beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dünyanın ən tanınmış 10 kosmonavtı

1. İlk növbədə təbii ki, «Vostok-1» kosmik gəmisi ilə kosmik fəzanı fəth etmiş Yuri Qaqarin qeyd edilməlidir. Onun uçuş müddəti 108 dəqiqə çəkmişdi. Bundan sonra Qaqarin Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü. Qəhrəmana mükafat olaraq 12-04-YAQ (Yuri Alekseyeviç Qaqarin) nömrəli «Volqa» maşını da hədiyyə edilmişdi.

2. İlk qadın kosmonavt Valentina Tereşkovanın uçuşu 16 iyun 1963-cü ildə «Vostok-6» kosmik gəmisinin göyərtəsində gerçəkləşmişdi. Qeyd edək ki, Tereşkova hələlik kosmosa tək-tənha uçan yeganə qadın kosmonavtdır. Zərif cinsin digər nümayəndələri bunu hansısa ekipajın tərkibində ediblər.

3. Aleksey Leonov — açıq kosmosa çıxan ilk insandır. Bu hadisə 18 mart 1965-ci ildə baş verib. Həmin vaxt açıq kosmosa çıxış 23 dəqiqə çəkmişdi ki, Leonov 12 dəqiqəni kosmik gəmidən kənarda keçirmişdi. Gəmiyə qayıdarkən isə onun skafandrı şişdiyindən içəri daxil ola bilməmişdi. Yalnız skafandrın içərisindəki artıq təzyiqi buraxdıqdan sonra Leonov istəyinə çatmışdı. Özü də kosmik gəmiyə təlimatda nəzərdə tutulduğu kimi deyil, öncə ayağını yox, başını içəri salaraq daxil olmuşdu.

4. İlk dəfə ay səthinə çıxmağı bacaran ABŞ astronavtı Nil Armstronq olmuşdu. 21 iyul 1969-cu il tarixdə baş vermiş hadisədən 15 dəqiqə sonra astronavta Edvin Oldrin adlı digər kosmonavt da qoşulmuşdu. Onların ayda qalma müddəti ümumilikdə iki saat yarım çəkmişdi.

5. Açıq kosmosa çıxışların sayına görə dünya rekordu rus kosmonavtı Anatoli Solovyevə aiddir. O bunu 78 saat ərzində 16 dəfə etmişdi.

6. Dünyanın ən gənc kosmonavtı German Titovdur. Kosmosa uçanda onun 25 yaşı vardı. Titov ikinci sovet astronavtı olmaqla yanaşı, ən uzun kosmik uçuşa imza atmış ilk insan kimi də tarixə düşür. 1 gün 1 saat davam edən uçuş 6-7 avqust 1961-ci ildə baş vermişdi.

7. Dünyanın ən yaşlı kosmonavtı adı amerikalı Con Qlenə məxsusdur. «Diskaveri STS-95» kosmik gəmisində uçuş edərkən onun 77 yaşı vardı. Qlen daha bir qeyri-adi rekorda da imza atan şəxsdir. Belə ki, bu adamın kosmosa ilk uçuşundan sonrakı uçuşunadək olan məsafə 36 il çəkmişdi. Qeyd edək ki, Qlen ilk dəfə kosmosda 1962-ci ildə olmuşdu.

Nil Armstronq8. Ayda ən uzun müddət ərzində qalmağı bacaran astronavtlar amerikalıYucin Sernan və Harisson Şmit olmuşdular. Bu hadisə 1972-ci ildə baş vermişdi. Onların fasilələrlə ay səthində qalma müddəti 22 saatdır. Yucin və Harisson hələlik ayda olmağı bacaran sonuncu adamlardır. Astronavtlar eyni zamanda orada üzərində «Burada insan Ayın fəthinin ilk mərhələsini gerçəkləşdirib. Dekabr, 1972-ci il» yazılmış lövhə yerləşdiriblər.

9. Dünyanın ilk kosmik turisti ABŞ multimilyoneriDenis Titodur. O, 28 aprel 2001-ci ildə kosmosa uçmuşdu. Faktiki olaraqsa, kosmosda ilk turist yapon jurnalisti Toyexiro Akiyama sayılır. 1990-cı ildə onun uçuşu üçün lazım olan pulu Tokio televiziya kompaniyası ödəmişdi. Elə buna görə də o, tam mənada ilk kosmik turist sayılmır.

10. Böyük Britaniyanın ilk kosmonavtı qadındır. Onun adı Helena Şermandır. 1991-ci ilin 18 may tarixində kosmik fəzaya uçan xanım Şermandan öncə bu ölkənin xətti ilə uçuş edənlər Böyük Britaniya vətəndaşlığı ilə yanaşı, digər ölkənin də vətəndaşlığını daşıyıblarmış.


Tarix: 26.11.2014 / 13:35 Müəllif: Aziza Baxılıb: 63 Bölmə: Maraqlı Melumatlar