Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqlı məlumatlar.....

İkinci Dünya Müharibəsi dövründə gələcək XXIII Papa İohan italyan ordusunun çavuşu idi.

Albert Eynşteynə İsrailin prezidenti olmaq təklif edilib. Eynşteyn imtina edib və deyib ki, başına problem açmaq fikrində deyil.

Birinci Yekaterina saat 21:00-a qədər heç kimi qəbul etmirdi.

Birinci Yelizavetanın dövründə isə saqqal vergisi varmış.

Con Pol Qetti dünyanın ən varlı adamlarından biri idi və evində taksofonu vardı.

Çörçill gündə 15 siqar çəkirmiş.

İtaliyanın bayrağını Napoleon hazırlayıb.

Kral Solomonun İsraildə təxminə 700 arvadı və yüzlərlə sevgilisi vardı.

1944-cü ildə Fidel Kastro Kubada orta məktəbdə ən yaxşı idmançı seçilmişdi.

Motsart heç vaxt məktəbə getməmişdi.

Brus Li “Ölüm oyunu” filmini tamamlamış vəfat edib. Filmi yarımçıq saxlamaq istəməyən prodüserlər onun yerinə başqa aktyoru çəkiblər. Brus Linin dəfn mərasimi lentə alınaraq filmə əlavə edilib.

Məşhur rəssam Pablo Pikassonun tam adı belədir: Pablo Diego José Francisco de Paula Juan Nepomuceno María de los Remedios Cipriano de la Santísima Trinidad Ruiz y Picasso. Pikasso ailəsi yaxın qohumlarının xatirəsini yaşatmaq üçün bu adları gələcəyin məşhur rəssamına qoyublar.

Bir neçə məşhur musiqiçi — Kurt Cobain (Nirvana), Jim Morrison, Jimi Hendrix, Janis Joplin 27 yaşında vəfat edib. Buna görə də “27-lə klubu” deyə bir anlayış yaranıb. Bu kluba sonuncu qatılan isə Amy Vinehouse oldu.

“Bitlz” qrupundan heç kim notu oxuya bilmirdi. Con Lennon 1980-ci ildə bir müsahibəsində bunu etiraf etmişdi: “Heç birimiz not oxuya və yaza bilmirik”.

Yuli Sezarın avtoqrafı 2 milyon dollardır. Amma hələ tapılmayıb.

Çarlz Dikkens həmişə üzü şimala doğru yatarmış. Belə hesab edirmiş ki, bu onun istedadının artmağına kömək edir.



Çində qərb adlarından ən məşhurları: İsa Məsih, Riçard Nikson və Elvis Presli.

Tommas Ceffersonun “İstiqlaliyyət bəyannaməsi”ni yazdığı evdə hazırda qamburqer satılır.

Alfred Nobel öz adına mükafatı ona görə təsis etmişdi ki, onu dinamiti kəşf etdiyinə görə pis xatırlamasınlar.

Hərracda Merilin Monronun büstqalteri 14 min dollara satılıb.


Tarix: 26.11.2014 / 17:55 Müəllif: Aziza Baxılıb: 193 Bölmə: Maraqlı Melumatlar
loading...