beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Graffiti

Graffiti divar yazıları və şəkillər ilə özünü ifadə edən vizual tətbiqetmə sənətidir və “graphic” sözündən gəlir. Graffiti bəzi mühitlərdə sənət növü kimi qəbul edilsə də, digərləri bunu vandalizm adlandırır. Onun tarixi uzun keçmişə — mağara divarlarındakı rəsmlərin yarandığı vaxta dayanır. Hətta Pompeydəki divar yazılarının graffiti olduğu ehtimal edilir.

Qədim Misir dönəmində insanların keçdikləri yerlərdəki divar və qayalardakı qoyduqları, şəkil və yazılardan ibarət izlər graffitinin ilk addımları sayılır. Amma ümümi inkişafı 2-ci dünya müharibəsinin başladığı ildən, yəni 1940-cı ilə təsadüf edir. Bu zaman Almaniyanı Şərq və Qərb şəklində bölən Berlin divarının hər iki tərəfi rənglənərək yazılarla bəzədildi.

Sonralar 1960-cı illərdə ABŞ-da siyasi qruplar fikirlərini eşitdirmək üçün bu üsulu seçdilər, gənclərdən ibarət olan küçə şəbəkələri bu sənəti təbliğ etdilər. Vaxt keçdikcə müstəqil fərdlər graffitini inkişaf etdirməyə başladılar. Onlar artıq sosial məzmunlu mesajlardan başqa, fərdi seçimlərini də daha rəngli şəkildə əks etdirirdilər.

1970-ci ildən graffiti şəhər divarlarından metro divarlarına keçərək, Nyu Yorkdan ABŞ-a yayılmağa başladı. Graffiti müəllifləri kimliklərini gizlədərək özlərinə müəyyən adlar verirlər,məsələn, “171stitch”, “papo184”, “junior161”, “cay161” və.s. “Taki183” adlı bir müəllif 1969-1970-ci illərdə metro stansiyalarında graffiti nümunələri yaradıb.

Graffiti günümüzə qədər də gəlib çatmış və xeyli məşhur sənət növüdür. İndi sizi graffiti ilə bağlı bəzi çox maraqlı terminlərlə tanış edəcəm:

Back on — Vaqon üzərinə çıxıb işlənən nümunə.

Bite- Bir graffiti nümunəsinin oğurlanıb kopyalanması.

Buff- Graffitinin təmizlənməsi.

Rainbow- Qatarın qapısına işlənən nümunə.

Burner — Çox mükəmməl yaradılmış nümunə.

Can- Sprey boya.

Cap- Boyanı müxtəlif qalınlıqlarda sıxmaq üçün sprey başlıq.

Wild style- Qarışıq, oxunması çətin bir graffiti nümunəsi.

Crew- Graffiti ilə məşğul olanlar birlikdə belə adlanır.

End2end- Vaqon boyunca işlənən nümunə.

Hang out- Hərəkətdə olan qatarın açıq pəncərə və ya qapısından vaqonun üzərinə nümunə işləmək.

Kill- Hər yeri graffiti ilə boyamaq.
Graffiti
Graffitinin aktuallığı və öz əhəmiyyətini itirməməsini getdiyiniz şəhərin hansısa divarında, sökülmüş bir binada, bir qatarda və ya körpü altında mütləq graffiti nümunəsi ilə qarşılaşarkən görə bilərsiniz. Sənətin digər növlərindəki kimi graffiti də insana aid problemləri sənət dili ilə ortaya qoyan, ifadə edəndir.

Graffiti ilə məşğul olanların bu gün də şüarları demək olar ki, ötən illərdəki graffiti ustaları ilə eynidir: “Bütün divarları boyayacağıq! Amma tələsin, çünki polisin bundan xoşu gəlmir! Graffiti bizim ruhumuzdakı çılğınlığın, üsyankarlığın ən rəngli təzahürüdür!”..


Tarix: 26.11.2014 / 17:52 Müəllif: Aziza Baxılıb: 115 Bölmə: Maraqlı Melumatlar