beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Meymunlar üzərində maraqlı təcrübə

Bir qrup elm adamı 5 meymunu bir qəfəsin içinə salır. Həmin qəfəsdə üzərində banan olan bir nərdivan yerləşdirilir. Nə zaman meymunlardan biri bananları götürmək üçün nərdivana dırmaşmağa qalxsa elm adamları digər meymunları soyuq suyla isladır. Bir müddət sonra nə vaxt meymunlardan biri nərdivana dırmaşmağa qalxsa digər meymunlar onu döyməyə başlayır. Aradan bir az daha vaxt ötür və nərdivandakı bananlar nə qədər cazibədar olsada meymunlardan heç birisi nərdivana dırmaşmağa cəsarət etmir.
Elm adamları meymunlardan birini dəyişdirməyə qərar verir. Qəfəsə girən yeni meymunun etdiyi ilk hərəkət nərdivana dırmaşmaq olur. Digər meymunlar dərhal ona hücum edib onu yaxşıca döyürlər. Dəfələrlə qapaz yeyən yeni meymun səbəbini bilməsə belə nərdivana dirmaşmamalı olduğunu öyrənir. Qəfəsdəki meymunlardan biri daha dəyişdirilir və ilk dəyişmədə baş verənlər təkrarı olur. Hatta dəyişdirilən ilk meymun da ikinci meymunun döyülməsinə kömək edir. Üçüncü və dördüncü meymunların da dəyişdirilməsi eyni nəticəylə bitir. Sonda beşinci meymun da dəyişdirili. Ortaya maraqlı bir mənzərə çıxır: Artıq qəfəsdə heç soyuq suyla isladılmamış olan, amma buna baxmayaraq nərdivana dırmaşanı döyən beş meymun var. Əgər o beş meymundan nə üçün nərdivana çıxanları döyürsünüz sualını versək, yəqin bu cavabı alarıq: 'Bilmirəm, burdaki qayda qanun be


Tarix: 10.12.2014 / 17:45 Müəllif: Aziza Baxılıb: 82 Bölmə: Maraqlı Melumatlar