beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Niyə Aya baxanda salavat çevirirlər?

Ay Həzrət Mühəmməd Peyğəmbərin (s) ən məşhur möcüzələrindən birinin – şəqqül-qəmər möcüzəsinin obyektidir.

Vaxtilə Məkkə müşrikləri o həzrətin peyğəmbərliyinin sübutu kimi tələb etmişdilər ki, göydəki Ayı iki yerə bölsün. Peyğəmbərin duasından sonra Onun barmaq işarəsi ilə Allah göydəki Ayı iki yerə böldü. Bu möcüzənin hansı formada həyata keçməsi barədə müxtəlif fikirlər var. Bəzilərinin fikrincə, Allahın əmri ilə Məkkə müşriklərinin gözündə Ay iki yerə parçalanmış kimi görünmüş, sonra əvvəlki hala qayıtmışdı. Müsəlmanlar bu möcüzənin xatirəsi ilə Aya baxanda Peyğəmbərin ruhuna salavat deyirlər.

Həmçinin dini mənbələrdə Peyğəmbərin çöhrəsi gözəllik əlaməti olaraq 14 gecəlik Aya (bədr) bənzədilir. Müsəlmanlar Aya baxanda o həzrətin çöhrəsini görürmüş kimi salavat söyləyirlər.


Tarix: 17.12.2014 / 13:39 Müəllif: Aziza Baxılıb: 153 Bölmə: Maraqlı Melumatlar