beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Allah bəndəsini qoruyan əməllər (İnsanlar içində düşmənlərdən qorunma)

Əbu Musa əl-Aş‘ari (r.a) -dən rəvayet olunur ki Allah rəsulu (s.a.v) hər hansı bir insandan ehtiyat etdikdə deyərdi:
“Allahım, Səndən onlara qarşı kömək diləyir və onların şərindən sənə sığınırıq”.
أَللَّهُمَّ إِنَّانَجْعَلُكَ فِي نُحُورِهِمْ وَنَعُوذُبِكَ مِنْ شُرُورِهِمْ
/Allahumma inna nəc‘alu-kə fi nuhuri-him və nə‘auzu bi-kə min şururi-him/.

(Əbu Davud, 1537; Əhməd, 4/415. Şeyx əl-Albani hədisin səhih olduqunu bildirmişdir.)



Əbu Səid əl-Hudri (r.a) rəvəyət edirki: “Xəndək günü biz dedik: “Ey Allahın rəsulu! Biz nə söyləyək (dua edək), həqiqətən bizim qəlblərimiz (qorxudan) boğazlarımıza çatıb?” Peyğəmbər (s.a.v) dedi: “Allahım bizim övrətimizi ört və qorxudan xilas et” - deyin. Bundan sonra Allah düşmənlərimizin üzlərinə bir külək çarparaq onları onun vasitəsi ilə darmadağın etdi”.
اللَّهُمَّ اسْتُرْ عَوْرَاتِناَ، وَآمِنْ رَوْعَتِنَا
/Allahumma-stur ‘auratina ua amin rau‘atina/.

(Əhməd, 3/3; əl-Bazzar, 3119. Hədis səhihdir. Bax “əs-Silsilə əs-səhihə”, 2018.)


Abdullah bin Abu ‘Auf (r.a) rəvayət edirki, bir dəfə peyğəmbər (s.a.v) öz düşmənlərinə rast gəldikdə sahabilərinə üz tutaraq dedi: “Ey insanlar düşmənlərinizlə görüş axtarmayın və Allahdan (əl-‘afiyə) sizləri hər bir şərdən azad etməsini diləyin. Əgər onlarla görüşməli olsanız səbr edin və bilinki Cənnət sizin qılınclarınızın kölgəsi altındadır!”. Sonra peyğəmbər (s.a.v) dedi: “Ey Kitabı nazil edən, buludları hərəkətə gətirən, ittifaqda olan qəbilələri məğlub etmiş Allahım, onları məğlub et və bizlərə onların üzərində qələbə çalmaqda köməy ol!”.
اللَّهُمَّ مُنْزِلَ الْكِتَابِ وَمُجْرِيَ السَّحَابِ وَهَازِمَ الأَ حْزَابِ اهْزِمْهُمْ وَنْصُرْناَ عَلَيْهِم
/Allahumma munziləl-kitabi və mucriyə-ssahabi və həziməl-ahzabi-hzimhum uansurna aleyhim/.

(əl-Buxari, 2965; Muslim, 1742.)

Rəvayət olunurki Ənəs (r.a) demişdir: “Döyüşə yola düşdükdə Allahın rəsulu (s.a.v) deyərdi: “Allahım Sən mənə kömək edib məni qoruyursan, yalnız Sənin (rəhmətin) sayəsində mən yeriyir, hücüm edir və vuruşuram!”.
أَللَّهُمَّ أَنْتَ عَضُدِي، وَأَنْتَ نَصِيرِي، بِكَ أَحُولُ وَبِكَ أَصُولُ، وَبِكَ أُقَاتِلُ
/Allahumma Əntə ‘adudi və Əntə nasıri bikə əhulü və bikə əsulü və bikə uqatilü/.
İbrahim (alehissələm) peyğəmbərin duası.

(Abu Davud, 2632; ət-Tirmizi, 3584; Əhməd, 4/184; İbn Hibban, 1661. Şeyx əl-Albani hədisin səhih olduqunu bildirmişdir.)


“Ey Rəbbimiz! Bizi kafirlər üçün sınaq vasitəsi etmə!”. (əl-Mumtahinə, 5)
رَبَّنَا لاَ تَجْعَلْنَا فِتْنَةً لِّلَّذِينَ كَفَرُوا
/Rabbana lə tadc‘alna fitnatan lilləzinə kəfəru/.


