beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Namazı sevin ki, Allah da sizi sevsin!

Kainatda ən yüksək əməlin əvvəlcə iman etmək, sonra da namaz olduğunu düşünərkən, namazda nə qədər böyük sirr və hikmətin olduğunu dərk edirik.Peyğəmbərimiz (sas):”Mənə dünyada üç şey sevdirildi” buyurarkən, bu üç şeydən birinin namaz olduğunu bildirmişdir.O (sas) namaza “gözümün nuru” deyərkən bu ibadətin həqiqətən böyük əhəmiyyətə malik olduğu ortaya çıxmışdır.

Nursuz, işıqsız gözün görməsi mümkün olmadığı kimi, namazsız da “müsəlmanıq” demək bir o qədər çətindir.

Rəsulullah (sas) ölüm ayağında ikən,ən vacib vəsiyyətlərin edildiyi bir anda “namaz,namaz və əlinizin altında olan yetimlər” deyə vəsiyyət etməsi, Ömərin (ra) bir gün “Namaz, namaz! Əsla namazı tərk etməyin!” çağırışı o vaxt ki, möminlərin namaza necə böyük önəm verdiklərinin bir təcəllisidir.Necə ki, Öməri (ra) namazda ikən vurduqda özündən getmiş, bir müddət sonra özünə gəldiyində isə söylədiyi ilk kəlmə bunlar olmuşdur:

-Görəsən, camaat namazı qıldımı?

Sübhənəllah, baxın namaza verilən önəmə!

Peyğəmbər (sas) ağır xəstə ikən, əlləri səhabələrin boyunlarında gəlib müsəlmanlara namazda imam dayanardı.Və bir gün məscidə girərkən ağır döyüşdən çıxmış möminlərin yaralı halda,yorğun halda məsciddə oturub onu (sas) gözlədiklərini görür və bu sevindirici mənzərəni seyr edərkən göz yaşlarını saxlaya bilmir.

Peyğəmbərimiz (sas) bir hədisində buyurur:

-Namaz dinin dirəyidir.Kim namaz qılsa dinin dirəyini tikmiş olar.Kim də namazı tərk etsə dinin dirəyini yıxmış olar.

Başqa bir hədisdə “Qulun Allaha ən yaxın olduğu an səcdə anıdır.”-deyə buyurmuşdur. O halda oturub düşünməliyik: “Axı kim Allahu təaləyə yaxın olmaq istəməz?”

Ona görə namazlarınıza fikir verin,onları xüşu ilə və camaat ilə qılmağa çalışın.Məscidə elə bir vaxt gedin ki, namaza başlayarkən ilk səfdə olasınız.Bilsəniz bu sizin üçün nə böyük faydadır.

Səhabələrdən biri buyurur:

-“Mən uzun illərdir namaz da ikən,hələ heç bir qardaşımın kürəyini görmədim.”

Sübhənəllah, bu böyük səhabə daim birinci səfdə namaz qılarmış.

Ona görə namazın əlindən möhkəm yapışın ki, o da qəbirdə və Sırat körpüsündə olarkən sizin əlinizdən tutsun.Namazı sevin ki, Allah da sizi sevsin.


Tarix: 11.04.2013 / 19:54 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 213 Bölmə: Maraqlı melumatlar