beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

EVLƏNMƏ ƏDƏBİ(Gəlinlə nəzakətlə davranmaq)

Yaxşı olardı ki, bəy toy gecəsi gəlinin otağına girəndə onunla nəzakətlə davransın, xoş sözlər desin, elə bil ki, ona şərbət və i.a. bu kimi ürəkaçan şeylər verir.

Yəzid ibn əs-Səkənin qızı Əsmanın hədisində deyilir: «Aişəni Allah Peyğəmbəri (s.a.s) üçün bəzədim. Sonra onun yanına gedib Aişəyə baxmağa çağırdım. Gəlib onun yanında oturdu. Bir böyük fincan dolusu süd gətizdirib özü içdi və Aişəyə də verdi. O isə utanıb başını aşağı saldı. Mən onu töhmətləyib dedim:
— Peyğəmbərin (s.a.s) əlindən al, iç.
Aişə fincanı alıb bir qurtum içdi. Peyğəmbər (s.a.s) ona dedi:
— Öz rəfiqənə də ver.
Mən isə dedim:
— Ey Allah peyğəmbəri! Əvvəlcə götür özün iç, sonra öz əlinlə bizi də içirt.
Südü götürüb əvvəlcə özü içdi və bizləri də içirtdi. Mən fincanı götürüb dizimin üstünə qoydum. Fincanı əlimə alıb onu bir qədər döndərib dodaqlarıma yaxınlaşdırdım ki, Peyğəmbərin (s.a.s) içdiyi yerdən mən də içim. Peyğəmbər (s.a.s) yanımda olan qadınları göstə¬rib dedi:
— Onlara da içirt!
Onlar dedilər ki, istəmirlər.
Peyğəmbər (s.a.s) buyurdu:
— Aclıqla yalanı cəm etməyin (Ac olarkən yalan danışmayın)».

2. ƏLINI GƏLININ BAŞINA QOYUB DUA ETMƏK.
Evlənən şəxs gəlinlə ünsiyyətdə olanda və ya ondan qabaq, əlini onun alnına qoyub Allah təbarəkə və təalanın adını zikr edir, bərəkət duası edir və Peyğəmbərin (s.a.s) hədisində deyilənləri təkrarlayır:
«Sizdən biri bir qadınla evləndikdə və ya kəniz aldıqda onun alnına əlini qoyaraq izzət və cəlal sahibi Allahı zikr edir, bərəkət duası oxuyub deyir:
— Allahummə inni əs’əlukə min xeyrihə va xeyri mə cəbəltəhə aleyhi va ə’uzu bikə min şərrihə va şərri mə cəbəltəhə aleyhi (Allahım, onun və ondan törənənlərin xeyrini Səndən diləyirəm, onun və ondan törənənlərin şərindən qorunmaq üçün Sənə sığınıram).
Bir dəvə alanda da onun güvənindən (donqarından) yapışıb eyni sözləri deyir».

3.ƏRLƏ ARVADIN BIRLIKDƏ NAMAZ QILMASI.
Yaxşı olar ki, onlar birlikdə iki rük’ət namaz qılsınlar. Bu barədə iki rəvayət də vardır.
BIRINCI: Əbu Useydin mövlası Əbu Səidin rəvayəti:
«Mən kölə (alınmış qul) idim. Evləndim. Aralarında İbn Məs’ud, Əbu Zərr və Hüzeyfə olmaqla Peyğəmbər (s.a.s) səhabələrini çağırdım. Namaz vaxtı Əbu Zərr imamlıq etmək istədikdə, digər səhabələr: «Ey Əbu Zərr, sən dur!» dedilər. Əbu Zərr: «İmamlığı ev sahibimi edəcək?» dedi və mən kölə olduğum halda onlara imamlıq etdim. Namazdan sonra toy gecəsi ilə bağlı mənə tövsiyə etdilər: «Gəlin içəri girəndə iki rükət namaz qıl. Sonra Allahdan onun xeyrini istə və şərindən Allaha sığın. Duadan sonra bildiyin kimi hərəkət et. Eyni işi həyat yoldaşın da etməlidir».

İKINCI: Şəqiqin rəvayəti:
«Əbu Həriz adlı bir kişi gəlib dedi:
— Mən gənc bakirə bir cariyə ilə evləndim. Qorxuram Allahın qəzəbinə gəlim.
Abdullah bin Məs’ud dedi:
— Ülfət Allahdan, nifrətsə şeytandandır. O da Allahın halal etdiklərinə qarşı sizdə ikrah hissi doğurmaq istəyir. Gəlinin yanına daxil olanda ona əmr et ki, sənin arxanda durub iki rük’ət namaz qılsın.
İbn Məs’ud başqa rəvayətdə bunu əlavə edir:
— «De: Allahummə barik li fi əhli va barik ləhum fiyyə, Allahummə icmə’ bəynənə mə cəmə’tə bi xeyrin, va farriq bəynənə izə fərəqtə ilə xeyrin. (Allahım, məni ailəmə, ailəmi də mənə bərəkətli et! Allahım, bizi xeyirlə bir-birimizə bağla. Əgər ayrılmaq hər iki tərəfə xeyirdisə, bizi bir-birimizdən ayır)».

4. HƏYAT YOLDAŞI İLƏ ƏLAQƏ VAXTI NƏ DEYILIR:
Müsəlman kişi qadının yanına gəlib onunla cinsi əlaqəyə girəndə bunları deməlidir:
«Bismilləh, Allahummə cənnibnə əş-şeytan, və cənnib əş-şeytanə mə rəzaqtənə (Allahın adı ilə, Allahım, bizi şeytandan uzaq elə. Şeytanı bizdən törənənlərdən uzaq elə!)».
Peyğəmbər (s.a.s) demişdir:
«Bu duanı oxuyan kimsəyə Allah bir uşaq verərsə, şeytan o uşağa heç bir zərər yetirə bilməz».

----------------


Tarix: 13.04.2013 / 16:09 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 240 Bölmə: Maraqlı melumatlar