beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Çingiz Xanın qəbri hardadır?

700 il bundan öncə, demək olar ki, bütün dünyanı az qala fəth edən tarixin ən nəhəng sərkərdəsi Çingiz xanın qəbrinin harada olması hələ də bəşəriyyət üçün sirr olaraq qalmaqdadır.

Amma, tarıxçilər tərəfindən belə ehtimal olunur ki, Çingiz xanın qəbri Monqolustanla Rusiyanın sərhədindədir. Bu sadəcə olaraq təxminlərdir.

Çingiz xanın qəbrini tapmağa cəhd edən alimlər və mütəxəssislər çox olmuşdur. Amma bütün bu cəhdlərə baxmayaraq, nəhəng sərkərdənin qəbrini tapmaq mümkün olmamışdır.

XX əsrin sonları XXI əsrin əvvələrində bütün dünya arxeoloqları, tarixçiləri və alimləri yenidən axtarışlara başlamışlar. Xüsusilə, eksklüziv lisenziyaya malik olan məşhur amerikalı arxeoloq dünyanın bütün KİV-nə məlumat vermişdir ki, o, Çingiz xanın qəbrinin axtarışına başlayır və tezliklə o, qəbri aşkar edəcəkdir. Arxeoloqun dediklərindən belə məlum olmuşdur ki, guya onun əlində qəbrin qəbrin yerini göstərən qədim əlyazmalar, xəritələr və yazılar vardır.

Bu sensasion xəbər bütün dünya alimlərinin marağına səbəb olmuşdur. Amerikalı arxeoloqun bütün cəhdlərinə baxmayaraq, nəhəng sərkərdənin qəbrini tapmaq mümkün olmur. 700 ildən artıq bir vaxt keçməsinə baxmayaraq, Çingiz xanın qəbrini tapmaq niyə belə müşkülə çevrilmişdir?..

Ölüm qabağı Çingiz xanın vəsiyyətinə əsasən, onun dəfn olunduğu yer — onun qəbri gələcək nəsillər üçün həmişəlik bir sirr olaraq qalmalı imiş. Nəhəng sərkərdə vəfat etdikdən sonra onun dəfnində iştirak edənlərin – yəni, onun qəbrinin yerini bilənlərin hamısı məhv edilmişdir. Bunun üçün ayrılmış 800 nəfər döyüşçülərin özləri də sonradan öldürülmüşdür. Beləliklə, nəhəng sərkərdənin qəbrinin yerini bilən nə şahid qalmışdır, nə də ki, sübut. O vaxtdan indiyədək Çingiz xanın qəbrinin harada olması aşılmaz bir sirr olaraq qalmaqdadır.


Tarix: 26.11.2014 / 17:54 Müəllif: Aziza Baxılıb: 46 Bölmə: Maraqlı Melumatlar