beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Andy Rubinin Google şirkətin ilə gizli layihəsi: Robotlar

Google'un ağıllı telefon bazarını ələ keçirən Android əməliyyat sisteminin əvvəlki texnologiya müdürü Andy Rubin, vəzifəsindən ayrıldıqdan sonra səssizliyə bürünmüşdü. Rubin, New York Times'a verdiyi müsahibədə Google ilə səssiz — sədasız davam etdirdikləri yeni layihə haqqında danışıb: Robot istehsal etmək.Android'in əvvəlki müdürü Andy Rubin, Mart ayında vəzifəsindən ayrılacağını açıqladığında texnologiya dünyası çox təəccüblənmişdi. Rubin, vəzifəsini tərk etdikdən sonra səssizliyini qoruyarkən, haqqında «robotlar üzərində çalışdığı» şaiyələri yaranmışdı. O, bu iddiaları doğrulayıb.Google planlarından daha çox öz beynindəki planlardan danışan Rubin, bir çox robot şirkəti alan Google ilə robot texnologiyası üzərində çalışdığını bildirdi.Rubin, Android'i tərk etdikdən sonra Google şirkətinin qurucuları Sergey Brin və Larry Page'i razı sala bildiyini, robot sahəsinə büdcə ayrılması mövzusunda anlaşdıqlarını söylədi. Android'in qurucusu, robot şöbəsinin Google X laboratoriyasından ayrı olacağını ifadə edib. Hətta, robot laboratoriyası bir gün ayrı bir şirkətə çevrilə bilər və Google'un robot firması qurula bilər.


Tarix: 26.11.2014 / 13:32 Müəllif: Aziza Baxılıb: 41 Bölmə: Maraqlı Melumatlar