beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ÖZLƏRINI QADIN KIMI APARANLARI EVLƏRINIZDƏN ÇIXARDIN!

ÖZLƏRINI QADIN KIMI APARANLARI EVLƏRINIZDƏN ÇIXARDIN! (Əhməd “Müsnəd” 1/225 Bax; “Səhih əl-Cami” 228)
Buxari öz əsərində fəsillərin birini “Özlərini qadına öxşadanların evlərdən çıxarılması fəsli” adlandıraraq İbn Abbasın (Allah ondan və atasından razı olsun!) belə dediyini rəvayət edir: “Peyğəmbər (s) özlərini qadın kimi aparan kişilərə və kişi kimi aparan qadınlara lənət etdi və dedi: “Onları evlərinizdən çıxardın!” (Buxari “Libas kitabı” fəsl 62 “Fəthul Bari” 10/333)

Özünü qadın kimi aparmaq özünü xarakterində, danışığında, davranışında və sair hərəkətlərində qadına oxşatmaq deməkdir. Əgər onun təbiəti əvvəlcədən belədirsə, o, bu qəbildən olan insanlara aid edilmir. Lakin, bu oxşarlığı aradan götürmək üçün əlindən gələni etməlidir. Özünü qəsdən qadına bənzədən kişi homoseksualizimlə məşğul olsa da olmasa da müxannəs, yəni qadınlaşan kişi adlanır.
Biz indiki zamanda da özlərini qadına bənzədən kişilər və kişiyə bənzədən qadınlar barəsində çox eşidirik. Xüsusi ilə diqqət versək, görərərik ki, bu hal bizim dövrümüzdə və ən çox kafir millətlərində daha geniş vüsət alıb. Kafirlərin evlərdə xidmətçi kimi işləməsi isə göz görə-görə övladlarımızın mənəviyyatının korlanması deməkdir. Artıq “üçüncü cinsin nümayəndələri” – qadın geyimləri geyinib zinət əşyaları taxan cavan oğlanlar meydana çıxıb. Bundan böyük rəzillik və mənəviyyatsızlıq varmı? Bununla mübariz bir toplum yaratmaq olarmı?!
Peyğəmbərin (s) və səhabələrin bu növ insanlarla necə mübarizə apardığını bilmək istəyən Əbu Hureyrədən (Allah ondan razı olsun!) rəvayət olunan hədisə nəzər salsın. Peyğəmbərin (s) yanına əllərini və ayaqlarını boyayan bir kişi gəlir. Səhabələr onun özünü qadınlara bənzədən kişi olduğunu söyləyirlər. peyğəmbər (s) onu uzaq və tənhalıq olan bir yerə sürgün etdirir. Səhabələr “onu öldürməyəkmi?” deyə soruşanda rəsulullah (s) buyurur: “Mənə namaz qılanları öldürmək qadağan edildi”. (Əbu Davud 4928 Bax; “Sahih əl-Cami” 2502)


Tarix: 17.04.2013 / 12:52 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 70 Bölmə: Maraqlı melumatlar