Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Eşşək südünün inanılmaz faydası

Eşşək südü xərçəng xəstəliklərinə yaxşı təsir etdiyi və az tapıldığı üçün 1 litri 50 dollara satılır. Süleyman Dəmirəl Universitetinin professoru Zübeydə Öner eşşək südünün ana südünə bənzədiyini söyləyib. Eşşək südü ən çox Çində sağılır.
Mütəxəssisin sözlərinə görə eşşək südü Avropada da yayılmağa başlayıb. Bunun ən böyük səbəbi, tərkibindəki şəkər və protein baxımdan ana südünə çox yaxın olmasıdır.

Eşşək südündə lizozim və laktozi deyilən maddələr var. Bu maddələr bədənin müdafiə sistemini gücləndirir və dolayısı ilə vücudda şişlərin yaranmasına mane olur. Aparılan araşdırmalarda eşşək südünün şişlərin qarşısını alan faktor olması öz təsdiqini tapıb. Protein dəyəri ana südünə yaxındır. Lakin eşşək südündən doymuş yağ turşularının daha çox olduğu müşahidə edilib. Buna görə də eşşək südü üzərində ciddi elmi araşdırmalar aparılır.

Qiyməti çox bahadır
Eşşək südü çox az olduğu üçün qiyməti də bahadır. Bahalı olduğu və bazara çıxarılmadığı üçün onu əldə etmək çox çətindir. Tibbi cəhətdən başqa xəstəliklərin müalicəsində də faydası təsdiqləndikdən sonra satışa çıxarılacağı gözlənilir.


Tarix: 10.12.2014 / 18:24 Müəllif: Aziza Baxılıb: 45 Bölmə: Maraqlı Melumatlar
loading...