Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dünyanın ən yaşlı ağacları

Süleyman peyğəmbəri (ə) qundaqda-Nadir şahı taxtda görmüş ağaclar… Bəli onlarla dövlət görmüş və tarixə şahidlik etmiş dünyanın ən yaşlı ağacları hələ də müqavimət göstərirlər. Buyurun, onları siz də tanıyın...
Old Tjikko
9550 yaşı olan bu yaşlı ağac İsveçdəki Fulufjallet dağındadır. Bu, dünyanın ən yaşlı ağacıdır.

Jhomon Sugi
Rəvayətə görə, ağacın 7200 yaşı var. Yapon şamı olan Jhomon Suginin şöhrəti bütün uzaq şərqdə yayılıb.

Methuselah
4.841 yaşında olan və ABŞ-ın Kaliforniya ştatında bitən bu ağac dünyadakı ən yaşlı üçüncü ağacdır. 1964-cü ildə araşdırmaçılar tərəfindən bir çox budağı kəsilsə də, hazırda ekoloqlar tərəfindən göz bəbəyi kimi qorunur.

Abarkuh
İranda bitən bu ağacın isə ömrü 4000 ildir. Hazırda yaşıl halda qalan sərv ağaclarının ən yaşlı olan Abarkuh, İranın milli simvollarından biri kimi qəbul edilir.

Llangernyw Yew
Dünyanın ən yaşlı porsuq ağacı ünvanını əlində saxlayan Llangernyw Yew, 4000 ildir hələ də həyatdadır. Avstraliyanın Cənubi Galler ştatındakı bir qəbiristanlıqda bitən yaşlı ağac, bürünc çağından qalıb.

Alerce
Cənubi Amerikanın Pataqonya ərazisində yerləşən və ən yaşlı sərv ağaclarından olan Alercenin 3500 yaşı var və bütün təbii fəlakətlərə və insan müdaxilələrinə baxmayaraq, hələ də yaşıldır.

Senator
ABŞ-ın Florida ştatındakı Senator 3500 ildir yaşıllığını qorumasına baxmayaraq, çox təəssüf ki, 2012-ci ilin martında 26 yaşı bir şəxs tərəfindən yandırılaraq məhv edilib.

Patriarca de Floresta
Atlantik meşəsinin ən yaşlı sakini olan bu heybətli ağacın növü kitablarda Lecythidaceae olaraq qeyd olunur. Madaqaskardan Cənub Afrika meşələrinə qədər bir çox qohumu olan Patriarca de Floresta üçün ad günü tortu bişirilsəydi, üstünə 3000 ədəd şama qoyulardı.

Giritin antik zeytun ağacları
Yunanıstanın Girit adasında bitən və yaşları 2-3 min il arasında olduğu bildirilən zeytun ağacının tam yaşı bu günə kimi müəyyənləşdirilməyib.

Yaşlı fındıq ağacı
Siciliyadakı Etna dağının ətəklərində bitən fındıq ağacının bir başqa adı da «100 atın ağacı»dır. Yolunuz İtaliyaya düşsə, San D'Alfio'da Linguaglossa yolu üzərində olan bu 2500 illik fındıq ağacına salam vermədən keçməyin.

General Sherman
Ən gənc antik ağac kateqoriyasında olan General Sharmanın hündürlüyü 83, eni isə 31 metrdir. Sequoia Milli Parkında yaşayan Generalın yaşının təxminən 2,300-2,700 olduğu güman edilir.


Tarix: 26.11.2014 / 13:32 Müəllif: Aziza Baxılıb: 57 Bölmə: Maraqlı Melumatlar
loading...