beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Böyük günahlar saleh əməlləri puç edirmi?

Allah təala zina edən insanların xeyir əməllərini qəbul edirmi, yoxsa sovrulmuş toz dənəciklərinə çevirir? Zina əməlləri batil edirmi? Bu iyrənc, münkər əməli işləyən zinakarın Rəbbi yanında xeyir əməlləri ola bilər, yoxsa o Allaha tövbə etmədikcə bu əməllər ondan qəbul olunmur? Allah təala zinakarın orucunu, zəkatını və namazını qəbul edirmi? Bildiyim kimi Peyğəmbər sallallahu aleyhi və səlləm hədisdə demişdir:

“Gecənin yarısında səmanın qapıları açılır. Bir səsləyici çağırır: Dua edən varmı Allah onun duasına cavab verilsin. İstəyən varmı Allah ona versin. Darda qalan varmı Allah onu bundan xilas etsin. Elə bir müsəman qalmır ki, dua etsin və Allah onun duasını qəbul etməsin. Övrət yeri ilə qazanan zinakardan və haram yolla vergi götürən kəsdən başqa.
Yuxarıdakı hədisdə qeyd olunur ki, Allah təala onların xeyir əməllərini sovrulmuş toz dənələrinə çevirəcəkdir. Çünki onlar Allahın qadağan etdiklərini işləmişdirlər. Xahiş edirəm bu məsələni açıqlayın və bu hədisin səhihlik dərəcəsi nədir?

Cavab: Həmd Allaha məxsusdur.

Quranın təsdiq etdiyi və Əhli Sünnənin yekdilliklə ittifaq etdikləri başlıca qaydalardan biri budur ki, asiliklər və böyük günahlar müsəlmanın həsənətlərinin (savabların) hamısını puç etmir. Küfr, şirkdən başqa müsəlmanın əməllərini tamamilə silən bir şey yoxdur.

Allah təalanın qövlü buna dair dəlil təşkil edir:

“Sizlərdən hər kim dinindən dönüb kafir olaraq ölsə, onun əməlləri dünyada və axirətdə puça çıxar. Onlar Od sakinləridirlər və orada əbədi qalacaqlar”. (əl-Bəqərə 2:217)

Şeyxul İslam ibn Teymiyyə (Allah ona rəhmət etsin) “Məcmu əl-Fətəvə 10/321-322” əsərində demişdir:

“Səhabələr və Əhli Sünnə vəl Camaat bu rəydədirlər ki, böyük günah sahibləri Cəhənnəmdən çıxacaqlar və onlar üçün şəfaət ediləcəkdir. Əhli Sünnənin əksəriyyətinə görə bir böyük günah bütün həsənətləri batil etmir, lakin həmin həsənətlərdən onlara bərabər nisbətdə silə bilər. Tövbə bütün pis əməlləri sildiyi kimi yalnız küfr bütün xeyir əməlləri silir. Böyük günah işləyən insan bəzi həsənətlər ilə gələrsə, bununla Allahın razılığını istəyərsə, hətta böyük günahına görə o cəzalandırılmağa layiq olsa belə Allah xeyir əməllərinə görə onu mükafatlandıracaqdır. Allahın Kitabı oğru, zinakar və bir-biri ilə vuruşan möminlərə dair “hökm və adlandırma” ilə kafirlərə dair bu “hökm və adlandırmanı” fərqləndirir. Peyğəmbərin sallallahu aleyhi və səlləm mütəvatir sünnəsi və Səhabələrin icması buna dəlalət edir. Əhli Sünnə vəl Camaata görə Allahdan qorxan və sırf Allah rzası üçün əməl edən, Allahın əmrinə müvafiq olaraq bunu edən kəsdən əməl qəbul olunur. Əgər bir insan əməlində Allaha qarşı səmimidirsə, ixlaslıdırsa (Allahdan qorxursa) hətta başqa şeylərdə Allaha asilik etsə də Allah ondan bu əməli qəbul edir. İnsan əməlində Allaha qarşı ixlaslı deyilsə (Allahdan qorxmursa), başqa şeylərdə Allaha itaət etsə belə Allah bu əməli ondan qəbul etməz. Sitatın sonu.

Sözügedən hədisi Sövban (Allah ondan razı olsun) Peyğəmbərdən sallallahu aleyhi və səlləm rəvayət etmişdir. Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: "Ümmətimdən elə insanlar tanıyıram ki, Qiyamət günü böyük dağ boyda savablarla gələcəklər, lakin Allah onların savablarını səpələnmiş toza çevirəcək» . Sövban dedi: Ya Rəsulullah, onları bizə vəsf et və say ki, biz bilməyərəkdən onlardan olmayaq! Rəsulullah buyurdu: "Onlar sizin cildinizdən olan qardaşlarınızdır. Sizin kimi gecələr ibadət edərlər. Lakin onlar elə kəslərdir ki, tək qaldıqları zaman Allah haram buyurduğu şeyləri edərlər».


İbn Macə “Sünən 4245; əl-Rəviyani “əl-Müsnəd 1/425; əl-Təbərani “əl-Əvsat 5/46 və “əs-Səğir 1/396”; Müsnəd əl-Şəmiyin 667; əl-Deyləmi “Müsnəd əl-Firdous 7715; Şeyx Albani “əl-Silsilə əl-Sahihə 505” əsərində hədisi səhih olaraq təsnif etmişdir.

Bu bizim qeyd etdiyimiz prinsipi dəstəkləyən bir dəlildir. Yəni, bəzi pis əməllər insanın xeyir əməllərinin bir qismini və saleh əməllərinin bir qisminin savabını silə bilər.

Sizin qeyd etdiyiniz ikinci hədis Osman ibn Əbil As əl-Səqafi hədisidir. Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir:
“Gecənin yarısında səmanın qapıları açılır. Bir səsləyici çağırır: Dua edən varmı Allah onun duasına cavab verilsin. İstəyən varmı Allah ona versin. Darda qalan varmı Allah onu bundan xilas etsin. Elə bir müsəman qalmır ki, dua etsin və Allah onun duasını qəbul etməsin. Övrət yeri ilə qazanan zinakardan və haram yolla vergi götürən kəsdən başqa.

Əl-Təbərani “Mücəm əl-Kəbir 9/59 və Mücəm əl-Ausat 3/154; əl-Heysəmi “Məcmə əl-Zəvaid 10/156; Hədisin raviləri səhih ravilərdir. Albani “əl-Silsilə əl-Sahihə 91073” əsərində demişdir: Hədisin isnadı səhihdir.

Buna əsaslanaraq deyirik ki, bütün xeyir əməllərinin batil olmasına, puç olmasına dair bir rəy yoxdur, əksinə zinasına davam edən (israr edən) zinakarın duasının qəbul olunmaması vardır və bu məna da səhihdir, doğrudur. Böyük günahlar duanın qəbul olunmamasının başlıca maneələrindən biridir.

Günahında qalan və bundan əl çəkməyən və yaxud günahdan tövbə etməyən bir insanın duasını Allah Azzə və Cəllə necə qəbul etisin?

Tərcüməçinin qeydi:

Kəbəir-Böyük günahlar
Həsənət-xeyir əməllər



Muhammad Saleh əlMunəccid


Tarix: 13.04.2013 / 16:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 303 Bölmə: Maraqlı melumatlar