beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

facebook haqqında

2004-cü ildə fəaliyyətə başlayan və virtual ünsiyyət imkanları haqda təsəvvürümüzdə sıçrayışa səbəb olan Facebook daha çox insan reallığına inteqrasiya edir.



Bu social şəbəkənin hər gün sürətlə artan populyarlığı şəbəkə istifadəçilərinin sayının 100 milyonlarla ölçülməsinə gətirib çıxarmışdır.

Hazırda şəbəkə istifadəçiləri arasında ən sürətlə artan yaş qrupu 35-dən başlayır və yaşlı nəslin nümayəndələri də gənclərə qoşulur.

Hər gün 35 milyondan çox istifadəçi statusunu yeniləyir.

Şəbəkə istifadəçiləri hər ay 2,5 milyard fotoşəkil və 14 milyon videoçarx yükləyir.

İstifadəçilər Paylaş düyməsinin köməyilə həftə ərzində bir-birilə 3,5 milyarddan çox kontent (istinadlar, şəkillər, videolar, qeydlər və s.) bölüşürlər.

Facebook-da hər ay 3,5 milyondan çox tədbir təşkil olunur.

Saytda 1,6 milyondan çox aktiv səhifə mövcuddur.

Orta hesabla hər bir istifadəçi 130 dosta malikdir və ay ərzində 8 dostluq sorğusu göndərir.

Bir nəfər şəbəkədən istifadəyə orta hesabla 55 dəqiqədən çox vaxt sərf edir.

Dünya üzrə bütün istifadəçilər isə şəbəkəyə hər gün 6 milyard dəqiqədən çox vaxt sərf edirlər ki, bu da Googleun saytı ilə müqayisədə iki dəfə çoxdur.

Bir istifadəçi hər ay təxminən 9 dəfə Bəyəndim düyməsindən istifadə edir.

Ay ərzində müxtəlif mövzular üzrə 25 şərh yazır, 25 qrupda iştirak edirlər.

1 ay müddətində ən azı 2 səhifəyə üzv olurlar.

Ay ərzində üç tədbirə dəvət olunurlar.

Dünyada yeri

Facebook 70-dən çox dilə tərcümə olunub.

Saytın təxminən 70% istifadəçisi ABŞ-da yaşamayan insanlardır.

Dublin, London, Paris, Sidney, Toronto, Nyu-York, Çikaqo, Atlanta, Dallas və Detroit Facebook-un ofislərinin yerləşdiyi şəhərlərdir.

300 mindən çox istifadəçi Facebookun müxtəlif dillərə tərcüməsi prosesində iştirak edib.

Bu da son deyil

70%-dən çox istifadəçi saytın bu və ya digər proqramından istifadə edir. 65 milyondan çox istifadəçi Facebook mobil telefon vasitəsilə istifadə edir. Üstəlik, onlar şəbəkənin kompüter istifadəçilərindən 50% daha aktivdirlər.

ABŞ psixoloqları yeni Facebook-aslılıq (FAD) adlı tibbi diaqnoz haqqında məlumat veriblər.

Facebookun yaradıcısı Mark Zukerber dünyanın ən gənc milyarderi hesab olunur.

2009-cu ilin sentyabrında Mark Zukerberq ilk dəfə Facebookun xərclədiyindən daha çox pul qazandığını elan edib.

Floridada məhkəmə etikasının Məsləhətçi komitəsi bu ştatın hakimləri və vəkillərinə Facebookda dost olmağı qadağan edib.

Suriya, Çin və İran Facebook-dan istifadəni qadağan edən ölkələrdir.

Bu yaxınlarda Amerikanın ən iri kolleclərində aparılan sorğular aşkar edib ki, qəbul komissiyasının 10%-i abituriyentlərin qiymətləndirilməsi üçün Facebookdakı profillərinə baxırlar.

Rusiyanın investisiya şirkəti olan Digital Sky Technologies Facebook-a 200 milyon dollar həcmində sərmayə qoyub.

Ötən il Goldman Sachs və DST bankları birləşərək sosial şəbəkənin inkişafına daha 500 milyon dollar sərmayə yatırıblar.

Facebooka sərmayə qoyan ilk insanlardan biri PayPal-ın yaradıcısı Piter Til olmuşdur. O, 2004-cü ilin iyun ayında Facebook layihəsinə 500 000 dollar pul ayırmışdı.

2009-cu ilin dekabrında Facebookun məxfilik tənzimləmələrində dəyişiklik edilən zaman, Zukerberqin köynəksiz və sərxoş vəziyyətdə təsvir olunduğu qeyri-rəsmi fotosu cəmiyyətdə böyük əks-səda doğurmuşdu.

Kanadada IBMin 20 yaşlı əməkdaşı sığorta şirkətindən xəstəliyinə görə maddi yardım ala bilməmişdi. Çünki şirkət onun xəstəlik məzuniyyətində olduğu dövrdə Facebook səhifəsində yerləşdirdiyi pozitiv şəklinə rast gəlmişdi. Həmin əməkdaşın xəstəliyi isə depressiya olub.

Avstraliyada ittihamçını məhkəmə bildirişi haqqında xəbərdar etmək üçün Facebookdan istifadə protokulu fəaliyyət göstərir. İstifadəçi səhifəsində yerləşdirilmiş məhkəməyə çağırış vərəqəsi hüquqi cəhətdən məcburi hesab olunur.

Şəbəkə istifadəçilərindən birinin paylaşdığı informasiya böyrək bağışlanmasına səbəb olmuşdu.

Facebook üçün proqramların hazırlanmasında 800 000 layihəçi iştirak edir.


Tarix: 10.12.2014 / 18:00 Müəllif: Aziza Baxılıb: 191 Bölmə: Maraqlı Melumatlar