Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tarixin ən qəribə müharibələri

1. Ən qısa müharibə Anqlo – Zənzibar müharibəsi 40 dəqiqə davam edib.
17 avqust, 1896-cı ildə Birləşmiş Krallıq və Zənzibar arasında müharibə başlayır və 40 dəqiqədən sonra başa çatır. Müharibənin başlamasına səbəb, Britaniya yönümlü Sultan Hamad bin Tuvainin öldürülməsi və Sultan Xalid bin Barqhaşın hakimiyyəti ələ keçirməsi idi. 40 dəqiqə çəkən müharibədə 500 Xalid tərəfdarı öldürülmüş, bir britaniyalı dənizçi yaralanmışdı.

2. Donuz müharibəsi — Müharibə ABŞ və Britaniya hakimiyyətinin sərhəddi olan San Xuan adalarında bir donuzun öldürülməsi nəticəsində başlamışdı. Müharibə zamanı yeganə itki donuzun ölümü idi və bu müharibə ABŞ tarixinə qansız müharibə kimi daxil olub.

3. 335 il davam edən itkisiz müharibə- Bu müharibə Niderland və İngiltərə arasında Siliya adası uğrunda baş verib. 335 il davam edən müharibədə bir dəfə də olsun güllə atılmamış və heç bir itki haqda məlumat verilməmişdi. Müharibə 1986-cı ildə imzalanan sülh sazişindən sonra sona çatmışdı.

4. Emu müharibəsi- Emu müharibəsi Avstraliya ordusu və emu dəvəquşuları arasında 1932-ci ildə başlayan və bir həftə davam edən müharibədir. Avstraliyanın qərbində sayları həddindən çox olan, buna görə də ərzaq və su qıtlığına səbəb olan emular məskunlaşmışdı. Müharibə zamanı hər bir əsgər iki pulemyotla silahlanmışdı. Müharibə zamanı 20.000 emu öldürülüb.

5. Futbol müharibəsi — “100 saatlıq müharibə” adıyla tanınan müharibə 1969-cu ildə El-salvador və Honduras arasında baş verib və 5 gün davam edib. Müharibənin səbəbi iki ölkə arasındakı siyasi konfliktlər və immiqrasiya problemləri ilə bağlı idi. Konflikt 1970-ci ildə FİFA Dünya Kubokunun Şimali Amerika ikinci seçmə mərhələsi zamanı başlamışdı. El-Salvador ordusu 1969-cu ilin iyulun 14-də Honduras üzərinə hücuma keçib. Amerika Dövlətləri Təşkilatı iyulun 20-də iki ölkə arasında sülhün bərqərar olmasına nail ola bilib.


Tarix: 26.11.2014 / 18:05 Müəllif: Aziza Baxılıb: 35 Bölmə: Maraqlı Melumatlar
loading...