İbn Abbas (rşa) deyir ki, İbrahim peyğəmbərin sözlərinin mənası budur: “Bizləri kafirlərin əli ilə cəzalandırma və üzərimizə Səndən əzab-əziyyət göndərmə ki, kafirlər: “Əgər onlar düz yolda olsaydılar, aqibətləri belə olmazdı” deməsinlər”.(əl-Hakim. Mucahid və əd-Daxxaq kimi təfsir imamları bu ayəni eynicə şərh etmişlər. Bax “Tafsir İbn Kasir”, 4/38.)

Musa (aleyissələmin) peyğəmbərin duası.
“Ey Rəbbimiz! Bizi zalım tayfanın fitnəsinə uğratma! Zalim tayfanın əlində sınağa çəkmə! Və bizi öz mərhəmətinlə kafirlərin əlindən qurtar!”(Yunus, 85-86.)
رَبَّنَا لاَ تَجْعَلْنَا فِتْنَةً لِّلْقَوْمِ الظَّالِمِينَ، وَنَجِّنَا بِرَحْمَتِكَ مِنَ الْقَوْمِ الْكَافِرِينَ
/Rabbana lə tac‘əlnə fitnatan lil-qaumi-zzalimin və nəccinə birəhmətikə minəl-qaumil-kəfirin/.


Suhayb (r.a) rəvayət edir ki, peyğəmbər (s.a.v) bizdən əvvəl yaşayan (ümmətlərdən birində yaşayan) bir gənc haqqında sohbət açdı. Həmin gənc bir cadugarın yanında sehr öyrənirdi. Bir gün yolda o bir rahibə rast gəldi və onun sözləri həmin gəncin qəlbinə düşdü və o tez-tez rahibin yanına gəlməyə başladı. O həqiqi imanı dərk etdikdən sonra, dini təbliğ etməyə və Allahın izni ilə xəstə, kor və cüzamlı insanları sağaltmaqa başladı. Padşah bunu bildikdə həmin gənci yanına gətirməyi və onun gətirdikdən sonra ona öz dinindən dönməyini əmr etdi. Lakin gənc imtina etdi. Onda padşah dedi: “Onu filan dağın zirvəsinə çıxarın, əgər öz dinindən imtina etsə onu azad edin, etməsə onu həmin dağın başından atın!”
Onu dağın başına çıxartdıqda o dedi: “Allahım, məni bunlardan istədiyin kimi xilas et!” Bundan sonra dağ hərəkətə gəldi və onun üzərində olanlar düşdü, gənc isə yenə padşahın yanına gəldi. Padşah soruşdu: “Səninlə olanlar necə oldular?” Gənc “Allah məni onlardan xilas etdi” deyərək cavab verdi. Padşah başqa qulluqçularını çağırdı ve onlara dedi: “Onu gəmiyə mindirib dənizin ortasına aparın, əgər öz dinindən dönsə onu buraxın, əks halda isə onu dənizə atın”. Onlar onu əmr olunan yerə gətirdikdə gənc dedi: “Allahım, məni bunlardan istədiyin kimi xilas et!” Bundan sonra gəmi çevrildi və padşahın qulluqçuları suda batdılar, cavan oğlan isə yenə padşahın yanına gəldi. Padşah soruşdu: “Səninlə olanlar necə oldular?” Gənc “Allah məni onlardan xilas etdi” deyərək cavab verdi....”.
أَللَّهُمَّ اكْفِنِيهِمْ بِمَا شِئْتَ
/Allahummə kfinihim bimə ş‘it/

(Muslim, 3005 hədisin bir hissəsi.)


İbn Abbasdan (r.a) rəvayət olunurki, İbrahim demişdir: “Allah bizə kifayət edər, O necədə gözəl vəkildir!” Bu duanı İbrahim (aleyhissələmn) onu oda atdıqda etmişdir. Məhəmməd (s.a.v) peyğəmbər isə ona “Həqiqətən sizə qarşı insanlar toplanmışdır, onlardan qorxun” dedikdə bu kəlmələri demiş. “Həqiqətən sizə qarşı insanlar toplanmışdır, onlardan qorxun” (Ali İmran, 173.)- dedikdə, (bu söz) onların imanını daha da artırdı və onlar: “Allah bizə kifayət edər, O necədə gözəl vəkildir!” (Ali İmran, 173. əl-Buxari, 4563.) – demişlər.
حَسْبُنَا اللّهُ وَنِعْمَ الْوَكِيلُ
/Həsbuna-Allahu və ni‘məl-Vəkil/


Tarix: 11.04.2013 / 19:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 242 Bölmə: Maraqlı melumatlar