağlamaması və çox ziynətli şeylər geyməmək şərti ilə bu günlərdə qəbirstanlığı ziyarət edə bilərlər.
3. Qadınlar qəbirləri gec-gec ziyarət etməlidirlər, bu işi tez-tez təkrar etməməlidirlər. Çünki bu, yuxarıda qeyd edilən yasaqların baş verməsinə gətirib çıxara bilər.

4.Müsəlman olmayanın qəbrini yalnız ibrət vermək məqsədilə ziyarət etmək olar.
5. Məzarları iki məqsədlə ziyarət etmək olar.
a) ziyarət edən ölümü və ölüləri yad etməkdən fayda almalıdır, onların ya cənnətə, ya da cəhənnəmə sakin olacaqlarını bir daha onlara xatırlatmaqdır. Bu, bütün insanlara aiddir;
b) ölüyə salam verməklə, onun üçün dua oxumaqla, istiğfar diləməklə fayda vermək olar. Bu işlər hamısı müsəlmanlara aiddir. Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) aşağıdakı duanı oxuması sübuta yetirilmişdir. «Möminlərdən və müsəlmanlardan olan diyar əhlinə salam olsun! Allah bizdən qabaqkılara da, sonrakılara da rəhm etsin. İnşəallah, biz də sizin ardınızca gəlirik».
6. Sünnəyə görə, qəbr üstə dua edərkən üzünü qibləyə tutmaq vacibdir.
7. Kafirin qəbrini ziyarət edən ona salam vermir, dua etmir, onun cəhənnəm sakini olacağını ona xatırladır.
8. Müsəlmanların məzarları arasında ayaqqabıda gəzmək olmaz onları çıxartmaq lazımdır.
9. Qəbirlər üzərinə güllərin və çiçəklərin qoyulması şəriətə uyğun deyildir. İlk müsəlmanlar bu işi görməmişlər. Bundan xeyir olsaydı, şübhəsiz, onlar da bu cür edərdilər.
10. Qəbirlər üstə aşağıdakı işləri görmək yasaqdır.
a) qurban kəsmək (hətta valilərin qəbri olsa belə);
b) yuxarıda qeyd edilmişdən artıq bir səviyyədə qəbri yerdən qaldırmaq;
v) qəbri ağartmaq. Lakin bu iş onu qorumaq məqsədi ilə edilərsə, buna yol verilir. Xüsusi ilə onu mərmərlə bəzəmək haramdır;
q) qəbrin üstünə yazı yazmaq. Bu işə yalnız qəbri tanıtmaq məqsədi güdüldükdə yol vermək olar;
d) üstündə bina tikmək;
e) üstündə oturmaq;
ə) qəbrə namaz qılmaq;
j) qəbrin yanında qibləyə durmadan belə namaz qılmaq;
k) üstündə məscid tikmək. Bu yasaq, şərafətli Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) məscidinə aid deyildir;
l) qəbri ziyarət üçün xüsusi olaraq səfərə çıxmaq, xüsusi vaxtlar ayırıb qəbir üstünə toplaşmaq, şam qoymaq və s;
m) müsəlman meyidinin (skletinin) sümüyünü sındırmaq;
n) şəriətin icazəsi olmadan müsəlman qəbrini qazımaq.

Əli Həsən Əli Əbdül Həmidin "Ölüm İbrət və Qaydalar" kitabından
Tərcümə edəni: Zakir Qasımov


Tarix: 17.04.2013 / 15:44 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 215 Bölmə: Maraqlı melumatlar