beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Deja Vü

Son dövrlərdə dünyaya yayılmış fransız sözlərindən biri də «dejavü»dür. Bu sözü çox eşitsək də, nə məna verdiyini bilmirik. İnsanlarda rast gəlinən bir hadisəni daha əvvəl də yaşanması və ya ilk dəfə gedilən bir yerdə daha əvvəl də olmaq kimi hisslər yaradan psixoloji hal "dejavü" adlanır.

Dejavu — fransız sözləri "deja" (artıq) və "voir" (görmək) sözlərindən əmələ gəlib. Bu söz insanın bir hadisəni daha əvvəl də yaşaması və ya ilk dəfə gedilən bir yerdə daha əvvəl də olduğu hissini ifadə etmək üçün işlədilir. «Dejavü» sözünün antonimi isə «jamevu» adlanır. Fransız sözü olan “deja vü”nun Azərbaycan dilinə tərcüməsi “əvvəlcədən görülmüş” mənasını verir.

Deja Vu

Araşdırmalar nəticəsində məlum olub ki, dünyada insanların 90 %-i həyatı boyu ən azı beş dəfə dejavü yaşayır. Bu vəziyyətin ən çox qarşılaşıldığı yaş aralığı isə 15-25-dir.

Dejavünü çox zaman reinkarnasiya və halusinasiya ilə əlaqələndirməyə çalışsalar da, tədqiqatlar nəticəsində məlum olub ki, beyinin bir çox bölgəsi dejavü yaranmasına böyük təsir göstərir. Bəzi alimlər dejavünü mistik güc, ya da keçmiş həyatların təsiri ilə, yəni reinkarnasiya nəticəsində ortaya çıxdığını iddia edirlər.

Uzun illər psixiatrlar bu halı «basdırılmış duyğuların yenidən ortaya çıxışı» kimi qəbul ediblər. Onların fikrincə, bu, sinir böhranı nəticəsində meydana gələn yanılma halıdır. Bəziləri isə beynin bilinməyən bir səbəbdən ötəri şüanı keçmiş hesab etməsi səbəbiylə ortaya çıxdığını hesab edirlər.

Hətta bəzi insanlar «deja vu»nun əvvəlki həyatla əlaqədar olduğunu düşünürlər. Bu insanlara görə, sanki onlar dünyaya ikinci dəfə gəlir və hər hansı anı təkrar yaşayırlar. Dejavü üzərində uzun illər araşdırmalar aparılsa da, bu hal hələ də elmə açılmamış olaraq qalır.


Tarix: 10.12.2014 / 18:25 Müəllif: Aziza Baxılıb: 94 Bölmə: Maraqlı Melumatlar