beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İSTİXARƏ(Uğurun sirri, xeyir-bərəkət açarı)

Hind Küveytdə dünyaya göz açan bir ərəb qızıdır. Bu körpə qızcığazın baldırlarının birində xərçənk xəstəliyinin ən ağır forması aşkar olunmuş, üzərində Hüseyn Məkki Cüma adına Küveyt Xərçənk Cərrahiyyə Mərkəzində sıx-sıx müayinələr aparılmış və bu diaqnozla da Amerika Birləşmiş Ştatlarının Corciya ştatının Atlanta şəhərində Xərçənk Xəstəliklərinin Müalicəsi üzrə Xüsusi Mərkəzdə ciddi müalicə almışdır.

Bu müalicələrə təxminən yarım milyon dollara qədər pul sərf olunmuş, analiz və diaqnoz üçün praktik sorğuların nəticələrindən böyük bir qovluq yaranmış və baldırda adı çəkilən xəstəliyin mövcud olmasını təsdiq edən rentgen plyonkalarının sayı iki yüz əllini keçmişdir.
Dəqiq diaqnostik müayinədən sonra müalicənin bir mərhələsi kimyaterapiya (kimyəvi üsulla müalicə) ilə həyata keçirildi. Lakin bu heç bir müsbət nəticə vermədi. Halbuki, hər iki mərkəzdəki yüksək ixtisaslı həkimlər kimyəvi üsulla müalicə metodunun maksimum üç həftə ərzində effektiv nəticəyə gətirib çıxaracağını təkidlə söyləmişdilər. Müalicənin üçüncü mərhələsində həkimlər Hindin valideynlərinə yaxın gələcəkdə bədənin digər orqanlarında xərçənk hüceyrələrinin peyda olması ehtimalını aradan qaldırmaq üçün onun xəstə ayağının amputasiyasını tövsiyə etmişdilər. Çünki faciə ünsürlərindən biri də Hindin bir çox qohumlarının eyni xəstəliyə düçar olması idi.
Bu kiçik qızcığazın üzündəki hüzn, kədər, ağrı atasının Amerika universitetlərinin birində informatika sahəsində doktorluq dissertasiyasını başa çatdırmaq üçün gündəlik iş planını da pozmuşdu. Tələbə olan anası isə uzun gecələri qorxu və narahatçılıq içində, kiçicik qızının gələcək həyatını düşünərək keçirirdi. Lakin onun Allaha olan inamı Onun qəzavü-qədərinə təslim olmağa vadar edirdi.
Bir gecə yenə ana çarpayısına uzanaraq uzun-uzadı fikrə getdi, xəyallar aləmində uçmağa başladı. Bu an onun gözlərində körpə balasının əsaya dirsəklənərək bir ayaq üstə gəzməsi canlandı. Gözləri dolmuş, göz yaşlarından çarpayı tam olaraq islanmışdı. Ana fikirdən ayrılaraq qovulmuş şeytandan Allaha pənah apardı və Onu bir həyacan və ruh yüksəkliyi ilə durmadan zikr etməyə başladı. Birdən onun yadına nə vaxtsa eşitmiş olduğu bir şey düşdü. Bu istixarə namazı idi. Sıçrayaraq yerindən durdu və onu qılmağa tələsdi.
Səhər açılanda ana bütün müalicə növlərindən, qızına hər gün verdiyi dərmanlardan imtina etdi və onun ayağının amputasiyasına əsla razılıq verməyəcəyini qərara aldı. Çünki artıq Allah-taala ona bütün müalicə üsullarından və hər növ dava-dərmandan fərqli olan başqa bir müalicə metodu göstərmişdi. Bu metod Allahın möminlər üçün şəfa və mərhəmət ocağına çevirdiyi Qurani-Kərim idi.
Nəticə bir nəfərdən başqa hər kəs üçün – yenidən həyata qayıdan, öz uşaqlıq təravətini hiss etməyə başlayan körpə qızcığaz üçün, həkimlərin amputasiyadan başqa bütün üsulların tükəndiyi qərarına gəlmələrindən sonra az qala sağalmağa olan bütün ümidlərini itirən qohumlar üçün son dərəcə gözlənilməz olmuşdu. Lakin şeyx gülümsəyərək nəticənin heç də ondan ötrü gözlənilməz olmadığını və Allahın Öz ayələrini hər bir dərdə şəfa göndərdiyini söyləyərək aşağıdakı ayəni oxumuşdu:
«Biz Qur’andan mö’minlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik. O, zalımların (kafirlərin) ancaq ziyanını artırır»(əl-İsra, 82)
Amerikada adı çəkilən mərkəzdəki təcrübəli bir həkim Hindin səhhətindəki müsbətə doğru qeyri-adi inkişafı – onun təbii halını öz gözü ilə görməyənədək təsdiqləyə bilmədiyini bəyan etmiş və eşidəndə ki, Hind hətta artıq ayaqları üstündə tam sərbəst qaça bilir və onun başında və bədəninin tükü tökülmüş başqa yerlərində yenidən tük çıxır, son dərəcə təəccüblənərək çaş-baş qalmış və balaca Hindi hansı yolla olur olsun, görməyi tələb etmişdir.(Balaca Hindin bu hekayəsi Küveyt mətbuatında, qəzetlərində dəfələrlə geniş şəkildə işıqlandırılmışdır.)


Tarix: 14.04.2013 / 13:31 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 200 Bölmə: Maraqlı melumatlar