beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Allah bəndəsini qoruyan əməllər (Hiddət və qəzəbdən qorunma)

Suleyman ibn Surad (r.a) rəvayət edirki: “Bir dəfə, peyğəmbər (s.a.v) ilə bir məclisdə olduqda, iki nəfər biri-biri ilə sözləşdi və onlardan birinin üzü qızardı və boğazındakı damarları şişdi. Bunu görən peyğəmbər (s.a.v) dedi: “Həqiqətən mən elə kəlmələr bilirəmki, o onları desə mütləq sakitləşər.

Əgər o: “Lənətlənmiş şeytandan Allaha sığınıram” desə, qəzəblənməz”. Həmin adama dedilər: “Peyğəmbər (s.a.v) dediki, sən lənətlənmiş şeytandan Allaha sığınasan”.
اَعُوذُ بِاللَّهِ مِنَ الشَّيْطَانِ الرَّجِيمِ
/Ə‘uzu bi-Lləhi minəş-şeytani-r-racim/.
(əl-Buxari, 6115; Muslim, 2610.)

Əbu Dərda (r.a) rəvayət edirki: “Günlərin bir günü mən dedim: “Ey Allahın rəsulu, mənə elə bir əməl de ki məni cənnətə salsın”. Peyğəmbər (s.a.v) dedi: “Qəzəblənməsən ,Cənnətə daxil olarsan”.
( At-Tabarani “əl-Ausat” əsərində, 2353. Hədis səhihdir.)


Tarix: 11.04.2013 / 19:21 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 92 Bölmə: Maraqlı melumatlar