Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dünyanı dəyişən 10 kitab

Yəqinki çoxlarınızda bu kitablarin hansilar olduğu haqda təsəvvür yaranır. İstər müqəddəs istərsədə digər elmi kitablar haqqinda qısa da olsa əsas məlumatlar yazılıb. Ümumiyyətlə kitab müasir dünyanın bir parçasıdır. Hər gün bütün dünyada milyonlarla kitab çap edilir, satılır, müzakirə edilir və s. Amma bəzi kitablar var ki, onlar insanların, xalqların həyatında mühüm rol oynayıb və belə kitablar dünyanı dəyişib. Bu gün sizə dünyanı dəyişə 10 kitabı təqdim edirik.

1. “Quran”

“Quran” İslam dininin müqəddəs kitabıdır. “Quran” müsəlmanlar tərəfindın Allahın sonuncu kitabı olaraq qəbul edilir. 1 milyarddan çox insan islam dininə tapınır və təbii ki, “Quran” dünyanı dəyişən kitablardan biridir.

2. “İncil”

Şübhəsiz “İncil” qədər dünyanı dəyişən ikinci kitab tapılmaz. Bu kitab yaranmasından 2 əsr sonra bütün Roma İmperiyasını bütpərəstlikdən xilas edib və imperiya əhalisi xristianlığı qəbul edib. O zamandan bəri xristianlıq dünyanın ən çox tərəfdara sahib dinidir.

3. “Kommunist Manifesti” – Karl Marks və Fridrix Engels

Marks və Engelsin bu traktatı tarixdə ən çox iz qoyan siyasi əsərlərdəndir. Manifest proletariatı burjua ictimai quruluşunu devirməyə və nəticədə bütün insanların bərabər olduğu sinifsiz bir quruluş yaratmağa çağırırdı.

4. “Millətlərin sərvəti” – Adam Smit

Bu kitab müasir dünya iqtisadiyyatı anlayışını formalaşdırıb – azad iqtisadiyyatı və rəqabəti. Kitabda Smit görünməz əl prinsipini irəli sürür, öz marağını güdmənin ümumilikdə cəmiyyətə faydalı olacağını deyir.

5. “Növlərin Mənşəyi” – Çarlz Darvin

Kitab növlərin təkamülünün öyrənilməsində əvəzsiz rol oynayıb. Əsərdə növlərin zamanla təbii seçimi və yeni növlərin meydana gəlməsindən bəhs edilir. Bir çox dini inanca zidd olduğuna görə, Darvinin nəzəriyyələri çoxlu mübahisələrə səbəb olub.

6. “Riyaziyyatın prinsipləri” – İsaak Nyuton

Nyutonun 1687-ci ildə yazdığı bu əsər müasir fizika və riyaziyyat elmlərinin təməlini qoyub. Kitab 3 cilddən ibarətdir. Burada Nyutonun klassik mexanikanın təməli sayılan sürət qanunu, həmçinin ümumdünya cazibə qanunu haqqında fikirləri yer alır. “Riyaziyyatın prinsipləri” indiyə qədər yazılmış ən əhəmiyyətli elmi əsərlərdən biri sayılır.

7. Qalileyin Dialoqu

Bu kitab əsrlər boyu müzakirə ediləcək “din, yoxsa elm” mübahisələrini başladan kitabdır. Əsər Qalileyin həbs olunmasına və yazıçılıq karyerasına son qoymasına səbəb olub. Həmin dövrdə mübahisələrə səbəb olan isə kitabın elmi təbliğ etməsi yox, Qalileyin Papanı ələ salması idi.

8. “Tarix” – Herodot

“Tarix” qədim dünya haqda biliklərimizin mənbəyi və Qərbdə tarix elminin əsasını qoyub.

Herodotun “Tarix” əsəri Qərbdə tarixlə bağlı ilk əsər hesab olunur. Eramızdan əvvəl 440-ci ildə yunanca yazılan “Tarix” Yunan-fars müharibəsindən, V əsrdə Yunanıstanın şəhər-dövlətlərindən bəhs edir.

9. “İkinci cins” – Simon de Bovuar

“İkinci cins” Simon de Bovuarın ən məşhur əsəridir. Bu kitab feminizmin əsas kitablarından sayılır. Kitabda Bovuar qadınlarla tarix boyu “ikinci cins” kimi davranıldığını iddia edir.

10. “Yuxu Yozmaları” – Ziqmund Freyd

“Yuxu yozmaları” Freydin psixoanalizə ən böyük töhvəsi hesab olunur. Kitab ilk vaxtlarda çox az satılıb, hətta ilk 600 nüsxənin satılması üçün bir neçə il lazım olub. Freyd kitaba azı səkkiz dəfə yenilik edib.


Tarix: 26.11.2014 / 10:57 Müəllif: Aziza Baxılıb: 124 Bölmə: Maraqlı Melumatlar
loading...