beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Meteoroloqlar havanı necə deyirlər?
Meteoroloqlar havanı necə deyirlər?

Hava hər gün dəyişir. Bəzən bir gündə neçə dəfə dəyişir. İsti, soyuq, küləkli, dumanlı, sakit, yağışlı, quru və sairə. Havanın dəyişməsinə çox faktorlar təsir göstərir, onun dəyişməsinin əsas səbəbi isə Günəşdir. Günəş istiliyi ilə suyu buxarlandırır və isti buxar şəklində göyə qalxmış su göydə soyuyur və yağış şəklində yerə yağır.

Havanı qabaqcadan xəbər verən ixtisasçılar küləyin səmtini, onun artıb və azalacığını, yağışın və qarın yağmasını, havada hərarətin və təzyiqin qalxıb-düşməsini və başqa məlumatları əvvəlcədən xəbər verə bilirlər. Bunun üçün xüsusi meteoroloji stansiyalar və hava məlumatı büroları vardır. Hətta Atlantikada xüsusən böyük bir hava məlumatı stansiyası vardır ki, adına “Hava gəmisi” deyirlər.

Havanın daha dəqiq öyrənilməsi üçün texnika günü-gündən müasirləşdirilir və dəqiq məlumatların alınması mümkünləşir.


Tarix: 11.06.2015 / 12:45 Müəllif: Aziza Baxılıb: 77 Bölmə: Maraqlı Melumatlar