beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uduzdu, uduzdu... Və ABŞ prezidenti oldu...

Avraam Linkoln yoxsul bir ailədə dünyaya gəldi. Üstəlik, ata-anası oxumaq-yazmaq da bilmirdi. Və onun ilk imtahanı 9 yaşında anasını itirməklə başladı. Bundan sonra o dəfələrlə işsiz qaldı. Bütün bunlarla yanaşı, övlad acısı da daddı. Bəli, ağrı-acılar qarşısında Avraam Linkolnun ağladığı vaxtlar da olurdu. Nə vaxt həyatında bir maneə ilə qarşılaşsa, axşamlar tozlu cığırlarda, ağaclar və kollar arasında gəzməyi çox sevirdi. Gözündəki yaşları, ürəyindəki qubarları o ancaq bu cür boşaldırdı. Sonra isə yenə də əvvəlki əzminə, əvvəlki iradəsinə qayıdırdı. Bir dəfə həm çox ağıllı, həm də çox ədalətli bir insan olduğu üçün ətrafındakıların da tövsiyəsi ilə konqres üzvlüyünə namizədliyini verdi. Ancaq bütün cəhdlərinə baxmayaraq, seçkilərdə qalib gələ bilmədi. Araam Linkoln bu xəbər qarşısında çox məyus oldu. O bu acı xəbəri teleqraf vasitəsi ilə aldı. Artıq axşam düşmüş və yağış başlamışdı. Astaca: «Gecəniz xeyirə qalsın!» — deyərək teleqraf məntəqəsindən çıxdı. Və tozlu-torpaqlı küçələrdə təkbaşına fikirli-fikirli gəzməyə başladı. Elə bir az getmişdi ki, birdən ayağı büdrədi və yıxılmaqdan özünü zorla saxladı. Sonra da öz-özünə: «Büdrədim, amma yıxılmadım!» — dedi. Bəli, «Büdrədim, ancaq yıxılmadım!..» Bu cümlə onun beynində bir ildırım kimi çaxdı. Və elə oradaca öz-özünə: «Elə isə, mübarizəyə davam!» — dedi. Bundan sonra nə vaxt onun bir itkisi olsa, nə əzmini, nə də iradəsini itirdi. Əzmini, iradəsini itirmədiyi üçün də bu itki ona bir qazanc kimi geri döndü. Əslində, aşağıda verdiyim qısa tarixcə elə bu əzmin, bu iradənin ifadəsi idi...

— 22 yaş — Avraam Linkoln Məclis seçkilərində uduzdu.

— 34 yaş — Avraam Linkoln Konqres seçkilərində məğlub oldu.

— 36 yaş — Avraam Linkoln yenə Konqres seçkilərində məğlubiyyətə uğradı.

— 38 yaş — Avraam Linkoln Ştat seçkilərində uğursuzluğa məruz qaldı.

— 45 yaş — Avraam Linkoln Senat seçkilərində uğursuzluğa düçar oldu.

— 47 yaş — Avraam Linkoln Prezident seçkilərindən məğlubiyyətlə ayrıldı.

— 49 yaş — Avraam Linkoln yenə Senat seçkilərini məğlubiyyətlə başa vurdu.

— Və 52 yaş — Avraam Linkoln ABŞ prezidenti oldu. Abraham Lincoln


Tarix: 10.12.2014 / 18:07 Müəllif: Aziza Baxılıb: 77 Bölmə: Maraqlı Melumatlar