beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qəribə qanunlar 4

İtaliyanın Venesiya şəhərində turistlərə vəhşi göyərçinləri yedizdirmək qadağandır. Burada məqsəd tarixi binaları qorumaqdır. Bu qadağanı pozanları 600 dollar cərimə gözləyir.

ABŞ-ın Alabama ştatında dəvələri ovlamaq qadağandır. Məsələ ondadır ki, əvvəllər ABŞ ordusunda dəvələrdən ağır yükləri daşımaq üçün istifadə edirdilər. Yerli əhali isə dəvələri əcaib vəhşi heyvan hesab edərək onları ovlayırdı. Bununla da ABŞ ordusuna külli miqdarda ziyan vurulurdu. Nəticədə bütün dəvələri ordudan qovdular. Alabamanın səhralarında isə hələ də vəhşi dəvələrə rast gəlmək mümkündür.

Avstraliyanın Viktoriya ştatında qurbağaları yalamaq yasaq edilib. Məsələ ondadır ki, bu ştatda olan qurbağaların dərisində insanı meyxoş edə bilən maddələr vardır. Yeniyetmələr də qurbağaları ovlayaraq onları yalayırdılar. Polis bunu aşkar edəndən sonra Viktoriya ştatında bu qanun qəbul edildi.

Kanadada bütün şirkətlərin lövhələri fransız dilində yazılmalıdır. Əgər şirkət sahibi lövhənin ingilis dilində yazılmasını istərsə, bu yazının hərfləri fransız hərflərindən iki dəfə kiçik olmalıdır. Maraqlıdır ki, digər dillərdə yazılan lövhələr haqqında qanunvericilikdə heç bir söz deyilmir.

Şotlandiyada bazar günləri balıq ovlamaq qadağandır.

Meksikada kişilərə ictimai yerlərdə saqqalla gəzmək qadağan olunub. Cəza kimi elə küçədəcə saqqalın qırxılması nəzərdə tutulur.


Tarix: 25.11.2014 / 18:59 Müəllif: Aziza Baxılıb: 56 Bölmə: Maraqlı Melumatlar