beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qandinin Hitlerə məkubları

Maraqlı faktlar → Qandinin Hitlerə məkubları

Sizə belə müraciət etməyim – söz naminə söz deyil. Mənim düşmənim yoxdur. Ömrümün son 33 ili mənim qayəm irqindən, dərisinin rəngindən, dinindən asılı olmayaraq bütün insanların dostluğunu qazanmaq olub.

Birinci məktub
Vardxa
23 İyul 1939

Cənab Hitlerə, Berlin, Almaniya

Əziz dost, dostlar məni dilə tuturlar ki, bütün bəşəriyyətin xilası naminə sizə müraciət edim. Amma mən uzun müddət onlara qulaq asmırdım. Çünki düşünürdüm ki, sizə yazmaqla böyük tərbiyəsizlik etmiş olardım. Lakin indi mən hiss edirəm ki, nəticəsini düşünmədən və nə bahasına olursa, olsun Sizə müraciət etməliyəm.

İndi insan övladını vəhşilik həddinə çatdıracaq müharibənin qarşısını almaq yalnız Sizin əlinizdədir. Bir düşünün, məgər necə əhəmiyyətli görünməsindən asılı olmayaraq, hər hansısa məqsəd naminə bu qiyməti ödəməyə dəyərmi? Ümid edirəm Siz şüurlu şəkildə zoru rədd etmiş, amma bununla belə öz işində əhəmiyyətli uğurlar qazanmış bir insanın sözünü yerə salmayacaqsınız. İstənilən halda əgər bu məktubu yazmaqda səhv etmişəmsə, Sizdən üzr istəyirəm.
Hörmətlə,
M. K. Qandi


İkinci məktub

24 Dekabr 1940

Əziz dostum,
Sizə belə müraciət etməyim – söz naminə söz deyil. Mənim düşmənim yoxdur. Ömrümün son 33 ili mənim qayəm irqindən, dərisinin rəngindən, dinindən asılı olmayaraq bütün insanların dostluğunu qazanmaq olub. Biz Sizin şücayətinizə və vətənə sədaqətinizə şübhə etmirik. Biz həmçinin rəqibləriniz Sizi zalım və iyrənc biri kimi təqdim etdikdə onlara da inanmırıq.

Bununla belə Sizin və tərəfdarlarınızın yazdıqlarınız və dedilkləriniz bir çox əməllərinizin heç şübhəsiz iyrənc və qeyri-insani olduğuna dəlalət edir. Odur ki, biz Sizin silahınıza uğur arzulamırıq. Biz Britaniya imperializminə qarşı təpkimiz heç də nasizmə olan təpkimizdən az deyil. Lakin bununla belə bizim müqavimətimiz ingilis xalqına zərər yetirməyə yönəlməyib. Bizim mübarizəmiz onları inandırmağa yönəlib, daha müharibə meydanında qələbə çalmağa yox.

Qeyri-zorakı mübarizə dünyanın ən güclü və amansız qüvvələrinin birliyinə qalib gəlməyə qadirdir. Sizə isə Britaniya da olmasa heç şübhəsiz ki, başqa bir ölkə elə öz silahınızla qalib gələcək. Siz öz xalqınıza gələcəkdə Sizinlə fəxr etdirəcək irs qoymayacaqsınız.


Tarix: 26.11.2014 / 18:28 Müəllif: Aziza Baxılıb: 43 Bölmə: Maraqlı Melumatlar