beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yağışa dair maraqlı faktlar

1.Portuqaliyada yağış işə getməmək üçün üzrlü səbəb hesab olunur.

2.Para şəhərində sakinlər saatlarını yağışa görə tənzimləyirlər, çünki hər gün eyni vaxtda leysan yağır.

3.Darts oyununun yaranma səbəbi yağış olub. Bir gün oxçular yarış vaxtı yağışa düşüblər. Pivəxanaya gedib qısaldılmış oxları divardakı hədəfə atmağa başlayıblar.

4.Əslində yağışın iyi yoxdur. Yağışın ətri dediyimiz iyi əslində aktino və sianobakteriyalar ifraz edir. Yağışa iy verən maddə geosmin adlanır.

5.Uqanda sakinlərini fırtına ilə qorxutmaq olmaz. Belə ki ölkədə ildə 250 gün yağış yağır.

6.Radioda hava proqnozlarının yaranma səbəbi yağış olub. Amerikalı radiostansiya sahibi bir gün yağışa düşdükdən sonra radiosunda sutkada bir neçə dəfə yağış haqda məlumat verən yeni rubrika açıb.

7.Quraqlıq Bostvanada insanlar yağış mənasına gələn «pula» sözü ilə salamlaşır, həmçinin ölkənin valyutası da «yağış» adlanır.

8.Kubada yalnız siesta vaxtı, Taylandda isə yalnız gecə yağış yağır.

9.17-ci əsrdə Böyük Britaniyada yağış haqqında qanun mövcud idi. Onun əsasında səhv məlumat verən sinoptiki edam edirdilər.

10.Əgər insan səhradadırsa yağışın altında tamamilə quru qala bilər. Əslində səhrada yağış olsa da onu hiss etmək mümkün deyil. Belə ki, damlalar yerə çata bilmədən isti havada buxarlanırlar.

11.Hidrometeorologiya mərkəzinin bütün ifadələrinin konkret mənası var. Məsələn, «qısamüddətli yağış» dedikdə yağış 3 saatdan çox davam etməyəcək, «yağış gözlənilir» dedikdə yarım gündən az davam etməyəcək mənasına gəlir."Əhəmiyyətli yağıntı olmayacaq" yağışın yağmaması mənasına deyil, hər kvadrat metrə 0,3 litrdən çox yağıntı düşməyəcəyi mənasına gəlir.

12.Cherapundzhi şəhəri(Hindistan) dünyanın ən yağıntılı ərazisidir. Ora il ərzində 25460 mm yağıntı düşür.

13.Normal yağışın turşululuğu pH 5,6-dır. Əgər turşululuq səviyyədi daha aşağı olarsa yağışı turşulu yağış adlandırırlar. pH 5,5 olanda bakteriyalar ölür, 4,5 olanda isə həşəratlar, suda-quruda yaşayanlar və balıqlar ölür.

14. Ohio ştatının Uaynsberg şəhərində hər il 29 iyulda yağış yağır. Bu artıq 100 ildir ki, davam edir.

15.Bu gün artıq süni yağış yaratmaq mümkündür. Təyyarədən quru buz parçalarını bulud toplularının üstünə atırlar. Buludda carbon dioxid suyla qarışır və qar dənəsi kimi düşür, yerə düşərkən istilik nəticəsində qızır və yağış damlasına çevrilir. Bu yolla quraqlıqla mübarizə aparmaq mümkündür.

16. Hər il yerə 519 000 km3 yağıntı düşür(hər km3 miyard ton sudur).

17.Təxminən 100 milyonda bir insanın yağışa qarşı allergiyası var. Suyun bədəninə istənilən təması qızartı, şişkinlik ilə nəticələnir, yağışa düşəndə isə belə insanlar ölə bilərlər.

18.San-Fransiskoda metereoloji stansiya 4/6 ehtimalı ilə yağış haqda proqnoz verir. Sadəcə yerli meteoroloqlardan 10-u yağışın yağıb yağmayacağı haqda səsvermə keçirir və nəticəni dinləyicilərə nisbi halda təqdim edirlər.

19.Ən ağır dolu 1986-cı ildə Gopalganja yağıb. Bir dolunun ağırlığı 1 kq-dan çox idi. Bu «yağışdan» 92 nəfər həyatını itirib.

20.Planetin ən yağıntılı yerləri qışda su çatızmazlığından əziyyət çəkirlər. Yağış sezonundan sonra o qədər quraqlıq qış gəlir ki, sakinlər digər şəhərlərə su almağa getməli olurlar.


Tarix: 26.11.2014 / 13:43 Müəllif: Aziza Baxılıb: 64 Bölmə: Maraqlı Melumatlar