beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Asperatus buludları

Bəzi buludlar var ki, nadir olaraq görülür. Amma görənləri həmişə qorxudur. Sonuncu dəfə İngiltərədə görülüb. Ekspertlərə görə bu qəribə bulud formalaşması çox nadir hallarda meydana gəlir.

Bu cür bir görünüş qazanması üçün müdhiş bir enerjinin lazım olduğunu söyləyən mütəxəssislər: «Hər nə qədər qorxunc görünsə də, bu buludların fırtınaya səbəb olmalarına o qədər də çox rast gəlinməyib. Hələ rəsmi bir adı belə yoxdur. Amma böyük ehtimalla, Beynəlxalq Meteorologiya Kataloqunda artıq „Asperatus“ olaraq daxil olacaq» — deyə bildiriblər.

Qedy edək ki, latınca olan «Asperatus» adı, buludların bu cür dalğa-dalğa, «krem» kimi görünüşünü izah edir. Braziliyada, Yeni Zelandiyada, Afrika üzərində, Rusiyada görülən bu cür buludlar ən son olaraq Şotlandiya üzərində meydana gəlib.


Tarix: 10.12.2014 / 18:23 Müəllif: Aziza Baxılıb: 48 Bölmə: Maraqlı Melumatlar